
Cəbrayıl rayonunun Şükürbəyli və Horovlu kəndlərinə qayıdan ailələrə evlərin açarları təqdim olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, açarların təqdim edilməsi mərasimində sakinlər mina təhlükəsizliyi qaydaları haqqında məlumatlandırılıblar.
Bu mərhələdə Şükürbəyliyə 15 (86 nəfər), Horovluya isə 3 ailənin (12 nəfər) daimi qayıdışı təmin edilib.
*** 12:02
Cəbrayıl rayonunun Şükürbəyli və Horovlu kəndlərinə yola salınan köç karvanları təyinat yerlərinə çatıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, ailələri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyi və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.
Qeyd edək ki, bu mərhələdə Şükürbəyliyə 15 (86 nəfər), Horovluya isə 3 ailə (12 nəfər) köçürülüb.
*** 11:47
Cəbrayıl rayonunun Şükürbəyli və Horovlu kəndlərinə ümumilikdə daha 18 ailə yola salınıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu mərhələdə Şükürbəyli kəndinə 15 (86 nəfər), Horovlu kəndinə isə 3 ailənin (12 nəfər) daimi qayıdışı təmin olunub.
Qeyd edək ki, köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.