
Bu gün Naxçıvanın iki yaşayış məntəqəsində təmir-quraşdırma işləri ilə əlaqədar qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Naxçıvan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar bu gün saat 10:00-dan etibarən Kəngərli rayonunun Qıvraq qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.
Bundan əlavə, saat 14:30-dan etibarən Naxçıvan şəhərinin Qaraçuq kəndinin qaz təchizatında da işlər yekunlaşanadək fasilə olacaq.
Qazın verilişinin təmir-quraşdırma işləri başa çatdıqdan sonra bərpa ediləcəyi bildirilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.