Dünən, 20:48 79

Keçmiş sevgilisini öldürməyə cəhd edən şəxs HƏBS OLUNDU:

Bakıda adam öldürməyə cəhddə təqsirləndirilən 40 yaşlı Ziya Həsənovun (bütün ad-soyadlar şərtidir) məhkəməsində dəhşətli faktlar üzə çıxıb.

AVESTA.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, qeyri-rəsmi münasibətdə olduğu Ceyran Çobanovanı 2025-ci il noyabrın 7-də lazeroloq kimi çalışdığı gözəllik salonunun qarşısında öldürməyə çalışan şəxs əslində niyyətinin başqa olduğunu deyib.

Z.Həsənov məhkəmədə ifadəsində bildirib ki, Ceyranla 2024-cü ildə tanış olublar və bir ilə yaxın münasibət saxladıqdan sonra qadın ondan ayrılıb. O, Ceyranı öldürmək deyil, onun gözünün birini çıxarmaq niyyətində olduğunu deyib:

"Mən özümlə mismar götürmüşdüm. Onu yerə yıxıb bir gözünü çıxarmaq, bu yolla cəzalandırmaq istəyirdim. Bunu Ceyranın yaxınlarına da demişdim".

Qeyd edilib ki, hadisə vaxtı Ziya keçmiş sevgilisinə kəsici alətlə 9 zərbə endirib. Zərərçəkmiş şəxs deyib ki, o, xəstəxanaya çatdırılarkən artıq ürəyi dayanıbmış və tibb işçiləri elektroşokla ürək fəaliyyətini bərpa edərək onu ölümdən xilas ediblər.

Həmçinin məlum olub ki, Ziya evli və 2 uşaq atası olsa da, Ceyrangilin evinə elçi göndərib. Onlar xeyli vaxt qeyri-rəsmi münasibətdə yaşayıblar. Lakin sevgilisinə şiddət göstərdiyindən Ceyran polisə müraciət edib və Ziyaya Cinayət Məcəlləsinin 127, yəni qəsdən sağlamlığa az ağır zərərvurma maddəsi ilə iş açılıb, ona elektron qolbaq taxılıb. Bundan sonra Ziyanın qadına qarşı aqressiyası davam edib. Növbəti dəfə o, polis tərəfindən saxlanılaraq hakim qarşısına çıxarılıb və 10 günlük inzibati həbs edilib.

Ceyrana qarşı acıqlı olan Ziya həbsdən çıxandan sonra onu cəzalandıracağını, ömürlük şikəst edəcəyini deyib və işlədiyi gözəllik salonunun qarşısına gələrək həmin cinayəti törədib.

Bu dəfə polis əməkdaşları tərəfindən saxlanılan Ziyaya Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə iş açılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə Ziya Həsənova 10 il 6 ay həbs cəzası verilib.

Paylaş

Xəbər lenti

Bakıda Türkiyənin Zəfər Bayramı və Silahlı Qüvvələr Gününün 104-cü ildönümü münasibətilə tədbir keçirilib Bu gün, 00:48 Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından... Dünən, 23:48 Dünyanın ən gənc kralı 34 yaşında vəfat etdi Dünən, 23:48 Konqoda Ebola epidemiyası: İlk vaksinasiya kampaniyasına başlanıldı Dünən, 23:48 "Əhmədli" stansiyasında sərnişin qatar yoluna düşüb Dünən, 23:48 Əraqçi: İran mehriban qonşuluq münasibətləri istəyir Dünən, 23:48 Bakı və İmişlidə yaşıllıqlara 49 min manatdan çox ziyan vurulub Dünən, 23:48 Azərbaycan millisi Avropa çempionatının 1/8 finalında Türkiyə ilə qarşılaşacaq Dünən, 23:48 Hansı halda özbaşına tikintiyə mülkiyyət hüququ verilir? - Xidmət rəisindən AÇIQLAMA Dünən, 22:48 Yavər Abbasova yüksək VƏZİFƏ VERİLDİ Dünən, 22:48 FİFA DÇ-2026 finalında dava salan argentinalı futbolçuların cəzasını yüngülləşdirdi Dünən, 22:48 Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - 15 sentyabrdan... Dünən, 22:48 Müctəba Xameneinin müraciəti yayılıb Dünən, 22:48 Uşakov: Putin və Paşinyan Ermənistanın Avropaya inteqrasiyası məsələsini müzakirə edəcəklər Dünən, 21:48 Azərbaycan və Belarus arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib Dünən, 21:48 Bu şəxslər üçün pomidoru çox yemək təhlükəlidir - XƏBƏRDARLIQ Dünən, 21:48 Bir sinifdən 13 nəfər "Tibb"ə qəbul oldu: Məzunlardan biri 700 bal toplayıb Dünən, 21:48 Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? Dünən, 20:48 Qənirə Paşayevanın qardaşına VƏZİFƏ VERİLDİ - FOTO Dünən, 20:48 Bakı metrosunda ikimərtəbəli stansiyalar olacaq? - RƏSMİ CAVAB Dünən, 20:48 Keçmiş sevgilisini öldürməyə cəhd edən şəxs HƏBS OLUNDU: "Mismarla gözünü çıxarmaq istəyirdim" Dünən, 20:48 Eldar Hacıbalayevin həyat yoldaşı da işdən azad olundu Dünən, 20:48 Mirziyoyev ölkənin Qoşulmama Hərəkatına sədrliyi dövründəki məqsədləri barədə danışıb Dünən, 19:48 Ömrü uzatmağa kömək edən 30 saniyəlik sadə hərəkət Dünən, 19:48 Mirziyoyev: Tələbə qızların sayının artması Özbəkistanda Üçüncü İntibah dövrünün əlamətidir Dünən, 19:48 Azərbaycan Polşaya etiraz etdi: Səfir XİN-ə çağırıldı Dünən, 19:48 Azərbaycan və Belarus XİN-lərin xətti ilə qarşılıqlı fəaliyyətin aktivləşdirilməsini müzakirə edib Dünən, 18:48 Şamaxı sakinlərini boğaza yığan problem: "21-ci əsrdir, belə yaşayış olar?!" Dünən, 18:48 Avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək Dünən, 18:48 Mirziyoyev: Özbəkistan ÜDM-in 160 milyard dollara qədər artırılması hədəfini vaxtından əvvəl yerinə yetirəcək Dünən, 18:48 Bakı kəndlərində yaşayan sakinləri SEVİNDİRƏCƏK XƏBƏR - Bu ərazilərdə... Dünən, 18:48 Özbəkistan Prezidenti: Yeni Daşkənd əsl inkişaf mərkəzinə çevriləcək Dünən, 18:48 Sahibə Qafarova: Dünyada davam edən münaqişələr və böhranlar insanların həyatını risk altına alır Dünən, 18:48 Bakının bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq Dünən, 17:48 Rusiyanın yerinə üçüncü dövlət: Paşinyan kimi nəzərdə tutur? Dünən, 17:48 Sabunçu Tibb Mərkəzi ilə bağlı SENSASİYALI İDDİA: "Mikrob keçib bizə" Dünən, 17:48 Ev satmaq adı ilə 23 min manat dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb Dünən, 17:48 Psixiatr: İtlə yaşamaq həm ürəyə, həm də psixoloji duruma müsbət təsir edir Dünən, 17:48 Toni Kortes "Sabah"ın fenomeni haqqında: "Sərhədləri aşan hekayə" Dünən, 17:48 Abşeronda dəhşətli qəza: Yeniyetmə sürücü qadını ÖLDÜRÜB QAÇDI? - GÖRÜNTÜLƏR Dünən, 17:48 Yasda gülüş üstündə QAN TÖKÜLDÜ: Bakıdakı cinayətin DETALLARI Dünən, 17:48 Ədliyyə Nazirliyi: Penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi cinayət məsuliyyəti yaradır Dünən, 17:48 Azərbaycanda indiyə qədər 10 mindən çox şəxs dövlətdən kirayəyə mənzil götürüb Dünən, 16:48 Bu il neçə metrostansiya istifadəyə veriləcək? - RƏSMİ CAVAB Dünən, 16:48 Kəlbəcərə dolu yağıb Dünən, 16:48 SOCAR-ın Qaz İxrac İdarəsi 7 ayda qeyri-neft-qaz ixracından 8 milyon dollara yaxın gəlir əldə edib Dünən, 16:48 Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl göndəriləcək Dünən, 16:48 SOCAR ilk dəfə Xəzərdə OBN texnologiyasının tətbiqi ilə 3D seysmik kəşfiyyat işlərinə başlayıb Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR