
Kiprin "Pafos" klubunda çıxış edən azərbaycanlı futbolçu Murad Məmmədov zədə səbəbindən komandasının son oyunlarını buraxıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, 20 yaşlı vingerin təxminən 2-3 həftəyə yaşıl meydanlara qayıdacağı gözlənilir.
M.Məmmədov avqustun 13-də Avstriyanın "Zaltsburq" komandasına qol vurduğu UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununa zədəli halda çıxıb. Bu isə onun zədəsinin daha da ağırlaşmasına səbəb olub.
Xatırladaq ki, Murad Məmmədov mövsümün əvvəlindən "Pafos"da çıxış edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.