
Qazaxıstan hava məkanında qəza siqnalı verən Rusiya təyyarəsi Omsk hava limanına eniş edib.
BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, Novosibirskdən Mahaçqalaya uçan "S7 Airlines" aviaşirkətinə məxsus "Boeing 737" təyyarəsi texniki nasazlıq səbəbindən Omsk hava limanına yönləndirilib.
Təyyarənin göyərtəsində 173 sərnişinin olduğu bildirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.