
Norveç kralı V Harald 89 yaşında vəfat edib.
AVESTA.AZ xəbər verir ki, kral bu gün 89 yaşında dünyasını dəyişib.
Bu barədə Norveç kral sarayının məlumat yayıb.
"Dərin hüznlə Əlahəzrət Kral Haraldın vəfat etdiyini bildiririk. Kral Harald avqustun 28-də saat 06:35-də Oslonun "Rikshospitalet" universitet xəstəxanasında vəfat edib", - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, V Harald 1937-ci il fevralın 21-də anadan olub. O 35 ildir taxtda idi. Hazırda kralın yerinə oğlu Haakon taxta çıxacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.