
Yanğın hadisəsi təxminən gecə 1-in yarısında baş verib. Dərhal hadisə yerinə rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, FHN-in əməkdaşları gəldilər və təhlükəsizlik məqsədilə insanlar ərazidən təxliyə edildilər.
BAKU.WS xəbər verir ki, bunu Azərtac-a açıqlamasında Goranboy rayonunun Nizami kəndi yağınlığında sursat anbarında baş verən yanğınla müşayiət olunan partlayış barədə danışan sakin İnqilab Kazımov bildirib.
Onun sözlərinə görə, insanlar xüsusi avtobuslarla ərazidən təxliyə olunublar.
Qeyd edək ki, gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. Dərhal Fövqəladə Hallar və Müdafiə nazirliklərinin müvafiq qüvvələri tərəfindən Daxili İşlər Nazirliyi və Goranboy Rayon İcra Hakimiyyəti ilə əlaqəli şəkildə zəruri və təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb və vəziyyət nəzarət altına alınıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.