25-07-2026, 00:48 40

Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - DETALLAR

Dövlət məktəbəqədər təhsil layihələrinə dəstək verəcək. Özəl bağçalar layihə təqdim edərək müsabiqədə iştirak edə, qalib gəldikləri halda dövlət maliyyələşməsindən yararlana biləcəklər.

BAKU.WS "Trend"ə istinadla xəbər verir ki, özəl bağçalarda yeni maliyyələşmə modeli üzrə müsabiqənin keçirilməsi, iştirak, qiymətləndirmə və maliyyələşdirmə qaydaları müəyyənləşdirilib.

Müsabiqədə iştirak üçün təqdim edilməli sənədlərin siyahısı müəyyənləşdirilib

Nazirlər Kabinetinin "Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi Qaydası"nın təsdiq edilməsi barədə qərarında yer alan müddəalara görə, müsabiqəyə təqdim edilən layihələrdə layihənin adı və məqsədi, cəlb olunacaq təhsilalanların sayı, layihənin əhəmiyyəti, özəl tərəfdaşların imkanları, təhsil müəssisəsinin tutumu və valideynlərin iştirak payı, o cümlədən hər bir təhsilalan üçün aylıq ödəniləcək təhsil haqqı göstərilməlidir.

Layihələrdə insan resurslarından, maddi-texniki bazadan, infrastrukturdan, təhsil proqramlarından və digər resurslardan istifadə ilə bağlı tələblər də nəzərə alınmalıdır. Müsabiqənin keçirilmə qaydası, layihələrin qiymətləndirilməsi və qalibin müəyyənləşdirilməsi meyarları da əvvəlcədən açıqlanır.

Müsabiqə başlandıqdan sonra şərtlər toplusunda dəyişiklik edilərsə, müsabiqənin müddəti uzadıla bilər. Lakin uzadılan müddət müsabiqənin ilkin müddətindən çox ola bilməz. Dəyişikliklər barədə iştirakçılara ən geci 2 iş günü ərzində məlumat verilir.

Müsabiqə ilə bağlı elan mediada və Elm və Təhsil Nazirliyinin rəsmi internet saytında yerləşdirilir. Elanlarda iştirakçılara dair tələblər, təqdim edilməli sənədlər, müsabiqə şərtlərinin əldə olunması qaydası, müraciətin başlanma və bitmə tarixləri, eləcə də əlaqə vasitələri göstərilir.

Müraciət etmək istəyən iddiaçılar elan edilən müddətdə "Elektron Hökumət İnformasiya Sistemi"ndə qeydiyyatdan keçməli və elektron kabinet yaratmalıdırlar. Daha sonra elektron ərizə doldurularaq təsdiqlənməlidir.

Ərizəyə hüquqi şəxsin nizamnaməsi və dövlət reyestrindən çıxarış, məktəbəqədər təhsil fəaliyyəti üzrə lisenziya, bu sahədə layihələrin həyata keçirilməsi təcrübəsi barədə məlumat, vergi və digər icbari ödənişlər üzrə vaxtı keçmiş borcun olmaması və riskli vergi ödəyicisi statusunda olmaması barədə arayış əlavə edilməlidir. Ərizə səlahiyyətli nümayəndə tərəfindən təqdim edilirsə, onu təmsil etmək hüququnu təsdiq edən sənəd də təqdim olunmalıdır.

Layihələrin qiymətləndirilməsi 30 gün ərzində həyata keçiriləcək

Sənədlər tam olmadıqda və ya uyğunsuzluq aşkarlandıqda, iddiaçıya bu barədə elektron kabinet vasitəsilə məlumat veriləcək. İddiaçı 3 iş günü ərzində çatışmazlıqları aradan qaldıraraq ərizəni yenidən təsdiqləməlidir. Sənədlərin tamlığı təmin edilmədikdə ərizəyə baxılmaması barədə qərar qəbul ediləcək.

Sənədlərin tamlığı yoxlanıldıqdan sonra layihələr 30 gün ərzində qiymətləndiriləcək. Müsabiqə şərtlərinə uyğun olmayan layihələrə baxılmayacaq. Tələblərə cavab verən layihələr isə müəyyən edilmiş meyarlar və həmin meyarların xüsusi çəkisi nəzərə alınmaqla balla qiymətləndiriləcək.

Ən yüksək bal toplayan bağçalar müsabiqənin qalibi elan olunacaq

Ən yüksək bal toplayan iddiaçılar dövlət dəstəyinin ümumi məbləği çərçivəsində müsabiqənin qalibi elan olunacaq. Qaliblər barədə məlumat nazirliyin rəsmi internet saytında yerləşdiriləcək, eyni zamanda qaliblərə nəticə barədə 5 iş günü ərzində məlumat veriləcək.

Valideynlər də layihələrdə tərəfdaş kimi iştirak edəcəklər. Qalib layihələr barədə məlumatlarla tanış olduqdan və aylıq iştirak payı ilə razılaşdıqdan sonra valideynlər elektron kabinet vasitəsilə uşaqlarını dövlət dəstəyindən yararlanmaq üçün qeydiyyatdan keçirə biləcəklər.

Qeydiyyat zamanı müəyyən kateqoriyalara aid uşaqlara üstünlük veriləcək. Daha sonra qeydiyyat növbəlilik prinsipi əsasında aparılacaq. Qeydiyyatı təsdiqlənən valideynlər avtomatik olaraq layihənin iştirakçısı və tərəfdaşı hesab olunacaqlar.

Layihələrin maliyyələşdirilməsi maliyyələşdirmə və xidmət müqavilələri əsasında həyata keçiriləcək. Maliyyələşmənin məbləği göstərilən xidmətlərdən yararlanan uşaqların sayından və onların neçə ay təhsil almasından asılı olacaq.

Əgər layihədə nəzərdə tutulan sayda uşaq cəlb edilməzsə və ya müsabiqə qalibi maliyyələşdirmə müqaviləsi bağlamaqdan imtina edərsə, növbəti ən yüksək bal toplamış iddiaçı qalib elan oluna bilər. Bu halda həmin iddiaçıya uşaqların cəlb edilməsi üçün 30 təqvim günü vaxt veriləcək.

Elm və Təhsil Nazirliyi maliyyələşdirmə müqavilələrinin icrasına nəzarət edəcək. Nazirlik layihə qaliblərindən rüblük, yarımillik, illik və ya yekun hesabatlar tələb edə bilər. Qaliblər müqavilənin icrası başa çatdıqdan sonra 15 iş günü ərzində tələb olunan hesabat və sənədləri nazirliyə təqdim etməlidirlər.

Qeyd edək ki, ötən gün Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu sosial şəbəkədəki canlı yayımda özəl bağçalara müraciət edib. O müraciətində özəl bağçaları lisenziya alıb layihədə iştiraka çağırıb.

Xatırladaq ki, yeni maliyyələşmə modeli üzrə Bakı şəhərində dövlət dəstəyinin məbləği aylıq 350 manatı, regionlarda isə 250 manatı keçməyəcək.

Paylaş

Xəbər lenti

Azərbaycanda beş məktəbə yeni direktor təyin edildi Bu gün, 12:48 Metroya yaxın tam təmirli mənzillər – Biləcəridə son seçimlər Bu gün, 12:48 Ermənistan "Tramp marşrutu" ilə bağlı müqaviləni təsdiqlədi Bu gün, 12:48 Efirdə qalmaqallı mübahisə: "Xanım başqa şeydir, arvad başqa" Bu gün, 12:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü başlayıb Bu gün, 12:48 Dubaydan Bakıya gətirilən 166 min manatlıq zinət əşyaları gömrükdə aşkarlandı Bu gün, 12:48 Bu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək Bu gün, 11:48 Həmin tarixi qapı bərpa edilir Bu gün, 11:48 ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi Bu gün, 11:48 Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu Bu gün, 11:48 Çiyin-çiyinə döyüşdülər, bərabər həlak oldular - Şəhid qardaşların son fotosu Bu gün, 11:48 Ayxan Abbasov: "Barselona"nın baş məşqçisi "Sabah"la oyunda əziyyət çəkdiklərini etiraf etdi" Bu gün, 11:48 Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi Bu gün, 11:48 "PAŞA Bank" X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib Bu gün, 11:48 Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri AÇIQLANDI Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ Bu gün, 10:49 Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb Bu gün, 10:48 Qazaxda partlayışda yaralanan ana və oğlunun vəziyyətləri açıqlandı Bu gün, 10:48 Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib Bu gün, 10:48 "Fitch" "Cənub Qaz Dəhlizi"nin kredit reytinqini təsdiqlədi Bu gün, 10:48 65 yaşında xərçəngdən vəfat etdi Bu gün, 10:48 "Sabah"ın qapıçısı Çempionlar Liqasında lider oldu Bu gün, 10:48 Azərbaycanda qar yağdı, güclü külək əsdi – FAKTİKİ HAVA Bu gün, 10:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək Bu gün, 10:48 Alisson Bekker "Liverpul" tarixində Çempionlar Liqasında məhsuldar ötürmə edən ilk qapıçı olub Bu gün, 10:48 Süni intellektlə hazırlanan videoları seçə bilməyin 5 YOLU Bu gün, 10:48 Qazaxda evdə partlayış olub: İki nəfər xəsarət aldılar Bu gün, 09:48 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar Bu gün, 09:48 Qızılın qiyməti 3 600 dolları keçdi Bu gün, 09:48 Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər Bu gün, 09:48 "Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü Bu gün, 09:48 Bakıda səkkizinci mərtəbədə köməksiz qalan uşaq xilas edildi Bu gün, 09:48 Azercell-in rəqəmsal inkişaf modeli Filip Kotlerin beynəlxalq nəşrində təqdim edilib Bu gün, 09:48 Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb Bu gün, 08:49 Azərbaycan və Litvanın XİN rəhbərləri "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər Bu gün, 08:49 Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim Bu gün, 08:49 Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi Bu gün, 08:48 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? Bu gün, 08:48 Bakıda bu ərazidə fərdi evlər SÖKÜLƏCƏK - 3 min manat kompensasiya... Bu gün, 08:48 Qazaxda evdə partlayış olub: Ana və oğlu xəsarət aldılar Bu gün, 08:48 Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR