
Biləsuvar rayonunda kişi meyiti tapılıb.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Səmədabad kəndində qeydə alınıb.
Belə ki, səhər saatlarında kənd sakini, 2003-cü il təvəllüdlü Riyad Xəlil oğlu İbadovun meyiti yaşadığı ünvanda, evin həyətində yerləşən tikilidə tapılıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.