
Madrid "Real"ının baş məşqçisi Joze Mourinyo "Leypsiq"in cinah hücumçusu Yan Diomandenin transferini klubun əsas hədəfi kimi dəstəkləyib.
AVESTA.AZ xəbər verir ki, bu barədə məşhur idman jurnalisti Fabrizio Romano məlumat yayıb.
Onun sözlərinə görə, portuqaliyalı mütəxəssis rəhbərliyə hücum xəttinə daha çox sürət və yeni nəfəs gətirmək istədiyini bildirib.
Daha əvvəl "Bild" 19 yaşlı futbolçu üçün "Real"ın 100 milyon avro ödəməyə hazır olduğunu yazıb. Diomande ötən mövsüm bütün turnirlərdə 36 oyunda 13 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Leypsiq"lə müqaviləsi 2030-cu ilin yayına qədərdir. Transfermarkt isə futbolçunun bazar dəyərini 90 milyon avro qiymətləndirir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.