Dünən, 23:48 52

Ermənistanda siyasi qarşıdurma dərinləşir: Paşinyandan rəqiblərinə zərbə

Ermənistanda keçirilən parlament seçkisində Nikol Paşinyanın böyük üstünlüklə qalib gəlməsindən sonra ölkə daxilində yeni siyasi gərginliklər yaşanır. Azərbaycanın tarixi qələbəsinin Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıqlar və seçkidə əldə edilən qələbənin verdiyi imkanlardan istifadə edən Nikol Paşinyan rəqiblərinə qarşı yeni hücum strategiyasına start verib.

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Ermənistanda siyasi qarşıdurma dərinləşir: Paşinyandan rəqiblərinə zərbə

Münaqişə və sülh məntiqi

Hər şey Ermənistan parlamentinin hökumətin 2026-2031-ci illər üzrə proqramını təsdiqləməsi ilə başlayıb. Proqramın xarici siyasətə həsr olunmuş bölməsində qeyd edilib ki, hökumət Azərbaycanla sülhü rəsmiləşdirmək, Türkiyə ilə münasibətləri normallaşdırmaq, Avropa İttifaqı, ABŞ, İran və Gürcüstanla strateji əlaqələri, həmçinin Rusiya ilə çoxtərəfli münasibətləri inkişaf etdirmək niyyətindədir. Baş nazir qeyd edib ki, proqram tamamilə "Real Ermənistan" ideologiyasına və Dördüncü Respublika baxışına əsaslanır. Paşinyanın sözlərinə görə, Üçüncü Respublikanın Dördüncü Respublikadan nə ilə fərqləndiyini qeyd etmək vacibdir. "Üçüncü Respublika ilk gündən münaqişə məntiqinə əsaslanırdı, Dördüncü Respublika isə sülh məntiqi əsasında formalaşıb", - baş nazir qeyd edib.

Ermənistanda siyasi qarşıdurma dərinləşir: Paşinyandan rəqiblərinə zərbə

Paşinyan üçün ən böyük maneə

Paşinyanın hesablamalarına görə, növbəti iqtidar dönəmində qarşıya qoyulan hədəflərə çatmaq istiqamətində ən böyük maneə Ermənistan daxilində kənardan idarə olunan revanşist qüvvələr və keçmiş Qarabağ klanı, həmçinin böyük təsir imkanlarına malik oliqarxlardır. Burada kənar qüvvə dedikdə Rusiyanın nəzərdə tutulması heç kimə sirr deyil. Artıq Paşinyan hökuməti nəzərdə tutduğu bu maneənin aradan qaldırılması üçün əməli addımlar atmağa başlayıb.

Ermənistanda siyasi qarşıdurma dərinləşir: Paşinyandan rəqiblərinə zərbə

Köçəryanın həbsi, Sarqsyana ittiham

Belə ki, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi ölkənin sabiq prezidenti, Xocalı qatili Robert Köçəryan haqqında iki ay müddətinə həbs qətimkan tədbiri seçib. R.Köçəryana külli miqdarda çirkli pulların yuyulması, vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda rüşvət alma faktları üzrə ittihamlar irəli sürülüb. İstintaqın versiyasına görə, o, ölkə prezidenti olduğu dövrdə qulluq mövqeyindən istifadə edərək başqa şəxslərlə əlbir olub ictimai və iqtisadi əhəmiyyətli bir sıra obyektləri bazar qiymətindən aşağı qiymətə əldə edib. Cinayət icraatı çərçivəsində altı nəfər, o cümlədən Robert Köçəryan, onun oğlu və digər şəxslər saxlanılıb. Ermənistanın sabiq prezidenti, azərbaycanlılara qarşı soyqırımıların həyata keçirilməsinin ən fal iştirakçılarından olmuş Serj Sarqsyana isə ölkəni tərk etmək qadağan edilib. Serjə ölkənin ikinci prezidenti Robert Koçaryana qarşı başlanmış cinayət işi çərçivəsində vəzifə səlahiyyətlərindən sui-istifadə etmənin üç epizodu, xüsusilə külli miqdarda rüşvət almanın iki epizodu və xüsusilə külli miqdarda çirkli pulların yuyulmasının dörd epizodu üzrə ittihamlar irəli sürülüb. Bu sıraya Samvel Karapetyan və Tsarik Sarukyan kimi oliqarxlara qarşı başlanılmış cinayət işlərini də əlavə edə bilərik.

Ermənistanda siyasi qarşıdurma dərinləşir: Paşinyandan rəqiblərinə zərbə

Avropa İttifaqına üzvlük, KTMT-dən çıxmaq

Əslində bu həbslərin həm də Paşinyanın kənar qüvvə adlandırdığı Rusiyanın Ermənistan daxilindəki mövqelərinin zəiflədilməsinə hesablandığı aşkardır. Seçkidən sonra Moskvanın rəsmi səviyyədə Paşinyanı qələbə münasibəti ilə təbrik etməməsi, İrəvana qarşı tətbiq olunan iqtisadi təzyiqlər Ermənistan-Rusiya qarşıdurmasının daha da gərginləşəcəyinin ilkin anonsları idi. Bu gərginlik Paşinyanın son açıqlamaları fonunda yeni müstəviyə keçib. Baş nazir Ermənistanın Avropa İttifaqına üzvlüklə bağlı müraciət etməyə hazırlaşdığını bəyan edib. Həmçinin Rusiyaya Ermənistanın dəmir yollarının konsessiya hüququnu təxminən 400 milyon dollara satmağı təklif edib.

Ermənistanda siyasi qarşıdurma dərinləşir: Paşinyandan rəqiblərinə zərbə

Paşinyan bildirib ki, Ermənistan dəmir yollarının Rusiya tərəfindən idarə olunmasının davam etməsi Ermənistan üçün beynəlxalq dəmir yolu şəbəkələrinə inteqrasiya imkanlarını əldən vermək riski yaradır. Paşinyan ölkənin gələcək təhlükəsizlik arxitekturası ilə bağlı da açıqlamalar verib. Qeyd edib ki, İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qayıtmaq niyyətində deyil və oradan çıxarılmasını gözləyir. "Əgər Ermənistanı KTMT-dən xaric etmək qərarına gəlsələr, çox məmnun olacağam. Bu, bizi çıxmaq, yoxsa çıxmamaq seçimindən azad edəcək. Bizim KTMT-yə olan marağımız tükənib", - o əlavə edib.

"Ermənistan və Azərbaycan xalqları ən yaxşı sülhməramlılardır"

Bütün bu açıqlamalar Rusiyanın Ermənistan siyasətində qırmızı xətlərin keçilməsi anlamına gəlir. Moskva hələlik Ermənistan daxilindəki siyasi dayaqları hesab olunan revanşistlərin həbsinə səssiz qalsa da, KTMT ilə bağlı mövqeyini ortaya qoyub. "Mən "çıxarılsaydı, məmnun olardım" ifadəsinin nə demək olduğunu anlamaqda çətinlik çəkirəm. Əgər İrəvan öz milli maraqları baxımından regional təhlükəsizliyin təmin edilməsi üzrə belə mühüm təşkilata üzvlüyə artıq ehtiyac duymursa, o zaman müvafiq qərar qəbul etməkdə və bu təşkilatı tərk etməkdə sərbəstdir", - deyə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Ermənistanda siyasi qarşıdurma dərinləşir: Paşinyandan rəqiblərinə zərbə

Paşinyan isə daha da irəli gedərək müxalifətin Ermənistana KTMT sülhməramlılarının yeridilməsini istədiyini bildirib. "Sizin məqsədiniz odur ki, KTMT sülhməramlıları Ermənistana daxil olsun. Heç bir KTMT sülhməramlısı, ümumiyyətlə, heç bir xarici sülhməramlı olmayacaq. Çünki sülh bərqərar olub, Ermənistan və Azərbaycan xalqları ən yaxşı sülhməramlılardır", - Paşinyan bildirib.

Paylaş

Xəbər lenti

"Təkcə altı ayda 37% artım" - Problemli kreditlərin artmasının əsas AMİLLƏRİ Dünən, 23:48 Ermənistanda siyasi qarşıdurma dərinləşir: Paşinyandan rəqiblərinə zərbə Dünən, 23:48 Fəsil dəyişəndə bədənimizdə hansı dəyişikliklər baş verir? Dünən, 23:48 Narsist insanı necə tanımaq olar? Psixoloq əsas əlamətləri açıqladı Dünən, 22:48 Cem Yılmaz səhhəti ilə bağlı açıqlama verdi Dünən, 22:48 Kiyevin şimalına PUA hücumları davam edir Dünən, 22:48 Ərdoğan Bişkekə səfər edəcək Dünən, 21:48 Google Maps ABŞ-də Ontario gölünün adını "Amerika gölü" kimi göstərməyə başlayıb Dünən, 21:48 ABŞ-də atışma: 2 nəfər ölüb, 9 nəfər yaralanıb Dünən, 21:48 Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüş və sərgisini izləyiblər Dünən, 21:48 Şimali Kipr sahillərində batan bərədə Azərbaycan vətəndaşları da olub Dünən, 20:48 Qara dənizdə tankerlə bağlı insident: Gəmi Türkiyə sahilində çıxdı Dünən, 20:48 Bakıda minlərlə sakin risk altında: Köhnə liftlər nə vaxt dəyişdiriləcək? Dünən, 20:48 "Kəpəz" "Turan Tovuz"u evdə məğlub edib Dünən, 20:48 Polis sürücülərə XƏBƏRDARLIQ ETDİ Dünən, 19:49 Cüdoçularımız Polşadakı turnirdə yeddi medal qazanıblar Dünən, 19:49 İran son bir həftədə 30 gəminin Hörmüz boğazından keçməsinə mane olub Dünən, 19:48 Gədəbəydə qəzada xəsarət alan şəxslərin son vəziyyəti məlum olub Dünən, 19:48 Sabah leysan olacaq - XƏBƏRDARLIQ Dünən, 19:48 Putin MKİ rəhbəri ilə görüşməyib Dünən, 18:48 Xarkovda marafon iştirakçıları Rusiya zərbəsi nəticəsində həlak olub Dünən, 18:48 17 yaşlı qızın məcburi evləndirilməsinin qarşısı alınıb Dünən, 18:48 617 balla baytarlığı seçən Xaliq: "İnsan həvəsinin arxasınca gedirsə, həmişə uğur qazanır" Dünən, 17:48 Venesuela ABŞ-lə 25 illik neft razılaşmasının detallarını açıqladı Dünən, 17:48 Şimali Kiprdə sərnişin gəmisi batıb: 7 ölü, 237 nəfər xilas edilib Dünən, 17:48 Mahir Emreli "Rakuv"un heyətində beşinci qolunu vurub Dünən, 17:48 "Məkkə İttifaqı"nın ilk toplantısı İstanbulda keçiriləcək Dünən, 16:49 "Milan"ın futbolçusu Rafael Leau "Qalatasaray"da Dünən, 16:48 Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib Dünən, 16:48 UEFA-dan Gəncə stadionu ilə bağlı mühüm QƏRAR VERİLDİ Dünən, 16:48 Nepal və Çində daşqınlarda ölənlərin sayı 760-ı keçib, 3 mindən çox insan itkindir Dünən, 16:48 Sabah Xətai, Sabunçu və Suraxanının bir sıra ərazilərində qaz olmayacaq Dünən, 16:48 "Mançester Yunayted" futbolçusunu Çempionşip klubuna göndərdi Dünən, 16:48 Bu ölkənin əhalsinin yarıdan çoxu Aİ-yə qoşulmaq istəmir Dünən, 15:48 Azərbaycanda autizm diaqnozu qoyulan uşaqların sayı iki dəfədən çox artıb - Səbəb nədir? Dünən, 14:48 Yeni yaşayış massivi, köhnə problem: Ceyranbatanda evlər niyə boş qalıb? Dünən, 14:48 "Çelsi" Argentina millisinin qapıçısını transfer edib Dünən, 14:48 Zaporojye AES-də enerji böhranı: Stansiyanın 10 günlük dizel ehtiyatı qalıb Dünən, 13:48 Sabah Bakıda intensiv yağış yağacaq Dünən, 13:48 Zelenski: Buçaya hücumda 38 nəfər ölüb, 4 nəfər itkin düşüb Dünən, 13:48 Hikmət Hacıyevdən itkin düşənlərlə bağlı paylaşım: Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var Dünən, 13:48 Messi cərimə zərbələrində daha bir əfsanəvi futbolçuya çatdı Dünən, 12:48 "Neftçi SOCAR" Kanadaya məğlub olaraq mübarizəni dayandırıb Dünən, 12:48 Cəlilabadda ev yanıb Dünən, 12:48 Nepalda daşqın nəticəsində ölənlərin sayı 734-ə çatıb Dünən, 12:48 "Qarabağ" braziliyalı yarımmüdafiəçi Dieqo Rosanı icarəyə götürüb Dünən, 12:48 Bakıda külək güclənib, dağətəyi rayonlarda leysan yağıb - FAKTİKİ HAVA Dünən, 11:48 Millinin üzvləri Fidan Cəfərova və Vüsalə Hacıyevanın yeni klubu müəyyənləşib Dünən, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR