17-08-2026, 13:48 0

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Kamil Səmədovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

AVESTA.AZ Pravda.az-a istinadla xəbər verir ki, hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə K.Səmədova altı il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham olunur.

İş materiallarına əsasən, Kamil Səmədov tamah niyyəti ilə zərərçəkmiş K.Qocayevanın etibarından sui-istifadə edərək onun külli miqdarda pul vəsaitini ələ keçirib.

İttihama görə, təqsirləndirilən şəxs zərərçəkmişin etibarını qazanmaq üçün özünü polis əməkdaşı kimi təqdim edib. Bununla yanaşı, o, geniş əlaqələrə malik şəxs olması barədə qadında təsəvvür yaradıb.

Sonra Kamil Səmədov K.Qocayevanı müxtəlif biznes layihələrinə sərmayə yatırmağa inandırıb. Belə ki, o, işlədəcəyi restoran biznesinə və Azərbaycana metal idxalı işinə ortaq olmaqla sərmayə yatıracağı halda K.Qocayevanın yüksək məbləğdə gəlir əldə edəcəyinə dair yalan vəd verib.

K.Səmədov 2023-cü il avqustun 9-da Bakı şəhərində notariat kontorlarının birinin yaxınlığında K.Qocayevadan 88 000 manat pul alıb. Təqsirləndirilən şəxs həmin vəsaiti vəd etdiyi bizneslərə yatırmayaraq şəxsi ehtiyaclarına sərf edib.

Beləliklə, o, K.Qocayevaya 88 000 manat məbləğində külli miqdarda maddi ziyan vurub.

İstintaqın məlumatına görə, Kamil Səmədov bununla kifayətlənməyib. O, təkrarən qadının etibarından sui-istifadə edərək avtomobil alıb taksi fəaliyyəti ilə məşğul olması üçün ona vəsait ayıracağını və həmin fəaliyyət nəticəsində əldə edəcəyi gəlirlə borcunu qaytaracağını vəd edib. Bu məqsədlə Kamil Səmədov 2024-cü ilin aprel ayında Bakı şəhəri, Nəsimi rayonunda K.Qocayevadan 3 000 manat alıb. O, həmin pulu da şəxsi ehtiyaclarına sərf edib və verdiyi vədə əməl etməyib. Nəticədə zərərçəkmiş şəxsə daha üç min manat maddi ziyan vurulub.

Beləliklə, Kamil Səmədov iki epizod üzrə K.Qocayevadan ümumilikdə 91 000 manat pul alıb.

Məhkəmə iclasında ifadə verən Kamil Səmədov özünü təqsirli bilməyib. O deyib ki, K.Qocayeva ilə münasibətləri 2023-cü ilin iyul ayında "TikTok" sosial şəbəkəsində başlayıb.

Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin vaxt onun "OZEL011" adlı səhifəsində polisin fəaliyyəti və polis əməkdaşlarının peşə bayramı ilə bağlı paylaşım olub. Zərərçəkmiş şəxs həmin paylaşımın altında təbrik mesajı yazıb. Daha sonra qadının ona şəxsi mesaj vasitəsilə yazdığını və bundan sonra aralarında münasibət yarandığını deyən Kamil bir neçə dəfə görüşdüklərini bildirib.

Kamil Səmədov məhkəmədə söyləyib ki, K.Qocayeva ona məxsus metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında yerləşən evi satmaq qərarına gəlib. Ev barədə elanı zərərçəkmiş şəxsin özü satış məqsədilə saytda yerləşdirib. Daha sonra ev 87 000 manata satılıb.

Təqsirləndirilən şəxs bildirib ki, satışdan əldə olunan vəsaitin bir hissəsi ona dəmir biznesinə yatırılması üçün verilib:

"Zərərçəkmiş şəxs 50 000 manat pulu dəmir biznesinə yatırılması üçün mənə təqdim etdi".

Kamil Səmədov həmin pulun 35 000 manatını Tural adlı şəxsə dəmir biznesi ilə bağlı verdiyini, daha sonra isə əlavə olaraq 15 000 manat da həmin şəxsə ödədiyini söyləyib. O, restoranda baş tutan bu "əməliyyat" zamanı K.Qocayevanın və onun rəfiqəsinin də orada olduğunu deyib.

Təqsirləndirilən şəxs, həmçinin K.Qocayevanın avtomobil almaq istədiyini və bu məqsədlə də pul xərcləndiyini əlavə edib.

Onun ifadəsinə görə, avtomobilin alınmasına 20 000 manat vəsait sərf edilib.

Kamil Səmədov qeyd edib ki, avtomobil alındıqdan sonra zərərçəkmiş şəxs əmək məzuniyyətinə çıxıb və onlar övladları ilə birlikdə rayonlara gediblər.

O, həmin dövrdə K.Qocayevanın oğluna velosiped aldığını, qızının şadlıq saraylarından birində keçirilən tədbiri ilə bağlı 2 800 manatlıq hesabı ödədiyini bildirib.

Təqsirləndirilən şəxs həmin ödənişlərə dair bank hesabından çıxarışların onda olduğunu da məhkəmənin diqqətinə çatdırıb.

Kamil Səmədov K.Qocayeva ilə münasibətlərinin uzun müddət normal olduğunu deyib:

"Münasibətimiz noyabrın 6-dək normal davam edib".

Təqsirləndirilən şəxs iddia edib ki, həmin gün zərərçəkmiş şəxs onun mobil telefonunda başqa qadınla yazışmaları görüb və qısqanclıq səbəbindən ondan şikayət edib.

Paylaş

Xəbər lenti

Bakının bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq Bu gün, 17:48 Rusiyanın yerinə üçüncü dövlət: Paşinyan kimi nəzərdə tutur? Bu gün, 17:48 Sabunçu Tibb Mərkəzi ilə bağlı SENSASİYALI İDDİA: "Mikrob keçib bizə" Bu gün, 17:48 Ev satmaq adı ilə 23 min manat dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb Bu gün, 17:48 Psixiatr: İtlə yaşamaq həm ürəyə, həm də psixoloji duruma müsbət təsir edir Bu gün, 17:48 Toni Kortes "Sabah"ın fenomeni haqqında: "Sərhədləri aşan hekayə" Bu gün, 17:48 Abşeronda dəhşətli qəza: Yeniyetmə sürücü qadını ÖLDÜRÜB QAÇDI? - GÖRÜNTÜLƏR Bu gün, 17:48 Yasda gülüş üstündə QAN TÖKÜLDÜ: Bakıdakı cinayətin DETALLARI Bu gün, 17:48 Ədliyyə Nazirliyi: Penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi cinayət məsuliyyəti yaradır Bu gün, 17:48 Azərbaycanda indiyə qədər 10 mindən çox şəxs dövlətdən kirayəyə mənzil götürüb Bu gün, 16:48 Bu il neçə metrostansiya istifadəyə veriləcək? - RƏSMİ CAVAB Bu gün, 16:48 Kəlbəcərə dolu yağıb Bu gün, 16:48 SOCAR-ın Qaz İxrac İdarəsi 7 ayda qeyri-neft-qaz ixracından 8 milyon dollara yaxın gəlir əldə edib Bu gün, 16:48 Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl göndəriləcək Bu gün, 16:48 SOCAR ilk dəfə Xəzərdə OBN texnologiyasının tətbiqi ilə 3D seysmik kəşfiyyat işlərinə başlayıb Bu gün, 16:48 Yenilməz çempion Elbəy Alışov: "UFC-dən təklif gəlsə, qərarım hazırdır" Bu gün, 16:48 "Barselona"ya getmək istəyən Alvarezə Simeonedən gözlənilməz mesaj Bu gün, 16:48 BEOC "Ən yaxşı Korporativ Mədəniyyət Transformasiyası" nominasiyasında mükafata layiq görülüb! Bu gün, 15:48 Azərbaycanın İrandakı səfirliyi və konsulluğu müharibə şəraitində işləyən diplomatik korpus kateqoriyasına daxil edilib Bu gün, 15:48 Nepalda daşqın nəticəsində ölənlərin sayı 538 nəfərə çatdı Bu gün, 15:48 Premyer Liqa: "Neftçi", "Sabah" və "Qarabağ"ın növbəti oyunlarının təyinatları açıqlanıb Bu gün, 15:48 Laçında İşğal və Zəfər Muzeyi Kompleksi tikiləcək – 9,9 milyonluq LAYİHƏ Bu gün, 15:48 KMBİ qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfəri tutub Bu gün, 15:48 Moldova XIN: Azərbaycanla əlaqələrin daha da möhkəmləndirilməsinə ümid edirik Bu gün, 15:48 Kəmaləddin Heydərov Kəlbəcərdə vətəndaşları qəbul edib Bu gün, 15:48 "Pafos"da son oyunları buraxan Murad Məmmədov 2-3 həftəyə yaşıl meydanlara qayıdacaq Bu gün, 15:48 "SOCAR Polymer" 7 ayda ixracdan 154 milyon dollardan çox gəlir əldə edib Bu gün, 15:48 Mədəniyyət Nazirliyi Azər Aydəmirə daha 200 min manat ödəyəcək Bu gün, 14:48 Bəyan edilməyən dərmanların gömrük sərhədindən keçirilməsinin qarşısı alındı Bu gün, 14:48 SOCAR-ın idarəsi 7 ayda qeyri-neft ixracından 176 milyon dollara yaxın gəlir əldə edib Bu gün, 14:48 Tərcüməçi Ziya Muradovun ölümü ilə bağlı araşdırma aparılır Bu gün, 14:48 Nigar Fərhad sərbəst buraxıldı Bu gün, 14:48 Vəliəhd şahzadə Hokon Norveçin yeni kralı oldu Bu gün, 14:48 Gəncədə 64 yaşlı qadın qətlə yetirilib, oğlu şübhəli bilinir Bu gün, 14:48 Əli İsa Cabbarov işdən çıxmaqla bağlı ərizə yazdı Bu gün, 14:48 Qida allergiyası: Əlamətləri tanımaq həyati əhəmiyyət daşıyır Bu gün, 14:48 Bakıda yeni stansiyaların inşası digər tikililərə mənfi təsir edə bilər? - RƏSMİ Bu gün, 14:48 Bakcell-in "GO" tariflərinə qoşulun və üstünlüklərdən faydalanın Bu gün, 13:48 Norveç kralı V Harald vəfat etdi Bu gün, 13:48 Baş nazir yeni dövlət proqramı ilə bağlı qurumlara tapşırıq verdi Bu gün, 13:48 Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu Bu gün, 13:48 Bakıda Aurigid meteor yağışı müşahidə olunacaq Bu gün, 13:48 Azərbaycanda 1 milyon 100 min pensiyaçı var Bu gün, 13:48 Qazaxda avtoxuliqanlıq edən sürücü həbs olunub Bu gün, 13:48 Taekvondo üzrə gənclər arasında "Koreya Səfiri Kuboku" keçiriləcək Bu gün, 13:48 ADY: Xırdalan-Biləcəri sahəsində təmir işləri başlayıb Bu gün, 12:48 Sabah 36 dərəcə isti gözlənilir, güclü külək əsəcək Bu gün, 12:48 Şükürbəyli və Horovluya qayıdan ailələrə evlərin açarları təqdim edilib Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR