25-07-2026, 09:48 66

Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki qonağı Əməkdar artist Çingiz Əhmədov olub.

Uşaqlıq və gənclik illərindən danışan aktyor həmin dövrdə böyük tamaşaçı sevgisi qazandığını bildirib.

Onun sözlərinə görə, televiziyada tez-tez görünməsi, xüsusilə, gənc qızların diqqətini çəkib:

"Hansısa məktəbin yanından keçəndə qızlar üstümə şığıyırdılar. O vaxtlar buruq saçlarım var idi, geyimimə də çox fikir verirdim. Televiziyada ayda dörd dəfə efirə çıxırdım. Rejissorlar məni verilişlərinə dəvət edirdilər və getdikcə insanların sevimlisinə çevrilirdim".

Çingiz Əhmədov bildirib ki, yaşadığı binanın qarşısında onu görmək üçün gözləyənlər də olub:

"Subay vaxtlarımda yaşadığımız evin qarşısında səkkiz-on qız dayanıb gözləyirdi ki, küçəyə nə vaxt çıxacağam. O zaman indiki kimi hamının əlində telefon yox idi. Kimin fotoaparatı olurdusa, gəlib şəkil çəkdirirdi".

Əməkdar artist həyat yoldaşı Mehriban xanımla tanışlıq tarixçəsindən də danışıb. O bildirib ki, onları dostu tanış edib:

"Dostum dedi ki, "yaxşı oğlansan, istəyirəm, yaxşı bir qızla ailə qurasan". İlk dəfə görüşəndə mən Azərbaycan dilində danışırdım, o isə rusca cavab verirdi. Sonra danışdıq və gördüm ki, çox istiqanlı qızdır".

Aktyorun sözlərinə görə, Mehriban xanımın atası əvvəlcə qızının sənət adamı ilə ailə qurmasına razılıq verməyib:

"Atası demişdi ki, "sənin başın xarabdır, artistə adam qız verər? Mən qızımı ona verə bilmərəm". Sonra anamla bibimi elçiliyə göndərdim. Razılıqlarını aldıqdan sonra qayınatama dedim ki, "elə edəcəyəm, bu evin oğlu olum". Həqiqətən də belə oldu. O mənə kürəkən kimi yox, evin böyük oğlu kimi baxırdı".

Paylaş

Xəbər lenti

Həbib Nurmaqomedov BƏƏ-də görüntüləndi - Komanda üzvlərini buraxdırmağa gedibmiş Bu gün, 10:48 Bakının üç rayonunda qarlı havalara hazırlıqla bağlı müşavirələr keçirilib Bu gün, 10:48 Zakir Həsənov hərbçilərə ali rütbələri təqdim edib Bu gün, 10:48 Mərdəkanda uşaqlar yük avtomobillərini daşa basıblar Bu gün, 10:48 Azərbaycanda qeyri-neft ixracına dəstək veriləcək Bu gün, 10:48 Məşhur aktyor xəstəxənaya yerləşdirildi - Bu gecə əməliyyat olunacaq Bu gün, 10:48 Bakıda avtomobil motosikletçini vuraraq öldürüb Bu gün, 10:48 Azərbaycanlı aktrisanı məcbur işdən çıxarıblar: "Dedilər ki, ərizəni yaz..." Bu gün, 10:48 Siyəzəndə avtomobil "Kamaz"la toqquşub, bir nəfər ölüb Bu gün, 10:48 Azərbaycanda 9 ayda 500 nəfər yol qəzasında ölüb – STATİSTİKA Bu gün, 10:48 Brilliant Dadaşova: "18 yaşında atamın evini təmir etdirmişəm" Bu gün, 10:48 Bakıda sərxoş kişi əvvəl maşını mağazaya çırpdı, sonra qadını yumruqladı Bu gün, 09:48 Hikmət Hacıyev Aİ rəsmiləri ilə Avropa İttifaqı - Azərbaycan münasibətlərini müzakirə edib Bu gün, 09:48 Bakıda gölün bəndi yarıldı: Evlər su altında qaldı Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 4 dollara yaxın ucuzlaşıb Bu gün, 09:48 "Böyük Qayıdış" davam edir: Növbəti köç karvanı ilə 83 ailə yola salınıb Bu gün, 08:48 Lənkəranda qaz xətti zədələnib, kəndlər qazsız qalıb Bu gün, 08:48 Ailəsindən ayrılan kişinin başqa qadınla meyiti tapıldı - Müəmmalı ölümlə bağlı detallar Bu gün, 08:48 Azərbaycanəsilli məşhur müğənni niyə gözə dəymir? - Səbəb Bu gün, 08:48 Azərbaycan millisi Andorranı məğlub etdi Bu gün, 00:48 Tez yorulan 5 bürc – Enerjiləri tez tükənir Bu gün, 00:48 Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür Bu gün, 00:48 İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib Bu gün, 00:48 Rahat yatmaq üçün axşam yeməyində hansı yeməyi seçmək lazımdır? Dünən, 23:48 Şəmkirdə evdə kişi və qadın meyiti aşkarlanıb Dünən, 23:48 "Müqəddəsliyin arxasında çirkinliklər gizlənir" - Ziya Ağa teatrın problemlərini açdı Dünən, 23:48 Cənubi Koreyada imtahan birincisi süni intellektlə köçürdüyünü etiraf etdi Dünən, 23:48 Andorra - Azərbaycan oyunu: Millimizdən üçüncü qol Dünən, 23:48 Hikmət Hacıyev Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb Dünən, 23:48 Xəzər rayonunda toydan çıxan piyadanı avtomobil vurdu Dünən, 23:48 Azərbaycanda daha bir həkim vəfat etdi Dünən, 22:48 Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı Dünən, 22:48 Bakıda 50 illik park məhv olur: Villalardan tonlarla zibil tökülür Dünən, 22:48 17 noyabrda "rəqəmsal qiyamət" baş verəcək? Ekspertlərdən açıqlama Dünən, 22:48 Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib Dünən, 22:48 Bakıda uşaq və əlil arabası ilə hərəkət etmək çətinləşib – Sakinlər səkilərin vəziyyətindən şikayətçidir Dünən, 22:48 Azərbaycan millisinin 2 boksçusu U-23 Avropa çempionatına qələbə ilə başlayıb Dünən, 21:48 HONOR Çində Android smartfon brendləri arasında 1-ci yerdə Dünən, 21:48 Biznes kartı, çıxarılan pullar, yoxa çıxan 651 min manat: Vüqar Əliyev bahalı hədiyyələri kimin üçün sifariş edib? Dünən, 21:48 Adil Qeybulladan süni intellektlə müalicə olunanlara XƏBƏRDARLIQ Dünən, 21:48 Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar Dünən, 21:48 Həyat yoldaşlarının Cennifer Lopezə aldığı MİLYONLUQ ÜZÜKLƏR - SİYAHI Dünən, 21:48 Almaniya kansleri şəxsi təyyarəsini satdı: Pilot lisenziyası dayandırıldı Dünən, 21:48 Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi Dünən, 21:48 "SOCAR Petroleum": "Naxçıvana avtomobil benzininin tədarükündə heç bir problem yoxdur" Dünən, 21:48 İşini itirən şəxsin kredit borcunu sığorta şirkəti ödəyə bilər Dünən, 21:48 Andrey Sibiqa Azərbaycanı BTİ-nin rəhbər orqanlarına seçilməsi münasibətilə təbrik edib Dünən, 19:48 Bakıda turistləri daşıyan mikroavtobus yoldan çıxaraq maneəyə çırpıldı: Ağır yaralı var Dünən, 19:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR