
Trabzonun Araklı bələdiyyəsinin sədri Hüseyn Avni Coşkun Çebi Misir millisinin və "Trabzonspor"un yeni transferi Məhəmməd Salaha maraqlı təklif edib.
BAKU.WS xəbər verir ki, bələdiyyə sədri Salahla görüşü zamanı futbolçuya karyerasını başa vurduqdan sonra Misirə qayıtmamağı, əvəzində Araklıda yaşamağı tövsiyə edib.
Çebi bunu qlobal istiləşmə ilə əlaqələndirərək Araklının gələcəkdə iqlim dəyişikliyindən ən az təsirlənəcək bölgələrdən biri olacağını bildirib.
"İstəsəniz, sizə gözəl bir torpaq sahəsi ayıraq. Gələcəkdə övladlarınız və nəvələriniz üçün su problemi olmayan, qlobal istiləşmədən az təsirlənən bir bölgədə yaşamaq imkanınız olsun", - deyə bələdiyyə sədri Salaha müraciət edib.
Qeyd edək ki, Məhəmməd Salah bu yay "Trabzonspor"a transfer olunub və onun təqdimat mərasimi minlərlə azarkeşin iştirakı ilə keçirilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.