
UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda "Qarabağ" və Niderlandın "Tvente" komandaları arasında keçirilən qarşılaşmada daha bir qol vurulub.
AVESTA.AZ xəbər verir ki,, qonaqlar 94-cü dəqiqədə fərqlənərək hesab arasındakı fərqi artırıblar - 1:3.
"Tvente"nin heyətində Vaut Veqhorst dəqiq zərbə ilə fərqlənib.
***22:04
UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda "Qarabağ" - "Tvente" qarşılaşmasında hesab dəyişib.
AVESTA.AZ xəbər verir ki,, oyuna əlavə olunmuş ikinci dəqiqədə "Tvente" daha bir qol vuraraq hesabı 1:2 edib.
***21:52
UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda "Qarabağ" və Niderlandın "Tvente" komandaları arasındakı qarşılaşmada hesab bərabərləşib.
AVESTA.AZ xəbər verir ki, qonaqlar 80-ci dəqiqədə fərqlənərək hesabı 1:1-ə çatdırıblar.
***21:31
UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçirilən "Qarabağ" - "Tvente" qarşılaşmasında hesab açılıb.
AVESTA.AZ xəbər verir ki, Kadi Borges 59-cu dəqiqədə hesabı açır. Ümumi hesab isə 2:0 təmsilçimizin xeyrinədir.
***20:15
UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçirilən "Qarabağ" - "Tvente" qarşılaşması başlayıb.
AVESTA.AZ xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş saat 20:15-də start götürüb.
***20:00
Bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Tvente" qarşılaşmasının başlama saatı dəyişdirilib.
AVESTA.AZ xəbər verir ki, buna səbəb Bakıda hökm sürən əlverişsiz hava şəraitidir.
Məlumata görə, qarşılaşmanın startı 15 dəqiqə gecikdirilib. Beləliklə, oyun saat 20:15-də başlayacaq.
***18:55
UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində Bakıda üz-üzə gələcək "Qarabağ" və Niderlandın "Tvente" komandalarının start heyətləri açıqlanıb.
AVESTA.AZ xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:00-da start götürəcək matçda komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
"Qarabağ": Martin Zlomisiçliç, Mateus Silva, Bədavi Hüseynov (k), Bense Varkonyi, Bruno Lanqa, Samuel Lobato, Marko Yankoviç, Kadi Borges, Aleksey Kaşuk, Jali Muaddib, Musa Qurbanlı;
Baş məşqçi: Qurban Qurbanov.
"Tvente": Lars Unnerştall, Bart van Rooy, Ruud Niystad, Robin Pröpper, Maks Brüns, Ramiz Zerruki, Dauda Veydmann, Dan Rots, Yunes Taha, Sondre Öryaseter, Vut Veqorst;
Baş məşqçi: Con van den Brom.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.