
"Bakı Metropoliteni"nin gələcək inkişafı ilə bağlı maraq doğuran məsələlərdən biri də yeni stansiyaların quruluşu və sərnişinlər üçün keçid imkanlarıdır.
AVESTA.AZ-in məlumatına görə, xüsusilə metro şəbəkəsi genişləndikcə stansiyaların daha mürəkkəb və çoxsəviyyəli formada inşa edilib-edilməyəcəyi sual doğurur.
Maraqlıdır ki, Bakı metrosunda gələcəkdə xaricdəki kimi çoxmərtəbəli, çoxpilləli stansiyalar ola bilərmi?
"Bakı Metropoliteni" QSC-dən AVESTA.AZ-in sorğusuna cavab olaraq bildirildi ki, metro şəbəkəsi daha da genişləndikcə, qrunt xarakteristikası, dərinlik faktoru və digər amillər nəzərə alınmaqla gələcəkdə xətlərin kəsişməsində ikimərtəbəli stansiya inşa edilməsi istisna olunmur:
"Lakin, konseptual inkişaf sxemində yer alan stansiyaların inşası zamanı bu tip keçid stansiyalarının tikilməsi nəzərdə tutulmayıb".
Orxan Hüseyn
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.