
Sabunçu rayonunun Zabrat qəsəbəsində, Xavər Vəliyev küçəsində məişət tullantılarının uzun müddətdir yığılaraq qalaqlandığı bildirilir.
BAKU.WS-in "qaynar xətti"nə müraciət edən sakinlərin sözlərinə görə, qutuların yerləşdiyi küçədə yaranmış vəziyyət ərazinin zibilliyə çevrilməsinə səbəb olub.
Sözügedən ərazi Zabrat bələdiyyəsinin binasından cəmi 10 metr məsafədə yerləşir.
Ərazidəki vəziyyət sakinlərin narahatlığına səbəb olmaqla yanaşı, sanitar baxımdan da risk yaradır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.