Bu gün, 11:48 86

Sərxoş halda evə gələn qardaşını döydü:

Qəsdən sağlamlığa yüngül zərər vurmaqda təqsirləndirilən Fahir İmanovun (adı, soyadı şərtidir - red.) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

AVESTA.AZ Pravda.az-a istinadən xəbər verir ki, Nizami Rayon Məhkəməsində hakim Emin Axundovun sədrliyi ilə keçirilən son iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 1 100 manat məbləğində cərimə cəzasına məhkum edilib.

İttihama görə, hadisə bu il saat 21:30-da təqsirləndirilən şəxslə qardaşı, zərərçəkmiş Famil İmanovun (adı, soyadı şərtidir - red.) birlikdə yaşadıqları paytaxtın Nizami rayonu ərazisində yerləşən evdə baş verib.

Belə ki, həmin vaxt zərərçəkmiş şəxs sərxoş vəziyyətdə evə gəlib. Fahir qardaşının sərxoş vəziyyətdə evə gəlməsinə irad bildirib. Bundan sonra onların arasında mübahisə yaranıb. Famil təqsirləndirilən şəxsin ünvanına nalayiq ifadələr işlədib. Bundan əsəbiləşən Fahir qisas almaq məqsədilə fiziki güc tətbiq edərək qardaşını yerə yıxıb. Ardınca onun baş və sifət nahiyələrinə əli ilə bir neçə dəfə zərbə vurub.

Məhkəmə-tibbi ekspertizasının nəticəsinə görə, həmin xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurma kimi qiymətləndirilib.

Bu səbəbdən təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilib.

Məhkəmə istintaqı zamanı ifadə verən Fahir İmanov ona elan edilmiş ittihamla razılaşmayaraq özünü təqsirli bilməyib. O deyib ki, qardaşına qarşı fiziki güc tətbiq etməsinin səbəbi özünü və anasını müdafiə etmək olub.

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə günü Famil sərxoş vəziyyətdə evə gəlib. Bu səbəbdən anası ona irad bildirib. Anasının iradından əsəbiləşən zərərçəkmiş şəxs qadının üzərinə hücum çəkib. Familin anasına qarşı bu cür davranışı ilk dəfə olmayıb. Onun sözlərinə görə, əvvəllər də analoji hallar baş verib və bu səbəbdən anası hətta başqa ölkəyə getməyə məcbur olub.

Fahir qeyd edib ki, hadisə zamanı anasını müdafiə etmək üçün qardaşına əl ilə zərbə endirib, onu yerə yıxaraq sinəsinin üzərində oturub və bundan sonra polisə məlumat verilib.

Təqsirləndirilən baş verən hadisədən peşman olduğunu və belə bir vəziyyətin yenidən yaşanmasını istəmədiyini deyib. Fahir məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edib.

Paylaş

Xəbər lenti

İsmayıllıda evlərdən və istirahət mərkəzlərindən oğurluq edən şəxs saxlanılıb Bu gün, 15:49 ATU-nun idman kompleksi əsaslı TƏMİR OLUNACAQ Bu gün, 15:49 Aİ iki ölkəyə Ukraynaya yardımla bağlı təzyiq göstərəcək Bu gün, 15:49 Dövlət Agentliyi "Aztelekom"la bağlı araşdırma və təhlillər aparır Bu gün, 15:49 Bakıda dəyişkən iş qrafiki nə vaxtdan tətbiq olunacaq? - VACİB AÇIQLAMA Bu gün, 15:49 İt dişləməsi nəticəsində burnunu itirən pasiyent üzərində əməliyyat uğurla icra olunub Bu gün, 15:49 Keçmiş həyat yoldaşından danışan aktrisa: "Boşanarkən məni maşınla vurdu" Bu gün, 15:49 Qarabağın rəsmi toponimləri beynəlxalq rəqəmsal xəritədə yenilənib Bu gün, 15:48 Prezident İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub Bu gün, 15:48 İran ordusu BƏƏ-dəki ABŞ hərbi bazasına PUA-larla hücum etdiyini açıqladı Bu gün, 15:48 Çinin baş prokuroru Azərbaycanın "Prokurorluğun yaradılmasının 100 illiyi" medalı ilə təltif edilib Bu gün, 14:48 İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib Bu gün, 14:48 Qaydaları kobud şəkildə pozub özünü İFŞA ETDİ - ANBAAN GÖRÜNTÜLƏR Bu gün, 14:48 Bakıda sahibsiz it uşaqlı qadına hücum etdi Bu gün, 14:48 Əli Əsədov Oljas Bektenovu təbrik edib Bu gün, 14:48 Çinin Baş prokuroru: Azərbaycan yaxşı dost, etibarlı tərəfdaşdır Bu gün, 14:48 Azərbaycanda həkim-dermatoloq VƏFAT ETDİ Bu gün, 14:48 Qaradağda 70 min manatlıq telefon və aksesuarlar oğurlayan şəxslər saxlanılıb Bu gün, 14:48 Yasamalda qurumuş ağac təhlükə saçır: "Bir az güclü külək olsa, kiminsə üstünə aşacaq" Bu gün, 14:48 Bişkekdə İlham Əliyev ilə Nikol Paşinyan arasında görüş başa çatıb Bu gün, 14:48 Sentyabrın ilk günlərində gözlənilən hava şəraiti açıqlandı Bu gün, 14:48 Buraxılış imtahanlarında iştirak edə bilməyənlər üçün sentyabrın 6-da imtahan olacaq Bu gün, 14:48 Bişkekdə İlham Əliyev ilə Nikol Paşinyan arasında görüş olacaq Bu gün, 13:49 60 yaşlı kişi Bakıda hoteldə öldü Bu gün, 13:49 Ötən həftə 2048,7 hektar ərazi minalardan təmizlənib Bu gün, 13:49 Bərgüşadçay su anbarı ilə bağlı 130 milyon manatlıq LAYİHƏ Bu gün, 13:49 Bu ölkədə meşə yanğınlarını qəsdən törədənlərə ölüm cəzası tətbiq edilə bilər Bu gün, 13:48 Tramp kanadalı şirkətlərə səsləndi: "ABŞ-yə köçün, tarif tətbiq olunmayacaq" Bu gün, 13:48 Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir Bu gün, 13:48 Sabirabadda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edilib Bu gün, 13:48 AMB kredit risklərinin idarə edilməsinə "Yaşıl Taksonomiya" tələblərini əlavə edib Bu gün, 13:48 Netanyahu seçki ərəfəsində təhdidlərini artırdı: "Lazım gələrsə, bütün Qəzzanı işğal edərik" Bu gün, 12:50 SOCAR-ın Türkiyədəki zavodu iyunda aviayanacaq istehsalının həcmini açıqlayıb Bu gün, 12:50 Vüsal Nəsirli yeni şöbə müdiri təyin etdi Bu gün, 12:50 Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gedib Bu gün, 12:50 Sentyabrda yağıntının miqdarı iqlim normasına yaxın olacaq - AYLIQ PROQNOZ Bu gün, 12:49 "Pensiyalar artırılacaq" Bu gün, 12:49 Rəşad Sadıqov "Zirə"nin baş məşqçisi kimi Premyer Liqada 200-cü oyununa çıxıb Bu gün, 12:49 Chatgpt ilə müalicə olunmaq təhlükəlidir? - Tanınmış professor danışdı Bu gün, 12:49 Süni intellekt şirkətinizə gələndə kim gedəcək: insanlar, yoxsa köhnə qaydalar? Bu gün, 12:48 Azərbaycan Premyer Liqasının III turu tamaşaçı rekordu ilə əlamətdar olub Bu gün, 12:48 199 nömrəli marşrutun bütün avtobusları dəyişdirilir Bu gün, 12:48 Sentyabrın ilk günü hava belə olacaq Bu gün, 12:48 Azərbaycan və Çin prokurorluqları arasında anlaşma memorandumu imzalanıb Bu gün, 12:48 Keçmiş məcburi köçkün Bakıda aptekdə öldü Bu gün, 12:48 Xaçmazda yük qatarının vurduğu şəxs öldü Bu gün, 11:48 Bacısının toyuna getməyən Burak Özçivit: "Niyə hücum edirsiniz!" Bu gün, 11:48 Azərbaycanda traktor və digər aqrar texnikaların qeydiyyatı qaydası dəyişib Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR