
Bu ilin I yarısında Azərbaycanda dövlət büdcəsi xərclərinin 5,6 %-i və yaxud 944,8 milyon manatı dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər olub.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,05 % azdır.
Yarım il ərzində daxili dövlət borcu üzrə 275,9 milyon manat (faiz borcu üzrə), xarici dövlət borcu üzrə 668,9 milyon manat olmaqla (əsas borc üzrə 494,2 milyon manat, faiz borcu üzrə 174,7 milyon manat) ödənilib.
Xatırladaq ki, bu il büdcədə borc və öhdəliklərə xidmət üçün 2 milyard 457,6 milyon manat vəsait nəzərdə tutulub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.