31-08-2026, 22:48 156

Azərbaycan - ŞƏT əməkdaşlığı ölkəmizin beynəlxalq münasibətlərdə artan rolunun göstəricisidir

Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi proseslərin sürətlə dəyişməsi, iqtisadi və nəqliyyat əlaqələrinin yeni məzmun qazanması, təhlükəsizlik çağırışlarının şaxələnməsi dövlətləri çoxtərəfli əməkdaşlıq platformalarının imkanlarından daha fəal istifadə etməyə sövq edir.

Bu baxımdan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Azərbaycanın diqqət yetirdiyi mühüm beynəlxalq platformalardan biri kimi xüsusi əhəmiyyət daşıyır.

BAKU.WS xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib. Deputat bildirib ki, Azərbaycanın ŞƏT ilə əlaqələri son illərdə yüksələn dinamika nümayiş etdirir. ŞƏT Azərbaycan üçün həm siyasi dialoq, həm də iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı baxımından əhəmiyyətli platformadır.

Tahir Mirkişili qeyd edib ki, Azərbaycanın ŞƏT üçün əhəmiyyətini artıran əsas amillərdən biri ölkəmizin əlverişli geostrateji mövqeyidir. Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm nəqliyyat qovşaqlarından birinə çevrilir. Bakı–Tbilisi–Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizləri çərçivəsində görülən işlər Azərbaycanın tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Xüsusilə Orta Dəhlizin inkişafı Azərbaycan–ŞƏT münasibətlərinə yeni məzmun qazandıra biləcək mühüm istiqamətlərdəndir. Çin və Mərkəzi Asiya ölkələri ilə Avropa arasında yükdaşımaların alternativ marşrutlar üzrə artırılması fonunda Azərbaycanın nəqliyyat infrastrukturu strateji əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan yalnız nəqliyyat dəhlizlərinin üzərində yerləşən ölkə deyil, eyni zamanda, müxtəlif regionları birləşdirən logistika mərkəzi kimi çıxış edir. ŞƏT ölkələri ilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın dərinləşdirilməsi ölkəmizin tranzit potensialının daha geniş şəkildə reallaşdırılmasına imkan yarada bilər.

Deputat bildirib ki, Azərbaycan–ŞƏT münasibətlərində digər mühüm istiqamət iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsidir. Azərbaycanın qeyri-neft sektorunun inkişaf etdirilməsi, sənaye və kənd təsərrüfatı məhsullarının ixracının artırılması, rəqəmsal iqtisadiyyatın formalaşdırılması və yeni texnologiyaların tətbiqi istiqamətində həyata keçirdiyi siyasət ŞƏT ölkələri ilə əməkdaşlığın yeni sahələrə istiqamətlənməsinə əlverişli zəmin yaradır. Xüsusilə sənaye, enerji, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, süni intellekt, logistika və turizm sahələrində qarşılıqlı investisiyaların artırılması üçün ciddi potensial mövcuddur.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri son illərdə siyasi dialoqdan iqtisadi, nəqliyyat, enerji və humanitar əməkdaşlığın daha geniş müstəvisinə keçib. Türk Dövlətləri Təşkilatı çərçivəsində mövcud əlaqələr isə bu əməkdaşlığın əlavə platformalarla tamamlanmasına imkan verir. ŞƏT bu baxımdan Azərbaycan üçün Mərkəzi Asiya ölkələri ilə çoxtərəfli əməkdaşlığın genişləndirilməsi baxımından da əhəmiyyətli platformadır. Azərbaycanın region ölkələri ilə münasibətlərində qarşılıqlı hörmət, suverenliyə və ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışmamaq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsas götürülür.

Ölkəmizin ŞƏT ilə əlaqələrinin inkişafı, eyni zamanda, Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun göstəricisidir. Azərbaycanın etibarlı tərəfdaş, enerji və nəqliyyat təhlükəsizliyinə töhfə verən ölkə, müxtəlif regionlar arasında dialoqu təşviq edən dövlət kimi mövqeyi bu platformada əməkdaşlıq imkanlarını genişləndirir.

"ŞƏT ilə münasibətlərin inkişafı Azərbaycanın xarici siyasətində yeni istiqamətlərin formalaşdırılması demək deyil. Əksinə, bu əməkdaşlıq Azərbaycanın mövcud çoxvektorlu diplomatiyasının məntiqi davamıdır. Bakı üçün əsas məqsəd müxtəlif beynəlxalq platformalardan ölkənin milli maraqlarının, regional sülhün, təhlükəsizliyin və iqtisadi inkişafın təmin olunması istiqamətində səmərəli istifadə etməkdir. Bu mənada Azərbaycan–ŞƏT əməkdaşlığı qarşılıqlı etimad, suverenliyə hörmət, bərabərhüquqlu tərəfdaşlıq və ortaq maraqlar üzərində qurulan münasibətlərin perspektivli nümunələrindən biridir",- deyə deputat fikrini yekunlaşdırıb.

Paylaş

Xəbər lenti

55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək? Bu gün, 22:48 Kardinal: "Vatican News"da erməni dezinformasiyalarının nəşrinin qarşısı alına bilər" Bu gün, 22:48 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub Bu gün, 22:48 Ukraynada dronların istehsalında donuz piyindən istifadə edilir? Bu gün, 22:48 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub Bu gün, 22:48 Səfir: Vyana Azərbaycan və Ermənistan arasındakı sülh prosesini dəstəkləməyə davam edəcək Bu gün, 21:48 Bakıda Vatikan səfirliyinin yaradılmasının vacibliyi vurğulanıb Bu gün, 21:48 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək Bu gün, 21:48 Pensiyaların tam indeksləşdirilməsi kimlərə şamil olunacaq? - VACİB AÇIQLAMA Bu gün, 21:48 Bədbəxt hadisənin təfərrüatı: "Dirək gəlinin beyninə dəyib, canını tapşırıb" Bu gün, 21:48 Qara dənizdə təhlükə, Orta Dəhlizdə fürsət: Azərbaycan üçün yeni imkanlar yaranır? Bu gün, 20:48 Mədə yanmasını adi hal hesab etməyin - Bu halda ürək xəstəliyindən xəbər verir Bu gün, 20:48 Azərbaycanda kərə və duru yağlar nə üçün bahalaşır? - SƏBƏBLƏR Bu gün, 20:48 Atlantada oktyabrın 30-31-də G20 ölkələrinin XİN başçılarının görüşü keçiriləcək Bu gün, 20:48 Azərbaycan BMT-də nüvə silahlarının ləğvini qabardıb Bu gün, 20:48 "Qərbi Azərbaycanın yaddaş yerləri": Daşkörpü sakinləri etnik təmizləməyə məruz qalıb Bu gün, 19:48 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib Bu gün, 19:48 "Qalatasaray" daha bir rus futbolçu almaq istəyir Bu gün, 19:48 Elnur Müzəffərov: "Eldəniz Əzizlinin Qazaxıstanda qızıl medal qazanacağına inamımız böyük idi" Bu gün, 19:48 DTX "Ceyhun Sabunçu"nu qətlə yetirənləri müəyyən edərək saxlayıb Bu gün, 19:48 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb Bu gün, 19:48 Sumqayıt sakinlərinin nəzərinə: Bəzi marşrut avtobusları yenilənəcək Bu gün, 19:48 Səfir: Cəbrayılda istixana təsərrüfatında Niderland modeli tətbiq oluna bilər Bu gün, 18:48 Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər məhkəməyə gətirilib Bu gün, 18:48 Nazirlər Kabinetindən təhsilalanlarla bağlı VACİB QƏRAR Bu gün, 18:48 Ermənistanda məhbus məhkəmə binasından qaçdı Bu gün, 18:48 Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar Bu gün, 18:48 Bu rayonda avtomobil yolları təmir olunacaq - 1,8 milyonluq LAYİHƏ Bu gün, 18:48 Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edilib Bu gün, 18:48 Sumqayıtda dəmiryol vağzalının qarşısında avtomobil yandı Bu gün, 17:48 Hindistan Azərbaycandan neft alışını 5 dəfəyə yaxın artırıb Bu gün, 17:48 Uzun yaşamaq istəyənlərə XƏBƏRDARLIQ - Bu iki üsula inanmayın Bu gün, 17:48 Axtarışda olan "Survivor" iştirakçısı və tanınmış aktyor xaricdə tutularaq Türkiyəyə gətirildi Bu gün, 17:48 Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü Bu gün, 17:48 İranlı nazirə təbrizli qızdan sərt sual: "Hansı dildə təhsil alacaqlar?" Bu gün, 17:48 Təkəri partlayan yük maşını aşdı - Daşıdığı qoyunlar yola səpələndi Bu gün, 17:48 Azərbaycanlı sabiq icra başçısı Rusiyada vəfat etdi Bu gün, 17:48 Baş Prokurorluqdan "WhatsApp"la bağlı xəbərdarlıq Bu gün, 17:48 Hikmət Hacıyev: Azərbaycan xalqı erməni cəmiyyətindən üzrxahlıq gözləyir Bu gün, 16:48 Hikmət Hacıyev: "Le Figaro", demək olar ki, hər gün Azərbaycan əleyhinə saxta materiallar dərc edir Bu gün, 16:48 Erməni nazir Şəkidəki hadisənin detallarını açıqladı: Nəsimi Musayev necə saxlanıldı? Bu gün, 16:48 İlin sonuna qədər həyatı kökündən dəyişəcək 4 BÜRC - Yeni dövr başlayır Bu gün, 16:48 Bakıda 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib Bu gün, 16:48 Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti Bu gün, 16:48 Dünya çempionatı: Nihat Məmmədli finala vəsiqə qazanıb Bu gün, 16:48 Air Arabia-nın xəritəsində Xankəndinin adı hələ də təhrif olunaraq yazılır Bu gün, 15:48 Deputatın oğlunun da həbs edildiyi cinayətdə öldürülən Ceyhunun YENİ FOTOLARI Bu gün, 15:48 Bakıda 20 yaşlı oğlan sevgilisini BMW-nin içərisində döydü Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR