
Suraxanı rayonunun Hövsan qəsəbəsində sakinləri narahat edən antisanitar vəziyyət aradan qaldırılıb.
AVESTA.AZ-in məlumatına görə, polisin müşaiyəti ilə əraziyə cəlb olunan aidiyyəti dövlət orqanları tərəfindən antisanitar vəziyyət nəzarətə götürülüb və problem həllini tapıb.
***2026-08-13
Hövsan MİDA yaşayış kompleksinin sakinləri ərazidəki zibil problemindən narazıdır.
Bu barədə məlumat AVESTA.AZ-in "qaynar xətti"nə daxil olub.
Sakinlərin sözlərinə görə, ərazidə zibil qutuları olsa da, qutuların ətrafı mütəmadi olaraq zibillik olur. Onlar bildirirlər ki, əsas səbəb zibil daşıyan maşınların əraziyə 3-4 gündən bir gəlməsidir.
Sakinlər zibilin vaxtında daşınmamasının həm ərazinin görünüşünü korladığını, həm də antisanitar vəziyyət yaratdığını deyirlər.
Sözügedən görüntüləri təqdim edirik:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.