23-01-2023, 16:33 440

İranda aksiyalar davam edir, hökumət zabitinin evi yandırılıb - İCMAL

İranda etiraz aksiyaları davam edir.

"Report" xəbər verir ki, Qərbi Azərbaycan əyalətinin Sulduz (Nəqədə) bölgəsində hökumət zabitinin evi "Molotov" kokteyli ilə yandırılıb. Ərdəbil əyalətində etirazçılar Ədliyyə İdarəsinin binasını yandırıblar. Gülüstan əyalətində türkmənlərin kompakt yaşadığı Qorqan şəhərində təhlükəsizlik qüvvələrinin öldürdüyü gənc həkim Aida Rüstəminin 40 mərasiminə basqın edilib. Fars əyalətinin Firuzabad şəhərində etirazçılar cümə imamının ofisini yandırıblar. Hürmüzqan əyalətinin Bəndər-Abbas şəhərində etirazçılar "Diktatora ölüm!" şüarı səsləndiriblər. Qum əyalətinin Qum şəhərində etirazçı gənclər “Əl-Zəhra” dini mərkəzinin “Bəsic” bazasını yandırıblar.

Bəndər-Abbas, Ərdəbil, Firuzabad, Qum, Sulduz, Tehran şəhərlərində etirazlar zamanı etirazçılar Xameneiyə qarşı “Müsəlmanların rəhbəridir, Rusiya ilə Çinin nökəridir!", "İllər boyu cinayət, ölüm ola bu dini rəhbərə!", "Diktatora ölüm!", "Edamçı Respublika sisteminə ölüm!" kimi şüalar səsləndirilib. İordaniya meydanında etirazçılar piyada keçidində “Saçlarını küləyə ver ki, onu bada verməyəsən!" şüarı yer almış poster vurublar. Tehranpars qəsəbəsində əhali öz evlərinin pəncərəsindən "İllər boyu cinayət, ölüm ola bu dini rəhbərə!", "Diktatora ölüm!", "Edamçı Respublika sisteminə ölüm!" kimi anti-hökumət şüarları səsləndiriblər. Qızıl Hisar və Kərəcin mərkəzi zindanında edam cəzasına məhkum olunanların ailələri və yaxınları Məhkəmə Hakimiyyəti binasının önündə etiraz aksiyası keçiriblər. Onlar əllərində "Edam etməyin!" yazılı plakatlar tutaraq və etiraz şüarları səsləndirərək, yaxınlarının edam hökmünün ləğv edilməsini tələb ediblər.

İranın bir qrup sənət adamı həbs olunan tələbə və sənətçiləri dəstəkləyən bəyanat yayıb. Bəyanatda həbsə atılan sənətçilərin "dərhal və qeyd-şərtsiz" azadlığa buraxılması və ölüm hökmü də daxil olmaqla ədalətsiz məhkəmə hökmlərin ləğvi tələb edilib.

Ramyan şəhərindəki etirazlar zamanı öldürülən polis zabiti Əli Səravaninin ölümündə təqsirli bilinən gənc edama məhkum edilib. Onun cəzası Qonbəd-Kavus cinayət məhkəməsində çıxarılıb və iş apellyasiya şikayəti üçün Ali Məhkəməyə göndərilib.

İnsan Hüquqları Müdafiəçilərinin xəbər agentliyinin məlumatına görə İranda davam edən nümayişlərdə 71-i uşaq olmaqla 525 nəfər rejim tərəfindən öldürülüb. Onlardan 68-i hökumət qüvvələrinin təmsilçisidir. Həbs olunanlardan 168-nin yaşı 18-dən azdır. Həmçinin 19 571 nəfər tutulub, onlardan 714 nəfəri tələbədir. Ümumilikdə, həbs cəzalarının sayı 12 318-dir. 110- nəfərə isə ölüm hökmü verilib. Habelə, 164 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı 1260 nümayiş həyata keçirib və 144 universitetin tələbəsi bu etirazları dəstəkləyib. Həbsdə olan iki iranlı jurnalist Nilufər Həmidi və İlahə Məhəmmədi Kanada Mətbuat Azadlığı Mükafatına layiq görülüblər.

Fəhlələrin hüquqlarını müdafiə edən fəal Fərhad Şeyxi təhlükəsizlik qüvvələrinin evinə hücumu zamanı həbs olunub.

Qərbi Azərbaycan əyalətinin Salmas və Kərəc şəhərinin həbsxanalarında son 2 gün ərzində 4 məhkum edam edilib. İran İnsan Haqları Təşkilatının verdiyi son məlumata görə, 2023-ci ilin yanvar ayının əvvəlinə kimi İranda 11-i qadın və 5-i uşaq olmaqla 565 nəfəri edam edilib.

Paylaş

Xəbər lenti

İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48 Mayk Tayson "Tuzlu kahve"də Bu gün, 15:48 İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48 Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib Bu gün, 14:48 Canlı yayımda nalayiq ifadələr işlədən tiktoker saxlanıldı Bu gün, 14:48 Azərbaycanlı müğənni: "Mənimlə duet oxumaq üçün 10-15000 manat ödəməlidirlər" Bu gün, 14:48 Azərbaycanəsilli aktyor keçmiş sevgilisi haqqında: "Baş rol təklifi gələndə məni tərk etdi" Bu gün, 14:48 Ramiz Mehdiyevin şikayətinə baxılıb Bu gün, 14:48 Xalq artistindən iddialı açıqlama: "Pisəm? xoş getdin!" Bu gün, 14:48 Uşaq geyimləri və məktəb ləvazimatları ilə bağlı yeni qaydalar hazırlanır Bu gün, 14:48 Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib Bu gün, 14:48 Azərbaycanda qanunsuz saxlanılan 35 odlu silah aşkarlandı Bu gün, 13:48 Azərbaycanda mühərrik və transmissiya yağlarının satışına yeni tələblər qoyula bilər Bu gün, 13:48 Özcan Denizin əmisi onun sərbəst buraxıldığını açıqladı Bu gün, 13:48 40 yaşlı Fahriye Evcenlə 61 yaşlı Oktay Kaynarcanın serialından İLK FOTOLAR Bu gün, 13:48 Sərxoş halda komando hərbçisini vurub öldürən sürücüyə hökm oxundu Bu gün, 13:48 Rafet El Roman: "Eşqi 68 yaşında tapdım" Bu gün, 13:48 Dekabrda bu bürclər üçün yeni iş fürsətləri yaranacaq Bu gün, 13:48 Hər evdə olan məşhur Yeni İl əyləncəsi ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 13:48 Xalq artisti Elmira Şabanova dəfn olundu Bu gün, 13:48 Hülya Avşarın qızı evlilik təklifi aldı - Ailə quracaq Bu gün, 13:48 Məşhur aktrisa 19 ildir psixoloqa gedir Bu gün, 13:48 Azərbaycanda beş məktəbə yeni direktor təyin edildi Bu gün, 12:48 Metroya yaxın tam təmirli mənzillər – Biləcəridə son seçimlər Bu gün, 12:48 Ermənistan "Tramp marşrutu" ilə bağlı müqaviləni təsdiqlədi Bu gün, 12:48 Efirdə qalmaqallı mübahisə: "Xanım başqa şeydir, arvad başqa" Bu gün, 12:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü başlayıb Bu gün, 12:48 Dubaydan Bakıya gətirilən 166 min manatlıq zinət əşyaları gömrükdə aşkarlandı Bu gün, 12:48 Bu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək Bu gün, 11:48 Həmin tarixi qapı bərpa edilir Bu gün, 11:48 ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi Bu gün, 11:48 Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu Bu gün, 11:48 Çiyin-çiyinə döyüşdülər, bərabər həlak oldular - Şəhid qardaşların son fotosu Bu gün, 11:48 Ayxan Abbasov: "Barselona"nın baş məşqçisi "Sabah"la oyunda əziyyət çəkdiklərini etiraf etdi" Bu gün, 11:48 Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi Bu gün, 11:48 "PAŞA Bank" X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib Bu gün, 11:48 Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri AÇIQLANDI Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ Bu gün, 10:49 Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb Bu gün, 10:48 Qazaxda partlayışda yaralanan ana və oğlunun vəziyyətləri açıqlandı Bu gün, 10:48 Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR