
Bakıda 58 yaşlı kişi aptekdə ölüb.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən aptekdə baş verib. Zəngilan rayon sakini 1968-ci il təvəllüdlü Mehman Emran oğlu Mahmudov aptekdə olarkən infarktdan ölüb.
Faktla bağlı araşdırmalar aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.