25-07-2026, 23:48 41

Azərbaycanda idxal niyə kəskin azalıb?

2026-cı ilin ilk yarısında Azərbaycanın idxalı kəskin azalıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvar-iyun aylarında ölkəyə idxal olunan malların ümumi statistik dəyəri 8.34 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3.18 milyard dollar və ya 27.6% azdır.

Maraqlıdır ki, ümumi idxalın azalmasına baxmayaraq, maşın və avadanlıq idxalı 18,8%, ərzaq məhsullarının idxalı isə 6,9% artıb. Digər tərəfdən, ümumi geriləmənin əsas hissəsi "digər mallar" kateqoriyasında qeydə alınan 62 faizlik azalma ilə bağlıdır.

Bəs bu göstəricilər iqtisadiyyat üçün hansı mesajı verir? İdxaldakı azalma daxili istehsalın güclənməsinin göstəricisi, yoxsa investisiya və tələbatın zəifləməsinin nəticəsidir?

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"İdxalın azalması iqtisadi zəifləmə demək deyil"

İqtisadçı Günay Hüseynovanın sözlərinə görə, idxalın azalması ölkə iqtisadiyyatı üçün ilk baxışdan müsbət görünsə də, bu tendensiyanın real iqtisadi əhəmiyyətini anlamaq üçün ümumi rəqəmləri deyil, konkret mal qruplarının statistikasını təhlil etmək lazımdır: "İdxaldakı kəskin geriləmənin arxasında sənaye avadanlıqlarının və ya iş yerləri üçün lazımi istehsal vasitələrinin çatışmazlığının dayandığı ehtimal edilə bilər. Lakin real statistika bunun tam əksini göstərir. Ölkəyə maşın, avadanlıq və mexanizmlərin idxalı 18.8% artaraq iki milyard dolları keçib və ümumi idxaldakı payı 24.1%-ə yüksəlib. Vergi ödəyicilərinin sayındakı artım fonunda istehsal vasitələrinin idxalının genişlənməsi onu göstərir ki, ümumi azalma iş yerlərinin bağlanması və ya sənayenin zəifləməsi ilə bağlı deyil. Əksinə, daxili bazarda iqtisadi aktivlik davam edir. Məsələn, geyim (4.4% azalma) və mebel (19.7% azalma) idxalındakı geriləmə daxili bazarda yerli istehsalın və sahibkarlığın inkişafının müsbət nəticəsi kimi qiymətləndirilə bilər. Lakin digər tərəfdən, ərzaq məhsullarının idxalının 6.9% artaraq 1.4 milyard dollara yaxınlaşması (xüsusən ət və süd məhsullarının fiziki həcmindəki ciddi artımlar) baza istehlak mallarında xarici bazardan asılılığın hələ də yüksək qaldığını göstərir".

"Əsas geriləmə "digər mallar" kateqoriyasında qeydə alınıb"

G.Hüseynova bildirib ki, xarici valyutanın ölkədən çıxışının üç milyard dollardan çox azalması milli valyutanın dayanıqlığı və tədiyyə balansı baxımından müsbət haldır: "İdxal olunan məhsulların strukturuna baxdıqda görürük ki, qara metallar, plastmas və ağac məmulatları kimi xammalyönümlü məhsulların idxal dəyəri artıb. Xammal və sənaye avadanlıqlarının ölkəyə gətirilməsinin artması gələcəkdə hazır məhsul istehsalı və ixrac potensialı yaradacağı üçün iqtisadi cəhətdən olduqca əhəmiyyətlidir. Təhlilin ən mühüm nəticəsi ondan ibarətdir ki, ümumi idxaldakı bu böyük azalma heç də kütləvi şəkildə yerli istehsalın sıçrayışı ilə bağlı deyil. İdxaldakı 3.2 milyard dollarlıq geriləmə mütləq şəkildə "digər mallar" kateqoriyasında baş verən 3.5 milyard dollarlıq (62%) kəskin çöküşlə əlaqədardır. Bu tendensiyanın davamlı olacağı təqdirdə iqtisadiyyat üçün risklər və imkanlar bütövlükdə həmin qrupun strukturundan asılıdır. İstehlakyönümlü geyimdə azalma, sənaye avadanlıqlarında isə artım bazarı sağlamlaşdırsa da, 27.6%-lik ümumi azalmanın əsl təbiətini anlamaq üçün "digər mallar" kateqoriyasının detalları, istifadə şəraiti və bu əməliyyatların birdəfəlik, yoxsa uzunmüddətli xarakter daşıdığı mütləq araşdırılmalıdır".

"İdxal geriləyir, amma texnoloji avadanlıq axını davam edir"

İqtisadçı Cəfər İbrahimlinin sözlərinə görə, cari ilin ilk yarısında ümumi idxalın 27.6% azalması, ixracın isə artması xarici ticarətdə müsbət saldonun artmasına səbəb olub: "Böyük ehtimalla, investisiya məqsədilə saxlanılan qızılın bir hissəsi qiymətlərin yüksək olduğu dövrdə satılaraq ixrac edilib və bu da xarici ticarət saldosuna öz ciddi müsbət təsirini göstərib. İdxalın kəskin azalmasının əsas səbəbinə gəldikdə, ilkin ehtimallar bunu işğaldan azad edilmiş ərazilərdəki genişmiqyaslı bərpa-quruculuq işlərinin və infrastruktur layihələrinin mühüm bir hissəsinin yekunlaşması ilə əlaqələndirilir. Gözlənilirdi ki, əvvəlki illərdən fərqli olaraq, əsaslı investisiyayönümlü texnologiya və avadanlıq idxalı azalacaq. Lakin rəsmi gömrük statistikası fərqli mənzərə ortaya qoyur. Ölkəyə maşın, avadanlıq və mexanizmlərin idxalı azalmayıb, əksinə, 18.8% artaraq iki milyard dolları ötüb. Bu isə onu göstərir ki, ölkədə infrastruktur, sənaye və əsaslı investisiyalar üçün texnoloji təchizat hələ də yüksək sürətlə davam edir".

"Yerli istehsal artsa da, ərzaq idxalından asılılıq qalır"

C.İbrahimli bildiribki, bu tendensiyanın ölkə iqtisadiyyatı üçün əhəmiyyətinə gəldikdə, azalmanın arxasında yatan real amillər önəmlidir. Şübhəsiz ki, ölkədə daxili istehsalın artımı tendensiyası mövcuddur: "Məsələn, mebel (19.7%) və geyim (4.4%) idxalındakı geriləmə məhz yerli istehsalın daxili bazarı əvəzləməsi ilə izah oluna bilər. Bu, iqtisadi inkişaf və böyümə imkanları baxımından olduqca müsbət haldır. Lakin ərzaq idxalının (xüsusən ət və süd məhsulları) 6.9% artması göstərir ki, daxili istehsaldakı sıçrayış bütün sektorları, xüsusilə də baza istehlak mallarını hələ ki, tam əhatə etmir. Statistika təsdiq edir ki, hazırkı vəziyyətdə idxaldakı bu ciddi azalmanın əsas səbəbi investisiya layihələrinin bitməsi deyil. Geriləmənin demək olar ki, tamamı birbaşa "digər mallar" kateqoriyasında baş verən 62%-lik (təxminən 3.5 milyard dollar) kəskin düşüşlə bağlıdır. Yəni, iqtisadi mənzərəni doğru qiymətləndirmək üçün xüsusi olaraq bu spesifik kateqoriyadakı azalmanın təsnifatı araşdırılmalıdır".

Paylaş

Xəbər lenti

Röya Ayxanın adından saxta konsert təşkil edib, bilet satdılar Bu gün, 01:48 "Ən çətini şəhid nəşinin ailələrə təhvil verilməsi idi" - Xilasetmə əməliyyatının qəhrəmanları danışdılar Bu gün, 00:48 Yaponiya 50,4 milyard dollarlıq rekord valyuta intervensiyası keçirib Bu gün, 00:48 Bayramı rayonlarda keçirmək istəyənlər çıxılmaz vəziyyətdə qaldılar Bu gün, 00:48 Tramp İranla müharibə zamanı ABŞ-nin qoruduğu ölkələrdən ödəniş tələb edib Bu gün, 00:48 Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür Bu gün, 00:48 Tərtər şəhərinin atəşə tutulmasından 6 il ötür Bu gün, 00:48 Bu gün Mustafa Kamal Atatürkün anım günüdür Bu gün, 00:48 Ağ Evdə təhlükəsizlik tədbirləri gücləndirilib Dünən, 23:48 Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək? Dünən, 23:48 Lüksemburqda Zəfər Günü qeyd olunub Dünən, 23:48 İzmirdə zavodda baş verən partlayışla bağlı 6 nəfər saxlanılıb Dünən, 23:48 Günəşdə XXI əsrin rekordu təkrarlandı Dünən, 23:48 Yapon alimlərindən inqilabi kəşf: İtirilmiş dişlər yenidən çıxa bilər Dünən, 23:48 Yod çatışmazlığına qarşı ən sadə üsul Dünən, 23:48 Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci cüzi azaldıb Dünən, 23:48 Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib Dünən, 22:48 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var Dünən, 22:48 Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub Dünən, 22:48 Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var? Dünən, 22:48 Ərdoğan: Artıq Qarabağın hər tərəfində sülh küləkləri əsir Dünən, 21:48 Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır Dünən, 21:48 Türkiyə Prezidenti: Gabarda iki yeni sahədə 135 milyon barel neft potensialı aşkarlanıb Dünən, 21:48 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" Dünən, 21:48 Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi Dünən, 20:48 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq Dünən, 20:48 Almaniyada ilk dəfə qadın prezident seçilə bilər Dünən, 20:48 İzmirdəki zavodda partlayışda ölənlərin sayı 10-a çatıb Dünən, 20:48 Rəsmi Bakı Türkiyəyə başsağlığı verib Dünən, 20:48 Fransanı yenidən ümumxalq etirazları bürüyəcək Dünən, 19:48 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb Dünən, 19:48 Sabiq vəzifəli şəxs vəfat etdi Dünən, 19:48 Zəlzələ təhlükəsi ilə bağlı gərgin müzakirə: "Neçə balda yıxılıb öləcəyik?" Dünən, 19:48 Əsrlərin Qaraqayası: azərbaycanlılar qovulub, kəndin adı dəyişdirilib Dünən, 19:48 Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım edib Dünən, 19:48 Türkiyədə 4,6 maqnitudalı zəlzələ olub Dünən, 18:48 Muxtar Babayev: COP31-də azərbaycanlı məsləhətçilər mühüm rol oynayırlar Dünən, 18:48 Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq Dünən, 18:48 Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? Dünən, 18:48 İran sülh danışıqlarına başlamaq üçün şərtlərini açıqladı Dünən, 17:48 GECO Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirəcək enerji dəhlizi üçün Aİ-yə müraciət edib Dünən, 17:48 COP31-in əsas mövzuları arasında Xəzər dənizinin problemləri də yer alır Dünən, 17:48 Prezidentin nümayəndəsi: Azərbaycan üçün su təhlükəsizliyi milli strateji prioritetdir Dünən, 17:48 Brüsseldə Zəfər Günü qeyd olunub Dünən, 17:48 SOCAR və "Sinopec Corp." Strateji əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb Dünən, 16:48 Tramp İranla müharibənin respublikaçıların seçkilərdə məğlubiyyətinə təsirini etiraf edib Dünən, 16:48 Azərbaycanla Türkiyəni birləşdirən bağlar siyasi maraq və müvəqqəti proseslərdən daha güclüdür Dünən, 16:48 İzmirdəki partlayışda ölənlərin sayı artıb Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR