Bu gün, 19:48 64

Messi Argentina millisində karyerasını başa vurdu

Argentina millisinin və dünya futbolunun ulduzu Lionel Messi milli komandadakı karyerasını başa vurduğunu açıqlayıb.

AVESTA.AZ xəbər verir ki, Messi bu qərarı uzun müddət düşündükdən sonra qəbul edib və bunun onun üçün ağrılı olduğunu vurğulayıb:

"Finaldan sonra baş verənlər və uzun düşüncələrdən sonra hər kəsə bildirmək istəyirəm ki, milli komandadakı karyeramı başa vururam. Bu, ağrılı və hələ də ağrısını hiss etdiyim qərardır. Amma başa düşürəm ki, indi bunun üçün ən doğru zamandır.

Mən həmişə bu forma üçün əlimdən gələn hər şeyi etmişəm. Yalnız son illərdə, hər şeyi qazandığımız dövrdə deyil, əvvəldən sona qədər mübarizə aparmışam. Məqsədim futbol vasitəsilə sizə sevinc yaşatmaq və argentinalı olmağınızla fəxr etməyinizə səbəb olmaq idi.

Artıq çox az vaxt qalıb və bəzi səhifələr bağlanır. Bu səhifənin bağlanması mənə çox ağrılıdır. Mən milli komandada oynamağı sevmişəm, sevirəm və həmişə sevəcəyəm. Əlimdən gələn hər şeyi etdim, artıq verə biləcəyim başqa bir şey yoxdur. Qarşımızda milli komandada olmağa layiq çox istedadlı gənc futbolçular var. Bu 20 il ərzində göstərdiyiniz sevgi üçün təşəkkür edirəm",-deyə ulduz futbolçu qeyd edib.

Messi bundan sonra Argentina millisinin oyunlarını tribunadan izləyəcəyini və komandaya kənardan dəstək verəcəyini bildirib. O, ailəsinə, məşqçilərinə, komanda yoldaşlarına və bu illər ərzində onunla çalışan bütün insanlara təşəkkür edib.

"Özümü sakit və qürurlu hiss edirəm. Sizə və komanda yoldaşlarıma nağıla bənzər anlar yaşatdığım üçün xoşbəxtəm. Bütün bunları sizinlə birlikdə yaşamaq inanılmaz idi. Mən sizi sevirəm. Məni argentinalı yaratdığı üçün yaradana təşəkkür edirəm. İrəli, Argentina!" – Messi vurğulayıb.

Futbolçu sözlərini 21 iyulda, finaldan iki gün sonra yazdığını da bildirib. Onun sözlərinə görə, atasının başına gələnlərdən sonra bu qərarında daha da əmin olub.

Messi Argentina millisinin heyətində 2022-ci ildə dünya çempionu, 2021 və 2024-cü illərdə Amerika Kubokunun qalibi, 2022-ci ildə Finalissima çempionu, 2008-ci ildə isə Olimpiya çempionu olub.

Paylaş

Xəbər lenti

Rusiyada səfərbərliklə bağlı açıqlama Bu gün, 21:48 Masazırda duz yığımı dayanıb? Bu gün, 21:48 Məktəblər açılır, virus təhlükəsi artır: uşaqları necə qoruyaq? Bu gün, 21:48 Ağdaşda faciə: Vətən müharibəsi iştirakçısı qatarın altında qalaraq öldü Bu gün, 21:48 Bakıda itkin düşmüş şəxslərlə bağlı keçiriləcək beynəlxalq konfransın gündəliyi bəlli olub Bu gün, 21:48 İlham Əliyev Məsud Pezeşkianı "İstisu"ya qonaq edib Bu gün, 20:48 İvanka Tramp Kosta-Rikada sörf edib Bu gün, 20:48 Pezeşkian: "İran ABŞ ilə münaqişənin diplomatik yolla həllində qərarlıdır" Bu gün, 20:48 Azərbaycanda avtomobillərin qiyməti 3-5 faiz BAHALAŞACAQ Bu gün, 20:48 Bişkekdə Azərbaycan və Belarus prezidentlərinin görüşü olub Bu gün, 20:48 İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər Bu gün, 20:48 Əhaliyə XƏBƏRDARLIQ - Sabaha qədər... Bu gün, 20:48 Şuşa-Laçın yolunda bədbəxt hadisə: Ölənlər var Bu gün, 20:48 Bakı və Abşeron yarımadasında dolu yağacaq Bu gün, 20:48 Azərbacanda bu şəxslərə iki və üç otaqlı mənzillər veriləcək Bu gün, 19:48 İlham Əliyev: Azərbaycan İranla bağlı yaranmış vəziyyətin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarıdır Bu gün, 19:48 Azərbaycan–Qırğızıstan müttəfiqliyi və ŞƏT platformasında yeni imkanlar Bu gün, 19:48 Hikmət Hacıyev Azərbaycan nümayəndə heyətinin Dünya Köçəri Oyunlarındakı keçidindən görüntülər paylaşdı Bu gün, 19:48 Məsud Pezeşkian İlham Əliyevə dəstəyə görə təşəkkür edib Bu gün, 19:48 Messi Argentina millisində karyerasını başa vurdu Bu gün, 19:48 "8-ci km bazarı"ında qiymətlər necədir? Bu gün, 19:48 İlham Əliyevin sosial media hesablarında Məsud Pezeşkianla görüşünə dair paylaşım edilib Bu gün, 18:48 Azıx mağarasının bir neçə girişdən ibarət olduğu müəyyənləşib Bu gün, 18:48 Antisanitar şəraitdə kvas istehsal edən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb Bu gün, 18:48 Azyaşlının psixoloq yanında döyülməsi iddiası araşdırılır Bu gün, 18:48 İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edir Bu gün, 18:48 Magistraturaya boş qalan plan yerlərinin nəticələri elan olunub Bu gün, 18:48 Azərbaycan, Türkiyə, Özbəkistan və İran prezidentləri Bişkekdə bir araya gəliblər Bu gün, 18:48 Şanxaydan Bakıya: Böyük Avrasiyanın Azərbaycan yolu Bu gün, 18:48 Ruzbeh Məmməd vəzifəsindən ayrıldı Bu gün, 17:48 AFFA-nın əməkdaşı UEFA Stadion İnspektoru vəzifəsinə təyin olunub Bu gün, 17:48 Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub Bu gün, 17:48 DİQQƏT - Hövsanda su kəsiləcək Bu gün, 17:48 Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib Bu gün, 17:48 Sürücülərin NƏZƏRİNƏ: Bakının ən böyük prospektində hərəkət məhdudlaşdırılacaq Bu gün, 17:48 Bakı-Sumqayıt yolundakı tıxaclar havanın çirklənməsinə necə təsir edir? Bu gün, 16:48 Kiyevdə Rusiyanın hücumu nəticəsində azərbaycanlıya məxsus restoran dağılıb Bu gün, 16:48 Taliban ABŞ-yə müraciət etdi: Əfqanıstanın mədən ehtiyatlarını təklif etdi Bu gün, 16:48 Dərinləşən Azərbaycan-Qırğızıstan münasibətləri: Strateji tərəfdaşlıqdan müttəfiqliyə Bu gün, 16:48 Qəzada ölən sürücü vəzifəli şəxs imiş Bu gün, 16:48 Əli Əsədov Şimali Kiprin Baş nazirinə başsağlığı verib Bu gün, 16:48 Restoranda 2 qardaşı bıçaqlayana bu cəza verildi Bu gün, 16:48 "Türk Şengeni" yaranır: Pasportsuz türk dünyası Bu gün, 16:48 İsmayıllıda evlərdən və istirahət mərkəzlərindən oğurluq edən şəxs saxlanılıb Bu gün, 15:49 ATU-nun idman kompleksi əsaslı TƏMİR OLUNACAQ Bu gün, 15:49 Aİ iki ölkəyə Ukraynaya yardımla bağlı təzyiq göstərəcək Bu gün, 15:49 Dövlət Agentliyi "Aztelekom"la bağlı araşdırma və təhlillər aparır Bu gün, 15:49 Bakıda dəyişkən iş qrafiki nə vaxtdan tətbiq olunacaq? - VACİB AÇIQLAMA Bu gün, 15:49

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR