9-08-2026, 16:48 19

Avtomobil sahiblərinin nəzərinə: Kasko bahalaşır - SƏBƏBLƏR və gözlənilən YENİLİKLƏR

Azərbaycanda avtonəqliyyat vasitələrinin könüllü (Kasko) sığortası üzrə yeni yanaşmalar tətbiq ediləcək. Bununla bağlı danışan Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin birinci müavini Əliyar Məmmədyarov bildirib ki, nəzərdə tutulan dəyişikliklər beynəlxalq sığorta prinsiplərinə uyğunlaşmanı, tərəflərin hüquq və öhdəliklərinin daha aydın müəyyənləşdirilməsini, eləcə də istehlakçı məmnuniyyətinin artırılmasını təmin edəcək. AMB rəsmisinin sözlərinə görə, sığorta bazarında aparılan təkmilləşdirmələr sektorun dayanıqlığının artırılmasına yönəlib.

Digər tərəfdən, son dövrlərdə Kasko sığortasının qiymətlərində artım müşahidə olunur ki, bu da sürücülər arasında suallar doğurur.

Maraqlıdır, bu dəyişikliklər hansı zərurətdən irəli gəlir və sığorta bazarına necə təsir göstərəcək?

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Avtomobil sahiblərinin nəzərinə: Kasko bahalaşır - SƏBƏBLƏR və gözlənilən YENİLİKLƏR

Operativ, rahat, etibarlı...

Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov "Kaspi" qəzetinə açıqlamasında bildirib ki, Kasko sığortası ilə bağlı nəzərdə tutulan yeniliklər əsasən beynəlxalq təcrübəyə əsaslanır. Onun sözlərinə görə, bu dəyişikliklər yerli sığorta bazarının ümumi inkişafına da töhfə verəcək: "Çünki həm ümumi sığorta bazarının, həm də xüsusilə könüllü sığortanın inkişafında Kasko sığortası əhəmiyyətli rol oynayır. Avtomobillərin daim hərəkətdə olması və nəticə etibarilə mütəmadi olaraq risklərlə üzləşməsi bu sığorta növünə marağı daha da artırır. Yeniliklərdən biri də vətəndaşların Kaskonu daha təkmil texnologiyalar və mobil tətbiqlər vasitəsilə operativ, rahat və etibarlı şəkildə əldə etmələrinin təmin olunmasıdır".

"Bahalaşma yeni nəsil avtomobillərlə əlaqəlidir"

Kasko sığortasının qiymətlərində müşahidə olunan artıma gəlincə isə, ekspert bildirir ki, bu, yeni nəsil avtomobillərlə əlaqədardır: "Ölkəyə xüsusilə keçən ildən etibarən gətirilən yeni nəsil avtomobillərin ikinci əl ehtiyat hissələrinin olmaması, istər hibrid, istər plagin-hibrid və yaxud elektromobil avtomobillərin qiymətlərinin 20 min manatdan yuxarı olması faktı Kasko sığortasındakı qiymətlərə də bu və ya digər formada təsir göstərir. Çünki daha əvvəlki illərdə xüsusilə 15-20 min manat aralığında olan avtomobillər Kasko sığorta məhsulunu əldə edirdi. Amma bu gün yeni nəsil avtomobillər olduğu üçün həm ehtiyat hissələri, həm də bazar qiymətləri nisbətən yuxarıdır. Amma bu o demək deyil ki, Kasko vətəndaşlar üçün əlçatan olmayacaq. Bu gün vətəndaşlarımız bu məhsulu sığorta şirkətlərindən hissəvi ödənişlərlə də əldə edə bilirlər. Gələcəkdə bu istiqamətdə mikro-sığorta mexanizminin tətbiq olunması nəticəsində az gəlirli əhali də eyni risk təminatlarından yararlanmaqla bu sığorta məhsulunu daha aşağı sığorta haqqı ödəməklə əldə edə biləcək".

Avtomobil sahiblərinin nəzərinə: Kasko bahalaşır - SƏBƏBLƏR və gözlənilən YENİLİKLƏR

Bahalaşan ehtiyat hissələri, artan təmir xərcləri

Nəqliyyat eksperti Adil Nəbiyev hesab edir ki, Kasko sığortasının qiymətlərində son dövrdə müşahidə olunan artımın əsas səbəblərindən biri avtomobillərin və ehtiyat hissələrinin bahalaşması, təmir xərclərinin artması, xüsusilə yeni nəsil hibrid və elektrik avtomobillərinin təmirinin daha baha başa gəlməsidir: "Valyuta məzənnələri, inflyasiya, servis xidmətlərinin qiymətlərinin yüksəlməsi və qəza nəticəsində ödənilən sığorta ödənişlərinin artması da tariflərə birbaşa təsir göstərir. Digər tərəfdən, avtomobil parkının yenilənməsi və daha yüksək dəyərə malik nəqliyyat vasitələrinin sayının artması sığorta şirkətlərinin risklərini yüksəltdiyi üçün Kasko haqlarında artım müşahidə olunur".

Avtomobil sahiblərinin nəzərinə: Kasko bahalaşır - SƏBƏBLƏR və gözlənilən YENİLİKLƏR

"Problemlərin əhəmiyyətli hissəsi azalacaq"

Nəqliyyat eksperti qeyd edir ki, AMB-nin planlaşdırdığı yeni yanaşmalar bazarın daha şəffaf və beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsinə xidmət edə bilər: "Risklərin daha dəqiq qiymətləndirilməsi, müqavilə şərtlərinin daha aydın müəyyənləşdirilməsi, müştərilərin məlumatlandırılmasının gücləndirilməsi və sığorta məhsullarının standartlaşdırılması həm istehlakçı hüquqlarının qorunmasına, həm də sığorta bazarında etimadın artmasına müsbət təsir göstərə bilər. Eyni zamanda, fərdi riskə əsaslanan qiymət formalaşması təhlükəsiz sürücülər üçün daha əlverişli tariflərin yaranmasına imkan verəcək. Hazırda sürücülərin ən çox qarşılaşdığı problemlərdən biri müqavilə şərtlərini tam anlamadan Kasko əldə etmələri, hansı risklərin sığortaya daxil olub-olmadığını bilməmələri, bəzi hallarda ödənişdən imtina səbəbləri ilə bağlı narazılıqların yaranması və zərərin qiymətləndirilməsi prosesinin uzun çəkməsidir. Bundan əlavə, amortizasiya tətbiqi, orijinal və ya alternativ ehtiyat hissələrinin istifadəsi, "franchise" (özpayı) şərtləri və təmir servisinin seçimi də mübahisə yaradan məsələlərdəndir. Yeni yanaşmalar bu sahədə şəffaflığı artırarsa, standart müqavilələr və daha aydın qaydalar tətbiq olunarsa, bu problemlərin əhəmiyyətli hissəsinin azalacağı gözlənilir".

Avtomobil sahiblərinin nəzərinə: Kasko bahalaşır - SƏBƏBLƏR və gözlənilən YENİLİKLƏR

"Ucuz Kasko sərfəli seçim demək deyil"

Mütəxəssis vurğulayır ki, sürücülər Kasko sığortası seçərkən yalnız qiymətə deyil, həm də təminatın əhatə dairəsinə diqqət yetirməlidirlər: "Müqavilədə hansı risklərin sığortalandığını, "franchise" məbləğini, ödənişdən imtina hallarını, avtomobilin hansı servisdə təmir ediləcəyini, orijinal ehtiyat hissələrinin istifadə olunub-olunmayacağını, ərazi məhdudiyyətlərini, əvəzləyici avtomobil xidmətinin olub-olmadığını və zərərin ödənilməsi müddətlərini əvvəlcədən dəqiqləşdirmək vacibdir. Ucuz Kasko hər zaman daha sərfəli seçim demək deyil. Əsas məsələ qəza baş verdikdə sığorta müqaviləsinin sürücünü real şəkildə qoruması və vəd olunan təminatın praktikada da tam icra edilməsidir".

Paylaş

Xəbər lenti

"Ən çətini şəhid nəşinin ailələrə təhvil verilməsi idi" - Xilasetmə əməliyyatının qəhrəmanları danışdılar Bu gün, 00:48 Yaponiya 50,4 milyard dollarlıq rekord valyuta intervensiyası keçirib Bu gün, 00:48 Bayramı rayonlarda keçirmək istəyənlər çıxılmaz vəziyyətdə qaldılar Bu gün, 00:48 Tramp İranla müharibə zamanı ABŞ-nin qoruduğu ölkələrdən ödəniş tələb edib Bu gün, 00:48 Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür Bu gün, 00:48 Tərtər şəhərinin atəşə tutulmasından 6 il ötür Bu gün, 00:48 Bu gün Mustafa Kamal Atatürkün anım günüdür Bu gün, 00:48 Ağ Evdə təhlükəsizlik tədbirləri gücləndirilib Dünən, 23:48 Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək? Dünən, 23:48 Lüksemburqda Zəfər Günü qeyd olunub Dünən, 23:48 İzmirdə zavodda baş verən partlayışla bağlı 6 nəfər saxlanılıb Dünən, 23:48 Günəşdə XXI əsrin rekordu təkrarlandı Dünən, 23:48 Yapon alimlərindən inqilabi kəşf: İtirilmiş dişlər yenidən çıxa bilər Dünən, 23:48 Yod çatışmazlığına qarşı ən sadə üsul Dünən, 23:48 Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci cüzi azaldıb Dünən, 23:48 Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib Dünən, 22:48 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var Dünən, 22:48 Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub Dünən, 22:48 Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var? Dünən, 22:48 Ərdoğan: Artıq Qarabağın hər tərəfində sülh küləkləri əsir Dünən, 21:48 Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır Dünən, 21:48 Türkiyə Prezidenti: Gabarda iki yeni sahədə 135 milyon barel neft potensialı aşkarlanıb Dünən, 21:48 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" Dünən, 21:48 Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi Dünən, 20:48 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq Dünən, 20:48 Almaniyada ilk dəfə qadın prezident seçilə bilər Dünən, 20:48 İzmirdəki zavodda partlayışda ölənlərin sayı 10-a çatıb Dünən, 20:48 Rəsmi Bakı Türkiyəyə başsağlığı verib Dünən, 20:48 Fransanı yenidən ümumxalq etirazları bürüyəcək Dünən, 19:48 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb Dünən, 19:48 Sabiq vəzifəli şəxs vəfat etdi Dünən, 19:48 Zəlzələ təhlükəsi ilə bağlı gərgin müzakirə: "Neçə balda yıxılıb öləcəyik?" Dünən, 19:48 Əsrlərin Qaraqayası: azərbaycanlılar qovulub, kəndin adı dəyişdirilib Dünən, 19:48 Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım edib Dünən, 19:48 Türkiyədə 4,6 maqnitudalı zəlzələ olub Dünən, 18:48 Muxtar Babayev: COP31-də azərbaycanlı məsləhətçilər mühüm rol oynayırlar Dünən, 18:48 Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq Dünən, 18:48 Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? Dünən, 18:48 İran sülh danışıqlarına başlamaq üçün şərtlərini açıqladı Dünən, 17:48 GECO Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirəcək enerji dəhlizi üçün Aİ-yə müraciət edib Dünən, 17:48 COP31-in əsas mövzuları arasında Xəzər dənizinin problemləri də yer alır Dünən, 17:48 Prezidentin nümayəndəsi: Azərbaycan üçün su təhlükəsizliyi milli strateji prioritetdir Dünən, 17:48 Brüsseldə Zəfər Günü qeyd olunub Dünən, 17:48 SOCAR və "Sinopec Corp." Strateji əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb Dünən, 16:48 Tramp İranla müharibənin respublikaçıların seçkilərdə məğlubiyyətinə təsirini etiraf edib Dünən, 16:48 Azərbaycanla Türkiyəni birləşdirən bağlar siyasi maraq və müvəqqəti proseslərdən daha güclüdür Dünən, 16:48 İzmirdəki partlayışda ölənlərin sayı artıb Dünən, 16:48 Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR