
Abşeron rayonunun Mehdiabad qəsəbəsi, Zəlimxan Yaqub küçəsində fəaliyyət göstərən sahibkarlar elektrik enerjisinin tez-tez kəsilməsindən narazıdırlar.
Sözügedən küçə boyunca aptek, market, dönərxana və restoranlar da daxil olmaqla çoxsaylı obyektlər yerləşir.
Sahibkarların sözlərinə görə, ərazidə elektrik enerjisi tez-tez dayandırılır və işığın bərpası bəzən 8 saatdan çox çəkir.
Onlar Baku TV-yə bildirirlər ki, elektrik enerjisinin kəsilməsi onların fəaliyyətinə ciddi ziyan vurur. Xüsusilə qida məhsulları satan obyektlərdə ət, yağ və digər malların xarab olduğu deyilir.
Şikayətçi Elman Şirməmmədovun sözlərinə görə, problemin səbəbi kimi onlara kabelin yanması göstərilir. Lakin o, bu halın mütəmadi xarakter daşımasından narazıdır.
"Kabelin yanması nəticədir, bəs bunun səbəbi nədir? Başa düşürük, hava istidir, problem ola, kabel yana bilər. Amma bu, ayda bir-iki dəfə baş verə bilər. Yeddi dəfə kabel yanması isə çoxdur. Belə şey görülməyib", - deyə sahibkar bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.