
Bu gün saat 05:05-də "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Xaçmaz stansiyasında hərəkət edən yük qatarının qarşısına qəfil insan çıxıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, maşinist təcilli tormozlama aparsa da, məsafə az olduğundan vurulma hadisəsi qaçılmaz olub, həmin şəxs vəfat edib.
"ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atan hərəkətlərdən çəkinməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır. Nəzərə almaq lazımdır ki, diqqətsizlik, tələskənlik, qaydalara laqeyd münasibət bəzən arzuolunmaz hallara səbəb olur", - deyə səhmdar cəmiyyəti bəyan edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.