
Türkiyənin Trabzon vilayətinin Yomra rayonunda yerli bələdiyyə "Trabzonspor"un yeni transferi Məhəmməd Salahın yaşayacağı evin yerləşdiyi küçənin adını dəyişdirməyi planlaşdırır.
AVESTA.AZ xəbər verir ki, bu barədə Yomra bələdiyyə başçısı Mustafa Bıyık "X" sosial şəbəkə hesabında paylaşım edib.
Bələdiyyə sədri bildirib ki, Salahın Yomrada yaşayacaq olması rayon üçün böyük qürur mənbəyidir.
"Türkiyə futbolu tarixində ən böyük transfer hesab etdiyimiz Məhəmməd Salahın rayonumuzda yaşamasından qürur duyuruq. Bu həftə bələdiyyə məclisində qərar qəbul edəcəyik. Salahın evinin yerləşdiyi küçənin adı Məhəmməd Salah küçəsi olacaq. Biz əlimizdən gələni etdik. İndi növbə Salahdadır", - deyə Mustafa Bıyık qeyd edib.
Qeyd edək ki, misirli futbolçu bu yay "azad agent" statusunda "Trabzonspor"a keçib. Transfer Türkiyə futbolunda son illərin ən diqqətçəkən keçidlərindən biri kimi qiymətləndirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.