Neftçalada 74 yaşlı kişinin meyiti aşkarlanıb.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun “Qoltuq” deyilən yaşayış massivində qeydə alınıb.
Belə ki, yerli sakin 1950-ci il təvəllüdlü Həsənov Mürsəl Rəsul oğlunun meyiti yaşadığı evdə aşkarlanıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası və hüquq-mühafizə orqanları cəlb olunub.
M. Həsənovun evdə tək yaşadığı bildirilir. Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.