
Çinli UFC döyüşçüsü Sonq Yadonq Şanxayda keçirilən UFC Fight Night 286 turnirində Umar Nurmaqomedovu nokauta saldıqdan sonra onun qardaşı Usman Nurmaqomedovla yaşanan insident barədə ilk dəfə danışıb.
BAKU.WS xəbər verir ki, Yadonqun sözlərini "Home of Fight" sosial şəbəkə hesabında yayıb.
"Video görüntülərə baxanda məlum olur ki, o, dirsək zərbəsi endirmək və ya buna bənzər hərəkət etmək üçün dönür. İnternetdə onun mənə qəsdən hücum etmək istədiyi yazılırdı. Amma o, sadəcə mənim onun üzərinə gələcəyimi düşünüb. O, qardaşının vəziyyətini yoxlamaq üçün irəli getmişdi. Sonra isə qəfildən kimsə birbaşa sənin üzərinə qaçırsa, əlbəttə ki, belə reaksiya verəcəksən", - deyə Yadonq bildirib.
Döyüş ikinci raundda başa çatıb. Çinli idmançı əks-hücum zamanı Umar Nurmaqomedovu qulağının bir qədər aşağı hissəsinə dəqiq zərbə ilə nokauta salıb.
Bundan sonra Usman Nurmaqomedov qardaşının vəziyyətini yoxlamaq üçün baryeri keçərək oktaqona daxil olub. Məhz həmin vaxt o, qələbəsini qeyd edən Yadonqla qarşılaşıb və tərəflər arasında qısa müddətli qarşıdurma yaşanıb.
30 yaşlı Usman Nurmaqomedov 2021-ci ildən UFC-də çıxış edir. Onun bu təşkilatda 8 qələbəsi və 2 məğlubiyyəti var. 28 yaşlı Sonq Yadonq isə UFC-də debütünü 2017-ci ildə edib. Çinli döyüşçünün təşkilatda 13 qələbəsi, 4 məğlubiyyəti və 1 heç-heçəsi mövcuddur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.