8-08-2026, 17:48 11

Nəqliyyat xərclərinin qarşılanması qeyri-neft ixracına necə təsir edəcək?

Qeyri-neft-qaz ixracının stimullaşdırılması məqsədilə tətbiq edilən yeni logistika dəstəyi mexanizmi ixracatçıların xərclərini azaltmağı hədəfləyir. Mütəxəssislər bu addımın ixrac potensialını gücləndirəcəyi qənaətindədirlər.

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən, Azərbaycan mənşəli qeyri-neft-qaz mallarına ixrac daşıma dəstəyi göstəriləcək. Yeni mexanizm çərçivəsində dəstəyin məbləği daşınmaya çəkilən və nağdsız qaydada ödənilən faktiki nəqliyyat xərcləri, həmçinin ixrac olunan məhsulun gömrük dəyəri əsasında hesablanacaq. Daşımanın dəmir yolu, hava, dəniz və ya Azərbaycanda qeydiyyata alınmış avtomobil nəqliyyatı ilə həyata keçirilməsi halında nəqliyyat xərclərinin 70 faizi, digər ölkələrdə qeydiyyata alınmış avtomobil nəqliyyatı ilə daşınma zamanı isə 50 faizi nəzərə alınacaq. Mexanizm 2026-cı il sentyabrın 1-dən 2036-cı il sentyabrın 30-dək həyata keçiriləcək. Bəs yeni dəstək mexanizmi qeyri-neft-qaz ixracının artımına real təsir göstərə biləcəkmi? Logistika xərclərinin subsidiyalaşdırılması ixracatçıların rəqabət qabiliyyətini nə dərəcədə artıracaq?

Nəqliyyat xərclərinin qarşılanması qeyri-neft ixracına necə təsir edəcək?

İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, Azərbaycanın ixracı bir neçə tranzit ölkənin ərazisindən keçdiyi üçün əlavə rüsumlar, sərhəddə gözləmələr və digər bürokratik maneələrlə üzləşir ki, bu da logistika xərclərini əhəmiyyətli dərəcədə artırır.

Onun sözlərinə görə, hazırda Azərbaycan sahibkarlarının qeyri-neft ixracında əsas hədəf bazarı MDB ölkələridir. Mövcud dəmir yolu əlaqələri bu bazarlara çıxışı qismən asanlaşdırsa da, daha uzaq və gəlirli bazarlara çıxış yüksək logistika xərcləri səbəbindən çətinləşir:

"Yerli istehsalın maya dəyərinə logistika xərcləri ciddi təsir göstərir. Azərbaycanın əsas təbii xammalı neft və qaz olduğundan, qeyri-neft sektoru üçün zəruri metallar, meşə sənayesi məhsulları, tikinti materiallarının böyük hissəsi, eləcə də kənd təsərrüfatında istifadə olunan gübrə və dərman vasitələri xaricdən idxal edilir. Nəticədə istehsalçılar həm xammalı ölkəyə gətirərkən, həm də hazır məhsulu ixrac edərkən logistika xərcləri ilə üzləşirlər. Ölkədə ixracyönümlü iqtisadiyyatın formalaşmasına mane olan əsas amillərdən biri də məhz yüksək daşınma xərcləridir".

Nəqliyyat xərclərinin qarşılanması qeyri-neft ixracına necə təsir edəcək?

"Real nəticələr 2027-ci ildən görünəcək"

Ekspert hesab edir ki, dövlətin logistika xərclərinin 70 faizədək hissəsini subsidiyalaşdırması ixracın stimullaşdırılması istiqamətində mühüm addımdır:

"Bununla belə, fərmanın tətbiqi üçün məhsul siyahılarının, hədəf ölkələrin və digər icra mexanizmlərinin hazırlanması müəyyən vaxt tələb etdiyindən onun real iqtisadi təsirləri daha çox 2027-ci ildən hiss olunacaq. Bu müddətdə sahibkarların yeni bazarlar tapması, potensial müştərilərlə əməkdaşlıq qurması və ixrac prosesinə uyğunlaşması gözlənilir. Yeni dəstək mexanizminin tətbiqi nəticəsində 2027-ci ildən etibarən Azərbaycanın qeyri-neft ixracında həm yeni bazarlar, həm də yeni məhsul növləri üzrə artım müşahidə olunacaq".

İqtisadçı Asif İbrahimovun fikrincə, logistika subsidiyası qeyri-neft ixracının stimullaşdırılması baxımından mühüm iqtisadi alətdir:

"Bununla belə, ixracın davamlı artımına nail olmaq üçün təkcə daşınma xərclərinin subsidiyalaşdırılması kifayət deyil. Bununla yanaşı, istehsalın rəqabət qabiliyyəti yüksəldilməli, məhsullar beynəlxalq standartlara uyğunlaşdırılmalı, yeni bazarlara çıxış imkanları genişləndirilməli və ixracın maliyyələşdirilməsi mexanizmləri gücləndirilməlidir. Hazırda Azərbaycan ixracatçılarının əsas hədəf bazarı Rusiyadır. Halbuki, ABŞ və Avropa İttifaqı kimi böyük və yüksək gəlirli bazarlara çıxış yerli məhsulların daha yüksək qiymətlə satılmasına imkan yarada bilər. Lakin bu istiqamətdə qanunvericilik, standartlaşdırma və sertifikatlaşdırma sahələrində ciddi maneələr mövcuddur. Azərbaycan hələ də əsasən GOST standartları ilə işləyir, halbuki inkişaf etmiş ölkələr beynəlxalq standartlar tələb edir. Bundan əlavə, ölkədə verilən sertifikatların xaricdə tanınmaması və akkreditasiya sahəsində mövcud problemlər ixrac potensialının tam reallaşmasına mane olur".

Nəqliyyat xərclərinin qarşılanması qeyri-neft ixracına necə təsir edəcək?

A.İbrahimov hesab edir ki, Prezident tərəfindən imzalanan və qeyri-neft-qaz məhsullarının ixracı zamanı daşınma xərclərinin subsidiyalaşdırılmasını nəzərdə tutan fərman ölkənin ixrac potensialının gücləndirilməsi istiqamətində mühüm addımdır:

"Nəqliyyat xərclərinin 50-70 faizinin dövlət tərəfindən qarşılanması ixracatçıların logistika yükünü azaltmaqla yerli məhsulların beynəlxalq bazarlarda qiymət baxımından rəqabət qabiliyyətini artıracaq. Lakin sahibkarların uzunmüddətli perspektivdə dövlət dəstəyindən asılı vəziyyətdə qalmaması vacibdir. Elə dayanıqlı iqtisadi mühit formalaşdırılmalıdır ki, gələcəkdə subsidiya mexanizmi dayandırılsa belə, ixracatçılar fəaliyyətlərini problemsiz davam etdirə bilsinlər. Logistika xərcləri xüsusilə kənd təsərrüfatı və qida sənayesində əsas xərc elementlərindən biridir. Daşınma xərclərinin azalması istehsalçıların yeni bazarlara çıxışını asanlaşdıracaq, ixrac əməliyyatlarının rentabelliyini yüksəldəcək və sahibkarları daha uzaq bazarlara yönəlməyə həvəsləndirəcək. Ölkə rəhbərliyinin müəyyən etdiyi strateji hədəflər müasir tələblərə cavab versə də, bəzi sahələrdə, xüsusilə kənd təsərrüfatı və rəqəmsal transformasiya istiqamətlərində icra mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac var".

Nəqliyyat xərclərinin qarşılanması qeyri-neft ixracına necə təsir edəcək?

İqtisadçı bildirib ki, logistika subsidiyası ilə yanaşı, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqi və beynəlxalq marketinq fəaliyyəti daha sistemli şəkildə həyata keçirilməlidir:

"Yeni dəstək mexanizmi logistika sektorunun inkişafına da müsbət təsir göstərəcək. İxrac həcmlərinin artması yeni multimodal daşınma marşrutlarının formalaşmasına, tranzit imkanlarının genişlənməsinə və Azərbaycanın regional logistika mərkəzi kimi mövqeyinin möhkəmlənməsinə şərait yarada bilər. Daşınma xərclərinin subsidiyalaşdırılması mühüm iqtisadi təşviq olsa da, onun real nəticələri yalnız istehsal, logistika, maliyyə, sertifikatlaşdırma və xarici bazarlara çıxışı əhatə edən kompleks dövlət siyasəti ilə müşayiət olunduğu halda tam şəkildə özünü göstərəcək".

Paylaş

Xəbər lenti

"Ən çətini şəhid nəşinin ailələrə təhvil verilməsi idi" - Xilasetmə əməliyyatının qəhrəmanları danışdılar Bu gün, 00:48 Yaponiya 50,4 milyard dollarlıq rekord valyuta intervensiyası keçirib Bu gün, 00:48 Bayramı rayonlarda keçirmək istəyənlər çıxılmaz vəziyyətdə qaldılar Bu gün, 00:48 Tramp İranla müharibə zamanı ABŞ-nin qoruduğu ölkələrdən ödəniş tələb edib Bu gün, 00:48 Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür Bu gün, 00:48 Tərtər şəhərinin atəşə tutulmasından 6 il ötür Bu gün, 00:48 Bu gün Mustafa Kamal Atatürkün anım günüdür Bu gün, 00:48 Ağ Evdə təhlükəsizlik tədbirləri gücləndirilib Dünən, 23:48 Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək? Dünən, 23:48 Lüksemburqda Zəfər Günü qeyd olunub Dünən, 23:48 İzmirdə zavodda baş verən partlayışla bağlı 6 nəfər saxlanılıb Dünən, 23:48 Günəşdə XXI əsrin rekordu təkrarlandı Dünən, 23:48 Yapon alimlərindən inqilabi kəşf: İtirilmiş dişlər yenidən çıxa bilər Dünən, 23:48 Yod çatışmazlığına qarşı ən sadə üsul Dünən, 23:48 Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci cüzi azaldıb Dünən, 23:48 Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib Dünən, 22:48 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var Dünən, 22:48 Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub Dünən, 22:48 Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var? Dünən, 22:48 Ərdoğan: Artıq Qarabağın hər tərəfində sülh küləkləri əsir Dünən, 21:48 Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır Dünən, 21:48 Türkiyə Prezidenti: Gabarda iki yeni sahədə 135 milyon barel neft potensialı aşkarlanıb Dünən, 21:48 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" Dünən, 21:48 Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi Dünən, 20:48 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq Dünən, 20:48 Almaniyada ilk dəfə qadın prezident seçilə bilər Dünən, 20:48 İzmirdəki zavodda partlayışda ölənlərin sayı 10-a çatıb Dünən, 20:48 Rəsmi Bakı Türkiyəyə başsağlığı verib Dünən, 20:48 Fransanı yenidən ümumxalq etirazları bürüyəcək Dünən, 19:48 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb Dünən, 19:48 Sabiq vəzifəli şəxs vəfat etdi Dünən, 19:48 Zəlzələ təhlükəsi ilə bağlı gərgin müzakirə: "Neçə balda yıxılıb öləcəyik?" Dünən, 19:48 Əsrlərin Qaraqayası: azərbaycanlılar qovulub, kəndin adı dəyişdirilib Dünən, 19:48 Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım edib Dünən, 19:48 Türkiyədə 4,6 maqnitudalı zəlzələ olub Dünən, 18:48 Muxtar Babayev: COP31-də azərbaycanlı məsləhətçilər mühüm rol oynayırlar Dünən, 18:48 Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq Dünən, 18:48 Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? Dünən, 18:48 İran sülh danışıqlarına başlamaq üçün şərtlərini açıqladı Dünən, 17:48 GECO Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirəcək enerji dəhlizi üçün Aİ-yə müraciət edib Dünən, 17:48 COP31-in əsas mövzuları arasında Xəzər dənizinin problemləri də yer alır Dünən, 17:48 Prezidentin nümayəndəsi: Azərbaycan üçün su təhlükəsizliyi milli strateji prioritetdir Dünən, 17:48 Brüsseldə Zəfər Günü qeyd olunub Dünən, 17:48 SOCAR və "Sinopec Corp." Strateji əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb Dünən, 16:48 Tramp İranla müharibənin respublikaçıların seçkilərdə məğlubiyyətinə təsirini etiraf edib Dünən, 16:48 Azərbaycanla Türkiyəni birləşdirən bağlar siyasi maraq və müvəqqəti proseslərdən daha güclüdür Dünən, 16:48 İzmirdəki partlayışda ölənlərin sayı artıb Dünən, 16:48 Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR