31-08-2026, 20:48 112

Azərbaycanda avtomobillərin qiyməti 3-5 faiz BAHALAŞACAQ

"Avtomobil bazarında ümumi ucuzlaşmadan danışmaq hələlik mümkün deyil. Bəzi elanlarda və ayrı-ayrı avtomobillərin satış qiymətlərində eniş müşahidə olunsa da, bu, bazarın ümumi tendensiyası deyil. Əksinə, xüsusilə yeni avtomobillərdə qiymət artımı daha qabarıq görünür".

Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, yeni avtomobillər, o cümlədən hibrid və elektrik modelləri əvvəlki dövrlə müqayisədə daha yüksək qiymətə təklif olunur:

"Buna əsas səbəblərdən biri 2026-cı ildən bir sıra güzəştlərin tətbiqinin dayandırılması, digər amil isə logistika xərclərinin artmasıdır.

İkinci əl avtomobillərin xaricdən gətirilməsində də logistika müddəti və xərcləri artıb. Əvvəllər ABŞ, Cənubi Koreya və digər ölkələrdən avtomobilin ölkəyə gətirilməsi təxminən iki ay çəkirdisə, hazırda bu müddət bəzi hallarda üç-dörd aya, hətta beş aya qədər uzanır. Müddətin uzanması isə daşınma və digər əlavə xərclərin artmasına, nəticədə avtomobilin son satış qiymətinin yüksəlməsinə səbəb olur.

Bununla belə, istismar müddəti uzun olan və köhnəlmiş ikinci əl avtomobillərin qiymətində müəyyən ucuzlaşma müşahidə edilir. Bunun əsas səbəblərindən biri bazara daha çox yeni avtomobilin daxil olması, digəri isə ikinci əl avtomobillərə tələbin hazırda əvvəlki qədər yüksək olmamasıdır.

Lakin bu ucuzlaşmanı avtomobil bazarında ümumi qiymət enməsi kimi qiymətləndirmək düzgün deyil. Hazırkı vəziyyətdə qiymət artımı tendensiyası ucuzlaşma tendensiyasını üstələyir".

AQC sədri əlavə edib ki, yaxın müddətdə avtomobil qiymətlərində təxminən 3-5 faiz civarında artım da mümkündür:

"Burada manatın alıcılıq qabiliyyəti, ümumi iqtisadi vəziyyət, idxal və logistika xərcləri kimi amillər mühüm rol oynayır. Digər tərəfdən, Azərbaycanda avtomobilin əldə olunması bəzi qonşu ölkələrlə müqayisədə nisbətən daha əlçatandır. Məsələn, Türkiyə ilə müqayisədə vergilər və digər əlavə ödənişlər baxımından avtomobil bazarında ciddi fərq var və bu da Azərbaycanda avtomobil sahibi olma imkanlarını nisbətən artırır.

İlin sonuna qədər bazara yeni avtomobillərin daxil olması ilə müəyyən modellərin qiymətlərində tənzimlənmə və rəqabət hesabına dəyişikliklər baş verə bilər. Ancaq hazırkı mənzərə avtomobillərin kütləvi şəkildə ucuzlaşacağını deyil, bazarda qiymətlərin əsasən artım istiqamətində hərəkət etdiyini göstərir".

Orxan Hüseyn

Paylaş

Xəbər lenti

Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 23:48 "Etibarsız" pulu bu yolla "etibarlı" etdilər Dünən, 23:48 Kallas: Aİ Ukrayna ilə bağlı danışıqlarda Rusiyaya irəli sürülən tələblərin nəzərə alınacağına ümid edir Dünən, 23:48 Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır – Vətəndaşlar narazıdır Dünən, 23:48 Bakının bu həyətində sakinlər rahatlıq tapa bilmir – Əyyaşlar məhəlləni ələ keçirib Dünən, 23:48 Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq Dünən, 22:48 Podiumlardan mətbəxə: Məşhur model restoran açıb, yemək bişirir Dünən, 22:48 BMT sammitinin iştirakçıları "ASAN xidmət"in fəaliyyəti ilə tanış olublar Dünən, 22:48 Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər Dünən, 22:48 Tez-tez xəstələnənlərin nəzərinə - Həkimdən vacib tövsiyələr Dünən, 22:48 Azərbaycanın Xorvatiyadakı səfiri: Minalardan təmizləmə prosesi beynəlxalq əməkdaşlıq və dəstək tələb edir Dünən, 22:48 10-a yaxın kənd işıqsız qaldı Dünən, 21:48 Xamenei: "ABŞ-nin İrana qarşı siyasəti dəyişməyəcək" Dünən, 21:48 Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq Dünən, 21:48 Əlillik təyinatından razı qalmayan şəxslər yenidən müayinədən keçə bilərlər - QAYDA Dünən, 21:48 Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı Dünən, 21:48 Şəhid anasının həyatını itirdiyi qəza necə baş verib? Dünən, 20:48 Mourinyo: "Bu, çox ağır və kədərlidir" Dünən, 20:48 "Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin milli komandasına dəvət alıb Dünən, 20:48 Azərbaycanda təbii qaz hasilatı gələn il 1,5 % artacaq Dünən, 20:48 Tramp iki Avropa ölkəsinin gələcəyi ilə bağlı proqnoz verdi Dünən, 20:48 Yol vergisindən daxilolmalar azalacaq Dünən, 20:48 "Sabah"ın U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsində növbəti matçını keçirib Dünən, 19:48 Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək Dünən, 19:48 İşğaldan azad edilmiş ərazilərdə özəl sektorun 1 300-dən artıq layihəsi icra olunur Dünən, 19:48 Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək? Dünən, 19:48 Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir Dünən, 19:48 İlham Əliyevin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb Dünən, 18:48 Azərbaycanda soyuducularla bağlı XƏBƏRDARLIQ Dünən, 18:48 Nazir Kəmaləddin Heydərov Belarusun fövqəladə hallar naziri Vadim Sinyavski ilə görüşüb Dünən, 18:48 Azercell "30 il səninlə" lotereyası çərçivəsində ilk qaliblərinə 2 Toyota Corolla Cross və 14 iPhone 17 Pro smartfonu hədiyyə etdi! Dünən, 18:48 Bakıda keçiddən istifadə edənlərə ŞAD XƏBƏR - 31 fərqli ünvanda... Dünən, 18:48 Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya Dünən, 18:48 "Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb Dünən, 18:48 ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib Dünən, 18:48 Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə Dünən, 17:48 Əli Əsədov Rusiya, Belarus, Özbəkistan və Qırğızıstanın rəsmiləri ilə görüşüb Dünən, 17:48 Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar Dünən, 17:48 Qazaxıstan Azərbaycan ərazisilə İsrailə 500 min ton buğda çatdırmağa hazırdır Dünən, 17:48 Əhaliyə XƏBƏRDARLIQ - Sabah güclü külək əsəcək Dünən, 17:48 Kollektorun üzərində ev tikən sakinlər problemə səbəb oldular Dünən, 17:48 "Odyssey" yolda qaldı - Yanacaq almağa vəsaiti çatmadı Dünən, 17:48 TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı Dünən, 17:48 Bakıda üzərlərindən maşın keçən ana və körpəsinin SON DURUMU Dünən, 16:49 Son 20 ildə Bakıda 100-dən çox yeni park və bağ yaradılıb Dünən, 16:48 Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib Dünən, 16:48 Trampın partiyası hər iki palatanı itirdi: Demokratlar Konqresə nəzarəti ələ keçirdi Dünən, 16:48 Prezidentdən atmosfer havasının çirklənməsinə qarşı mübarizə ilə bağlı sərəncam Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR