
Bu ilin yanvar-iyun ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə 109 457 elektron arayış alınıb.
AVESTA.AZ xəbər verir ki, bu barədə report-a Fonddan bildirilib.
Məlumata əsasən, bu arayışların 50 587 pensiya, 26 235 müavinət və təqaüd, 22 025 fərdi şəxsi hesab, 4 008 ünvanlı dövlət sosial yardımı, 1 146 ünvanlı dövlət sosial yardımı ödənişləri, 1 257 sağlamlıq imkanları məhdud olan uşaqlar, 4 199 əlilliyi olan şəxslərə qulluqla bağlı olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.