
Şəkinin mərkəzi prospektində yeni salınan asfalt örtüyü qazılıb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, şəhərin əsas küçələrindən biri olan Məhəmmədəmin Rəsulzadə prospektində yeni çəkilmiş asfalt örtüyü bir neçə yerdən xüsusi avadanlıqla oyulub.
Şəhərin mərkəzindən keçən prospektdə asfalt örtüyünün salınmasından qısa müddət sonra yolun bir neçə hissəsində quyu formasında oyuqlar açılıb. Şəhər sakininin sözlərinə görə, hazırda həmin hissələrdə heç bir iş aparılmır.
Ərazidən kadrları təqdim edirik:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.