
Azərbaycan təmsilçisi Zahit Cəfərov Çexiyanın Frenştat pod Radhoştem şəhərində keçirilən xizək alpinizmi üzrə FIS Kubokunda çıxış edib.
Qış İdman Növləri Federasiyasından AVESTA.AZ-ə verilən məlumata görə, o, 202,9 xal toplayaraq yekun sıralamada 22-ci yeri tutub.
İdmançımız bu nəticə ilə xizək alpinizmi üzrə FIS Kontinental Kubokuna vəsiqə qazanıb.
Qeyd edək ki, sentyabrın 4-5-də keçirilən yarışda 11 ölkədən 57 idmançı mübarizə aparıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.