
Bu gün səhər saatlarında Abşeron rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, rayon ərazisində hərəkətdə olan "Chevrolet" markalı avtomobilin sürücüsü 35 yaşlı piyada qadını vurub. Piyada aldığı xəsarətlərdən ölüb. Sürücü isə hadisə yerindən yayınıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə yol nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən sürücü müəyyən edilərək saxlanılıb. Araşdırma zamanı sürücünün yetkinlik yaşına çatmayan şəxs olduğu müəyyən edilib.
Faktla bağlı istintaq araşdırmaları aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.