15-08-2026, 22:48 17

Kredit bazarında payız HƏRƏKƏTLİ keçəcək: Ekspertdən diqqətçəkən proqnoz

Azərbaycan bankları 2026-cı ilin ikinci rübü üzrə maliyyə nəticələrini açıqlamağa davam edir. İndiyədək açıqlanan hesabatlar göstərir ki, bütün banklar ikinci rübü mənfəətlə başa vurub. Bəs ilk yarımilin yekunları Azərbaycan bank sektorunun hazırkı vəziyyəti barədə nə deyir?

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Rəqabət mənfəət göstəricilərinə təsir edir"

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyevin sözlərinə görə, ilk yarımilin nəticələrinə əsasən, sistem əhəmiyyətli bankların göstəricilərinin qənaətbəxş olduğunu görürük. Ötən illə müqayisədə bəzi bankların reytinqində geriləmə müşahidə olunsa da, ümumilikdə sektor daxilində rəqabətin kəskinləşdiyi açıq-aydın görünür: "Nəticə etibarilə bəzi bankların göstəricilərində azalma, digərlərində isə əvvəlki dövrlərə nisbətən artım qeydə alınıb. Bank sektorunun altı aylıq göstəricilərində müşahidə edilən mənfəətlilik bilavasitə aktivlərin idarə olunması effektivliyindən asılıdır. Aktivlərin likvid sahələrə və gəlirlilik səviyyəsinə uyğun düzgün yerləşdirilməsi həlledici rol oynayır. Həmçinin bazar həcmi, cəlb olunan passivlərin miqdarı və müştərilərə təklif edilən rəqabətqabiliyyətli, əlverişli məhsullar mənfəətə birbaşa təsir göstərir".

Kredit bazarında payız HƏRƏKƏTLİ keçəcək: Ekspertdən diqqətçəkən proqnoz

"Əsas məsələ portfelin həcmi deyil"

R.Atakişiyev bildirdi ki, portfeli milyardlarla ölçülən böyük bankların mənfəət həcmi daha yüksəkdir. Lakin əsas məsələ portfelin həcmi deyil, onun effektiv istifadəsidir: "Eyni həcmdə portfeli olub ondan səmərəsiz istifadə edən bankların mənfəət göstəriciləri daha aşağıdır. Bu prosesdə həm satış, həm də dəstək heyətinin peşəkarlığı məhsul satışına və mənfəətə ciddi təsir göstərən amillərdəndir. 2026-cı ilin ilk yarısında banklar tərəfindən ölkə iqtisadiyyatına ümumilikdə 32 milyard manata yaxın vəsait yatırılıb. Bu, iqtisadiyyatın genişlənməsinin və vəsaitlərin real sektorda effektiv idarə olunmasının göstəricisidir. Kredit portfelinin sahələr üzrə strukturuna diqqət yetirdikdə isə istehlak kreditlərinin payının artaraq 60%-ə çatdığını görürük. Bunun başlıca səbəbləri cəmiyyətdə istehlak kreditlərinə olan marağın yüksəlməsi və banklar üçün bu növ kreditlərin likvidlik baxımından daha əlverişli olmasıdır".

Kredit bazarında payız HƏRƏKƏTLİ keçəcək: Ekspertdən diqqətçəkən proqnoz

"İlin ikinci yarısında da sabit artım gözlənilir"

Ekspertin fikrincə, hazırda bank sektorunun qarşısında duran əsas təhdidləri bazar, maliyyə və idarəetmə riskləri kimi təsnifləndirmək olar: "Azərbaycanda problemli kreditlərin həcmi təxminən 1,9-2% təşkil edir. 32 milyard manatlıq ümumi portfel fonunda bu göstərici kifayət qədər normaldır. Lakin sektoru gözləyən digər risk amilləri də mövcuddur. Bunlara bazar rəqabətinin artması, vəsait cəlbinin bahalaşması, müştərilərin ödəmə qabiliyyətinin dəyişmə ehtimalı, beynəlxalq aləmdə baş verən proseslər, milli valyutaya ola biləcək təzyiqlər, dövlət tərəfindən qəbul olunan makroiqtisadi qərarlar və yerləşdirmə alətlərinin gəlirliliyinin düzgün proqnozlaşdırılmaması aiddir. Rəqəmsallaşmanın sürətlənməsi ilə əlaqədar kibertəhlükəsizlik məsələləri və kiber risklər son dövrlər xüsusilə ön plana çıxıb. Bütün bu proseslərin fonunda Mərkəzi Bank müxtəlif istiqamətlərdə kompleks iş aparır. Əsas məqsəd bankların sərbəst rəqabət mühitində fəaliyyətini təmin etmək və eyni zamanda iqtisadi, maliyyə və monetar sabitliyi qorumaqdır. Mövcud tendensiyalara əsaslanaraq, ilin ikinci yarısında da təxminən analoji göstəricilərin və dinamikanın davam edəcəyi proqnozlaşdırılır".

Kredit bazarında payız HƏRƏKƏTLİ keçəcək: Ekspertdən diqqətçəkən proqnoz

"Kredit portfelinin genişlənməsi mənfəəti artırır"

Bank eksperti Emin Kərimov isə açıqlanan nəticələrə əsasən düşünür ki, həm korporativ, həm də özəl biznes seqmentində kredit yerləşdirilməsi dinamik şəkildə davam edib. Kredit satışlarının və bank gəlirlərinin artması bir tərəfdən maliyyə məhsullarına yüksək tələbin mövcudluğunu, digər tərəfdən isə bankların kredit siyasətini düzgün qurduğunu göstərir: "Ümumilikdə, sektor üzrə artım tendensiyası qorunur və əksər banklar ilk yarımili mənfəətlə başa vurublar. Kredit portfelinin genişlənməsi ilə yanaşı, problemli kreditlərin idarə olunmasında da irəliləyişlərin olduğunu göstərir. Borcalanların öhdəliklərini vaxtında yerinə yetirməsi bankların toksik aktivlərlə üzləşmə riskini azaldır, aktivlərin keyfiyyətini qoruyur və maliyyə sabitliyini gücləndirir. Hər iki rübün mənfəətlə yekunlaşması ölkədə makroiqtisadi sabitliyin, eləcə də real sektorun inkişafının göstəricisi hesab olunur. Kreditlərin həm yüksək həcmdə verilməsi, həm də vaxtında geri qaytarılması iqtisadi aktivliyin davam etdiyini təsdiqləyir".

Kredit bazarında payız HƏRƏKƏTLİ keçəcək: Ekspertdən diqqətçəkən proqnoz - FOTO

E.Kərimovun sözlərinə görə, bankların gəlirlərinin artmasında əsas rol kredit portfelinin böyüməsi və qeyri-faiz gəlirlərinin genişlənməsidir: "Komissiya haqları, çarpaz satışlar və digər bank xidmətlərindən əldə olunan gəlirlər ümumi maliyyə nəticələrinə mühüm töhfə verir. Kredit portfeli artdıqca faiz gəlirləri də yüksəlir, əlavə məhsulların satışı isə bankların gəlir bazasını daha da genişləndirir. Depozitlərin orta hesabla 7-8 faizlə cəlb olunması, kreditlərin isə 8,9-9 faizdən başlayan dərəcələrlə təqdim edilməsi faiz marjasının yüksək olmadığını göstərsə də, kredit portfelinin həcmi gəlirlərin artmasını təmin edir. Mərkəzi Bankın məlumatına görə, mayın sonuna ümumi kredit portfeli 30,9 milyard manata çataraq əvvəlki ayla müqayisədə 0,9 faiz artıb. Kredit strukturunda biznes kreditləri üstün mövqeyini qoruyur. Belə ki, biznes kreditlərinin həcmi 16,4 milyard manat, istehlak kreditlərinin həcmi isə 9,7 milyard manat təşkil edib. Bu göstəricilər sahibkarlıq fəaliyyətinin, istehsal və xidmət sektorlarının inkişaf etdiyini, biznes subyektlərinin maliyyə resurslarına tələbatının artdığını göstərir".

Kredit bazarında payız HƏRƏKƏTLİ keçəcək: Ekspertdən diqqətçəkən proqnoz - FOTO

"Risklər nəzarət altındadır"

Ekspert hesab edir ki, kredit bazarında risklər hər zaman mövcud olsa da, hazırda onlar idarəolunan səviyyədədir: "Banklar kredit qərarları qəbul edərkən bazar, valyuta və makroiqtisadi riskləri nəzərə alır, sığorta mexanizmləri və daxili limitlər vasitəsilə mümkün itkiləri minimuma endirməyə çalışırlar. Mərkəzi Bankın tətbiq etdiyi tənzimləyici mexanizmlər, o cümlədən istehlak kreditləri üzrə DTI əmsalının 45 faizə endirilməsi və kredit limitlərinin məhdudlaşdırılması da maliyyə sabitliyinin qorunmasına xidmət edir. İlin ikinci yarısı üçün də gözləntilər müsbətdir. Adətən yay mövsümündən sonra iqtisadi aktivlik artır, şirkətlər və vətəndaşlar planlaşdırdıqları layihələri ilin sonunadək reallaşdırmağa çalışırlar. Bu isə kredit resurslarına tələbatı yüksəldir. Uçot dərəcəsində və qlobal iqtisadi şəraitdə kəskin dəyişiklik baş vermədiyi təqdirdə, ilin sonunadək bank sektorunda sabit artım tempinin davam edəcəyi, xüsusilə oktyabr-noyabr aylarında kredit aktivliyinin daha da güclənəcəyi gözlənilir".

Paylaş

Xəbər lenti

"Ən çətini şəhid nəşinin ailələrə təhvil verilməsi idi" - Xilasetmə əməliyyatının qəhrəmanları danışdılar Bu gün, 00:48 Yaponiya 50,4 milyard dollarlıq rekord valyuta intervensiyası keçirib Bu gün, 00:48 Bayramı rayonlarda keçirmək istəyənlər çıxılmaz vəziyyətdə qaldılar Bu gün, 00:48 Tramp İranla müharibə zamanı ABŞ-nin qoruduğu ölkələrdən ödəniş tələb edib Bu gün, 00:48 Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür Bu gün, 00:48 Tərtər şəhərinin atəşə tutulmasından 6 il ötür Bu gün, 00:48 Bu gün Mustafa Kamal Atatürkün anım günüdür Bu gün, 00:48 Ağ Evdə təhlükəsizlik tədbirləri gücləndirilib Dünən, 23:48 Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək? Dünən, 23:48 Lüksemburqda Zəfər Günü qeyd olunub Dünən, 23:48 İzmirdə zavodda baş verən partlayışla bağlı 6 nəfər saxlanılıb Dünən, 23:48 Günəşdə XXI əsrin rekordu təkrarlandı Dünən, 23:48 Yapon alimlərindən inqilabi kəşf: İtirilmiş dişlər yenidən çıxa bilər Dünən, 23:48 Yod çatışmazlığına qarşı ən sadə üsul Dünən, 23:48 Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci cüzi azaldıb Dünən, 23:48 Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib Dünən, 22:48 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var Dünən, 22:48 Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub Dünən, 22:48 Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var? Dünən, 22:48 Ərdoğan: Artıq Qarabağın hər tərəfində sülh küləkləri əsir Dünən, 21:48 Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır Dünən, 21:48 Türkiyə Prezidenti: Gabarda iki yeni sahədə 135 milyon barel neft potensialı aşkarlanıb Dünən, 21:48 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" Dünən, 21:48 Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi Dünən, 20:48 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq Dünən, 20:48 Almaniyada ilk dəfə qadın prezident seçilə bilər Dünən, 20:48 İzmirdəki zavodda partlayışda ölənlərin sayı 10-a çatıb Dünən, 20:48 Rəsmi Bakı Türkiyəyə başsağlığı verib Dünən, 20:48 Fransanı yenidən ümumxalq etirazları bürüyəcək Dünən, 19:48 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb Dünən, 19:48 Sabiq vəzifəli şəxs vəfat etdi Dünən, 19:48 Zəlzələ təhlükəsi ilə bağlı gərgin müzakirə: "Neçə balda yıxılıb öləcəyik?" Dünən, 19:48 Əsrlərin Qaraqayası: azərbaycanlılar qovulub, kəndin adı dəyişdirilib Dünən, 19:48 Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım edib Dünən, 19:48 Türkiyədə 4,6 maqnitudalı zəlzələ olub Dünən, 18:48 Muxtar Babayev: COP31-də azərbaycanlı məsləhətçilər mühüm rol oynayırlar Dünən, 18:48 Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq Dünən, 18:48 Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? Dünən, 18:48 İran sülh danışıqlarına başlamaq üçün şərtlərini açıqladı Dünən, 17:48 GECO Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirəcək enerji dəhlizi üçün Aİ-yə müraciət edib Dünən, 17:48 COP31-in əsas mövzuları arasında Xəzər dənizinin problemləri də yer alır Dünən, 17:48 Prezidentin nümayəndəsi: Azərbaycan üçün su təhlükəsizliyi milli strateji prioritetdir Dünən, 17:48 Brüsseldə Zəfər Günü qeyd olunub Dünən, 17:48 SOCAR və "Sinopec Corp." Strateji əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb Dünən, 16:48 Tramp İranla müharibənin respublikaçıların seçkilərdə məğlubiyyətinə təsirini etiraf edib Dünən, 16:48 Azərbaycanla Türkiyəni birləşdirən bağlar siyasi maraq və müvəqqəti proseslərdən daha güclüdür Dünən, 16:48 İzmirdəki partlayışda ölənlərin sayı artıb Dünən, 16:48 Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR