
"Arka Sokaklar"ın məşhur aktyoru Şevket Çoruhun qızı Gülenay Çoruh evlilik yolunda ilk addım ataraq nişanlanıb.
AVESTA.AZ xəbər verir ki, aktyor qızına nişan hədiyyəsi olaraq motosiklet hədiyyə edib.
O nəqliyyat vasitəsinin açarına qırmızı lent bağlayaraq qızının boynundan asıb.
Xatırladaq ki, Gülenay Çoruh Şevket Çoruhun tanınmış aktrisa Günay Karacaoğlu ilə olan evliliyindən dünyaya gələn qızıdır.
Onu da qeyd edək ki, Şevket Çoruh "Arka Sokaklar" serialındakı "Mesut Komiser" obrazı ilə məşhurlaşıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.