
Küveytdə İranın endirdiyi zərbələrdən sonra elektrik stansiyası və dəniz suyunun duzsuzlaşdırılması müəssisəsində yanğın baş verib.
BAKU.WS "The Times of Israel"ə istinadən xəbər verir ki, hadisə ilə bağlı Küveytin Elektrik Enerjisi, Su Təchizatı və Bərpa Olunan Enerji Mənbələri Nazirliyi açıqlama yayıb.
Nazirliyin məlumatında bildirilir ki, hücum nəticəsində elektrik stansiyasının bir neçə enerji bloku fəaliyyətini dayandırıb. Hazırda yanğının söndürülməsi, zərərin qiymətləndirilməsi və enerji infrastrukturunun bərpası istiqamətində işlər davam etdirilir.
İlkin məlumata əsasən, hadisə nəticəsində xəsarət alanlarla bağlı hər hansı rəsmi məlumat açıqlanmayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.