
Şəmkirdə 43 yaşlı kişinin meyiti yaşadığı evin həyətində tapılıb.
BAKU.WS "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə rayonun Abbaslı kəndində qeydə alınıb.
Məlumata görə, 1983-cü il təvəllüdlü Elman Həsənovun meyitini ilk olaraq qonşusu görüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma başlanılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.