Bu gün, 11:48 66

İlham Əliyev IV Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət ünvanlayıb.

AVESTA.AZ report-a istinadən xəbər verir ki, sənədi Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.

Mətndə deyilir:

"Hörmətli Konfrans iştirakçıları,

Sizi "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının açılışı münasibətilə salamlayıram.

Artıq bir neçə ildir ki, Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı ilə sıx əməkdaşlıq çərçivəsində ev sahibliyi etdiyi Beynəlxalq Minatəmizləmə konfransları dövrümüzün ən ciddi humanitar, təhlükəsizlik və inkişafla bağlı çağırışların həlli üçün mühüm platforma rolunu oynayır.

Təəssüflər olsun ki, minalar və partlamamış hərbi sursatlar dünyanın bir çox ölkələrində insan həyatını və təhlükəsizliyini təhdid etməyə davam edir. Münaqişələr bitdikdən uzun müddət sonra partlayıcı sursatlar insanların həyatlarını itirməsinə, mülki şəxslərin yaralanmasına, infrastrukturun zədələnməsinə və yenidənqurma layihələrinin ləngiməsinə səbəb olmaqda davam edir. Bu baxımdan, humanitar minatəmizləmə təhlükəsiz yaşayış məskənləri üçün vacib bir öhdəlikdir.

Münaqişədən sonra ərazilərdə şəhərlərin bərpası binaların, yolların və ictimai infrastrukturun yenidən qurulması ilə yanaşı, təhlükəsizliyin və inamın bərqərar olmasını tələb edir. Torpaqlar minalardan və müharibənin partlayıcı qalıqlarından təmizlənməyincə heç bir şəhər, kənd və ya qəsəbə tam şəkildə yenidən qurula, heç bir məktəb və ya xəstəxana təhlükəsiz fəaliyyət göstərə, heç bir ailə öz yurduna ləyaqətlə geri qayıda və heç bir iqtisadi fəaliyyət davamlı inkişaf edə bilməz. Buna görə də humanitar minatəmizləmə şəhərlərin bərpasının və təhlükəsiz yaşayış məskənlərinin yaradılmasının təməlində dayanır.

Azərbaycan bu çağırışın ən ağır təzahürü ilə üzləşib. Ermənistan tərəfindən ərazilərinin təxminən 30 il işğalı nəticəsində Azərbaycan dünyanın mina ilə ən çox çirklənmiş ölkələrindən birinə çevrilib. İlkin hesablamalara görə, Azərbaycan ərazisinin 13 faizindən çoxu mina və partlamamış sursatların təsirinə məruz qalıb. Qarabağın və Şərqi Zəngəzurun azad edilmiş əraziləri mina və partlamamış sursatlarla artıq dərəcədə çirklənmiş vəziyyətdə qalır ki, bu da yenidənqurma, iqtisadi fəaliyyət, təhlükəsiz hərəkət və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması üçün ciddi maneələr yaradır.

Vətən müharibəsinin bitdiyi 2020-ci ildən indiyədək mülki şəxslər, hərbçilər, minaaxtaranlar, jurnalistlər və yenidənqurma işlərində iştirak edən şəxslər də daxil olmaqla, 437 Azərbaycan vətəndaşı mina və partlayıcı sursat hadisələrinin qurbanı olub, nəticədə 73 nəfər həyatını itirib, 364 nəfər ağır yaralanıb. Ümumilikdə, Ermənistanın Azərbaycana qarşı təcavüzü başlayandan bəri 3 min 500-dən çox vətəndaşımız minalardan zərər çəkib. Onların arasında uşaqlar, qadınlar və digər mülki şəxslər də var ki, bu gizli təhlükə onların həyatına faciəvi təsir edib.

Ermənistan tərəfindən təqdim edilən minalanmış sahələrin xəritələrinin əsasən qeyri-dəqiq və natamam olması bu çağırışın miqyasını daha da artırır. Minalar və mina tələləri yalnız keçmiş hərbi mövqelərdə deyil, həm də yollar boyunca, yaşayış sahələrinin yaxınlığında, qəbiristanlıqlarda, kənd təsərrüfatı torpaqlarında, meşələrdə, çay sahillərində və digər mülki ərazilərdə aşkar edilib. Buna baxmayaraq, Azərbaycan bu çağırışların öhdəsindən gəlməyə və vətəndaşlarının öz doğma yurdlarına təhlükəsiz, ləyaqətli və davamlı qayıdışını təmin etməyə qətiyyətlə sadiqdir.

Humanitar minatəmizləmə Azərbaycanın azad edilmiş ərazilərində yenidənqurma və bərpa proqramının ayrılmaz və əhəmiyyətli hissəsidir. Şəhərlərin və kəndlərin yenidən qurulması, infrastrukturun bərpası, nəqliyyat və enerji şəbəkələrinin inkişafı, kənd təsərrüfatının dirçəldilməsi və yeni yaşayış məntəqələrinin yaradılması minatəmizləmə fəaliyyətləri ilə sıx və dəqiqliklə əlaqələndirilərək həyata keçirilir.

Azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatları yerinə yetirilir. Bu günədək 298 min hektardan çox ərazi təmizlənib, 260 min 147 mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. Azərbaycan minatəmizləmənin sürətini, təhlükəsizliyini və səmərəliliyini artırmaq üçün qabaqcıl texnologiyalar, innovativ yanaşmaları və müasir idarəetmə sistemləri tətbiq edir.

Azərbaycanda minatəmizləmə fəaliyyəti daha geniş milli prioritetlərlə birbaşa bağlıdır. Bu fəaliyyət yenidənqurmanı, təhlükəsiz qayıdışı, kənd təsərrüfatının dirçəldilməsini, infrastrukturun inkişafını, ətraf mühitin qorunmasını, sosial reinteqrasiyanı və iqtisadi bərpanı dəstəkləyir. Bu, həmçinin "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in, xüsusilə də azad edilmiş ərazilərə Böyük Qayıdışla bağlı prioritetin həyata keçirilməsinə töhfə verir.

İşğal zamanı dağıdılmış şəhərlər və kəndlər Böyük Qayıdış Proqramı çərçivəsində yenidən qurulur, müasir infrastruktur, yollar, tunellər, hava limanları, enerji obyektləri, məktəblər, xəstəxanalar, mədəniyyət abidələri və yaşayış məntəqələri bərpa olunur. Bu siyasətin praktik nəticələri artıq göz qabağındadır. Bu günədək təxminən 40 min keçmiş məcburi köçkün azad edilmiş ərazilərdə evlərinə qayıdıb. Ümumilikdə, hazırda Qarabağda və Şərqi Zəngəzurda yaşayan insanların sayı 90 mini keçib.

Azərbaycan minatəmizləmə, şəhərsalma, infrastrukturun inkişafı, ətraf mühitin bərpası, rəqəmsal həllər, sosial xidmətlər, dövlət idarəçiliyi və keçmiş məcburi köçkünlərin geri qayıtmasını vahid əlaqələndirilmiş çərçivədə birləşdirən münaqişədən sonrakı yenidənqurma, bərpa və idarəetmənin qabaqcıl modellərini işləyib hazırlayır və tətbiq edir. İşğal zamanı dağıdılmış və əhalisi boşalmış ərazilər qısa müddət ərzində yaşayış, iş, təhsil və imkanlar təqdim edən yerlərə çevrilir.

Bir çox çağırışlar qalsa da, indiyədək əldə edilən nəticələr Azərbaycanın inteqrasiya olunmuş yanaşmasının səmərəliyini nümayiş etdirir. Biz bu təcrübəni münaqişənin bənzər fəsadları ilə üzləşən ölkələr və regionlarla bölüşməyə hazırıq. Çünki inanırıq ki, minatəmizləmə, yenidənqurma və geri qayıdış üzrə Azərbaycan modeli dünyada bir çox tərəfdaşlar üçün praktik maraq kəsb edə bilər.

Azərbaycan, həmçinin beynəlxalq səviyyədə minatəmizləmə fəaliyyətinin təşviqi istiqamətində mühüm təşəbbüslər irəli sürüb. Təhlükəsiz və dayanıqlı məskunlaşmanın və minatəmizləmənin əhəmiyyəti Azərbaycanın Bakıda uğurla ev sahibliyi etdiyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası zamanı qlobal müzakirələrin mərkəzində olub.

Bununla yanaşı, ölkəmiz humanitar minatəmizləməni 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi elan edib və bu məsələnin qlobal prioritet kimi tanınması üçün fəaliyyətini davam edir.

Mina problemi daha güclü beynəlxalq həmrəylik tələb edir. Azərbaycan həm humanitar minatəmizləmənin, həm də azad edilmiş ərazilərdə ümumi yenidənqurma və bərpa prosesinin əsas yükünü öz milli resursları hesabına həyata keçirir. Ancaq çirklənmənin miqyası, yenidənqurmanın təxirəsalınmazlığı və təhlükəsiz qayıdışın humanitar əhəmiyyəti beynəlxalq ictimaiyyətdən daha geniş və daha praktik dəstək tələb edir. Proqnozlaşdırılabilən maliyyələşmə, müasir avadanlıq, texniki bilik, təlim, texnologiyaların transferi və uzunmüddətli tərəfdaşlıqlar minatəmizləməni sürətləndirmək və minaların yaratdığı çətinliklərin azaldılması baxımından vacibdir.

Əminəm ki, bu Konfrans açıq dialoq, təcrübə mübadiləsi və praktiki əməkdaşlığın inkişafı üçün dəyərli platforma rolunu oynayacaq. Bakıda aparılan müzakirələr beynəlxalq minatəmizləmə standartlarının gücləndirilməsinə, innovasiyanın təşviqinə, təhlükəsiz şəhərlərin bərpasının dəstəklənməsi, təhlükəsiz, dayanıqlı və davamlı icmaların qurulması kimi ümumi məqsədimizə nail olunmasına töhfə verəcək.

Bütün iştirakçılara ən xoş arzularımı çatdırır və Konfransın işinə uğurlar arzulayıram".

Paylaş

Xəbər lenti

İstisuda çimmək üçün icazə və ödəniş tələb olunur? Bu gün, 11:48 Mal əti bahalaşdı Bu gün, 11:48 Azərbaycanda bu tibb işçilərinin əməkhaqları ARTIRILIR Bu gün, 11:48 İlham Əliyev Vyetnam Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib Bu gün, 11:48 İlham Əliyev IV Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət ünvanlayıb Bu gün, 11:48 Goranboy sakini: İnsanlar xüsusi avtobuslarla təxliyə olundular Bu gün, 11:48 Bakıda tıxacda qalmamağın yeni yolları - "Neftçilər" və "Elmlər"ə... Bu gün, 11:48 Azərbaycan Prezidenti: Humanitar minatəmizləmə təhlükəsiz yaşayış məskənlərinin yaradılmasının təməlində dayanır Bu gün, 11:48 Prezident İlham Əliyev: 2020-ci ildən indiyədək 437 Azərbaycan vətəndaşı mina qurbanı olub Bu gün, 11:48 Azərbaycan Prezidenti: Azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatları yerinə yetirilir Bu gün, 11:48 Trampdan Folklend adaları ilə bağlı diqqətçəkən açıqlama Bu gün, 11:48 Pakistan və İrandan bir milyon əfqan deportasiya edilib Bu gün, 10:49 Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər Bu gün, 10:48 "Qalatasaray"dan yeni transfer bombası - Artıq İstanbuldadır Bu gün, 10:48 28 yaşlı sosial media fenomeni qaçırılaraq öldürülüb – 7 həftəlik hamilə olduğu üzə çıxıb Bu gün, 10:48 Səhiyyə Nazirliyindən yeni qərar: 3 dərman siyahıya salındı Bu gün, 10:48 Goranboyun Nizami və Xoylu kəndlərinin sakinləri sursat anbarında yanğınla bağlı təxliyə ediliblər Bu gün, 10:48 Yeni tədris ili üzrə I sinfə elektron qəbul sentyabrın 3-də başa çatacaq Bu gün, 10:48 Bakıda qardaş və bacı bir-birini bıçaqladılar Bu gün, 09:48 "7-8 dəfə dərman vurduq, amma təsiri olmadı" - Fermerləri çarəsiz qoyan problem nədir? Bu gün, 09:48 Paytaxtda yataqxana sakinlərinin illərdir həllini tapmayan PROBLEMİ Bu gün, 09:48 Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 5 dollara yaxın BAHALAŞDI Bu gün, 09:48 Şamaxıda 3,9 maqnitudalı zəlzələ olub Bu gün, 08:48 Goranboyda sursat anbarında YANĞIN Bu gün, 08:48 Qatarın altında qalaraq ölən Bədəlin xeyir işi olacaqmış - Ağdaşdakı faciənin TƏFƏRRÜATI Bu gün, 08:48 ABŞ İranın hərbi hədəflərinə zərbə endirib Bu gün, 08:48 Bu gün Bakının iki rayonunda işıq olmayacaq Bu gün, 08:48 Bakıda bu yollarda tıxac yaranıb Bu gün, 08:48 "Sabah" heyətini braziliyalı yarımmüdafiəçi ilə gücləndirdi Bu gün, 08:48 Bir zamanlar Azərbaycanda gəlirli olan sahələr – indi həmin peşələr unudulur Bu gün, 00:48 Gürcü politoloq: Azərbaycanın Avrasiyada artan rolu Gürcüstan üçün də yeni imkanlar yaradır Dünən, 23:48 "Euronews" Azərbaycan və İran liderlərinin səmimi dialoqunu nadir an adlandırıb Dünən, 23:48 306 milyonluq heyət: "Fənərbağça" ÇL-də nə qədər irəliləyəcək? Dünən, 23:48 Paşinyan Putinlə dialoqu davam etdirmək üçün Moskvaya gedəcək Dünən, 23:48 Trampdan XƏBƏRDARLIQ: "İrana ən böyük hücum hələ qarşıdadır" Dünən, 23:48 İordaniya mətbuatı Azərbaycan və Ermənistan liderlərinin Bişkek görüşündən yazıb Dünən, 23:48 "Haber Global" Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib Dünən, 22:48 Paşinyan Putinə Ermənistanın Aİ-yə üzvlüklə bağlı referendumdan imtina etdiyini bildirib Dünən, 22:48 Qalibaf Vaşinqtona MEYDAN OXUDU: "İran güc yolu ilə ABŞ-ni öhdəliklərini yerinə yetirməyə məcbur edəcək" Dünən, 22:48 SEPAH İranın raket hücumu barədə məlumat yayıb Dünən, 22:48 Evdəki bəzi qoxular stressi azaltmağa kömək edə bilər Dünən, 22:48 Kaya Kallas: "Aİ və NATO Avropa ordularındakı çatışmazlıqların aradan qaldırılması üçün ekspert qrupu yaradacaqlar" Dünən, 21:48 CENTCOM Hörmüz boğazında SEPAH-ın obyektlərinə hücum edib Dünən, 21:48 Məsud Pezeşkian: "Azərbaycan Prezidenti ilə görüşüm çox konstruktiv keçdi" Dünən, 21:48 UEFA Gənclər Liqası: "Qarabağ"ın U-19 komandasının rəqibi bəlli olub Dünən, 21:48 Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı Dünən, 21:48 Prezident İlham Əliyevin Qırğızıstana işgüzar səfəri ilə bağlı VİDEOİCMAL Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR