
FİFA argentinalı futbolçu Leandro Paradesin qırmızı vərəqəsini ləğv edib.
AVESTA.AZ-in məlumatına görə, bu barədə BBC xəbər yayıb.
Parades İspaniyaya qarşı final matçından dərhal sonra qarşıdurma yaratdığı üçün hakim tərəfindən qırmızı vərəqə ilə cəzalandırılmışdı. Argentinalı futbolçu rəqib komandadan Erik Qarsiyanın boğazından yapışıb, Qavini isə yerə yıxmışdı.
Bir müddət sonra baş hakimin Paradesə göstərdiyi qırmızı matçın protokolundan silinib. FİFA nümayəndələri BBC-yə futbolçu haqqında heç bir intizam tədbiri görülməyəcəyini təsdiqləyiblər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.