25-01-2023, 16:37 524

AQTA ÜST-nin trans yağları ilə bağlı hesabatına münasibət bildirib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dünyada trans yağ turşularının aradan qaldırılmasına dair illik hesabatı ilə bağlı mediada yayılan məlumatlara aydınlıq gətirib

AQTA-dan "AVESTA.AZ"un sorğusuna cavcab olaraq bildirilib ki, ÜST-nin hesabatında 133 ölkə trans yağ turşularının aradan qaldırılması istiqamətində gördükləri tədbirlərin növünə görə 4 səviyyə üzrə qruplaşdırılıb:

"Azərbaycan hesabatda trans yağ turşularının aradan qaldırılması üçün strateji sənədlərdə üzərinə götürdüyü öhdəliklərin və digər tamamlayıcı tədbirlərin icrası baxımından 2-ci səviyyədə qərarlaşıb. Sənəddə əksini tapan başqa bir indikator isə ürək damar xəstəliklərindən baş verən ölüm hadisələrində məhz trans yağ turşularının payı ilə bağlıdır.

Hesabatdakı göstərici ölkədə trans yağ turşularının istehlakı səbəbindən baş verən ölüm hadisələrinin ümumi sayını deyil, əksinə ürək-damar xəstəlikləri ilə əlaqədar yaranan ölüm hadisələrinin neçə faizinin trans yağ turşuları səbəbindən baş verdiyini göstərir. Hesabatdan görünür ki, bu göstərici dünyanın sosial-iqtisadi baxımdan ən geridə qalmış hesab edilən bir çox ölkəsində daha aşağı, Amerika Birləşmiş Ştatları və Latviyada Azərbaycan üzrə göstəricidən daha yüksək, Kanadada isə demək olar ki, eyni səviyyədədir. Nəticə olaraq, bu, hər hansı formada ölkənin statusu ilə bağlı mənfi və yaxud müsbət fikrin yaranmasına əsas verməyən, sadəcə olaraq, trans yağ turşuları ilə bağlı olan ölüm sayının ürək damar xəstəlikləri arasında payını faizlə ifadə edən bir göstəricidir".

Qeyd edilib ki, bu təxmini hesablamalar müəyyən dövriliklə yayımlanır və xəstəliklərin qlobal yükü deyilən, dünyada səhiyyənin ümumi vəziyyətini təsvir və təxmin etməyə imkan verən məlumat bazaları əsasında hazırlanır:

"Sonuncu hesabat 2019-cu ildə yayımlanıb və bəhs edilən bütün göstəricilər həmin ilə aiddir. Elə həmin ildə AQTA ölkədə trans yağ turşularına dair vəziyyəti qiymətləndirmək üçün monitorinq həyata keçirib. Nəticələrə uyğun olaraq, sahibkarlıq subyektlərinə ölkəmizdə trans yağ turşularının miqdarının 2 faiz həddində müəyyənləşdiriləcəyi, həmçinin onların istehsal və ya idxal etdikləri məhsulların bu tələblərə uyğunlaşdırılması ilə bağlı xəbərdarlıq edilib. 2021-ci ildə isə yağlarda trans yağ turşularının tənzimlənməsi ilə bağlı texniki normativ hüquqi akt layihəsi ictimai müzakirəyə buraxılıb. 2022-ci ildə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən “Qida məhsullarında trans yağ turşularına dair risk qiymətləndirilməsi” həyata keçirilib. Aparılan ilk monitorinqdən sonra vəziyyətin qiymətləndirilməsi ilə bağlı mütəmadi nəzarət tədbirlərinə əlavə olaraq, 20-23 dekabr 2022-ci il tarixlərində keçirilən son monitorinq çərçivəsində ölkəyə idxal edilən və yerli istehsal məhsullarından ümumilikdə 53 nümunə götürülüb və nümunələrin heç birində trans yağ turşularının miqdarı ilə bağlı uyğunsuzluq aşkar edilməyib. Həmçinin yaxılabilən yağlarda və qatı yağlarda trans yağ turşularının miqdarının tənzimlənməsi məqsədilə daha öncədən “Lisenziyalar və icazələr portalına” yerləşdirilmiş “Yaxılabilən yağlarda və qatı yağlarda trans yağ turşularının tənzimlənməsinə dair sanitariya norma və qaydası” adlı sənəd layihəsi aidiyyəti dövlət qurumları ilə razılaşdırılıb. Eyni zamanda bununla bağlı yağ istehsalçıları və idxalçıları ilə görüş keçirilib. Sənədin yaxın vaxtlarda rəsmiləşdirilməsi nəzərdə tutulub. Rəsmiləşmədən sonra Azərbaycanın artıq 2-ci səviyyə üzrə tədbir görən ölkələr sırasından 3-cü səviyyəyə yüksəlməsi gözlənilir".

Paylaş

Xəbər lenti

İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48 Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib Bu gün, 14:48 Canlı yayımda nalayiq ifadələr işlədən tiktoker saxlanıldı Bu gün, 14:48 Azərbaycanlı müğənni: "Mənimlə duet oxumaq üçün 10-15000 manat ödəməlidirlər" Bu gün, 14:48 Azərbaycanəsilli aktyor keçmiş sevgilisi haqqında: "Baş rol təklifi gələndə məni tərk etdi" Bu gün, 14:48 Ramiz Mehdiyevin şikayətinə baxılıb Bu gün, 14:48 Xalq artistindən iddialı açıqlama: "Pisəm? xoş getdin!" Bu gün, 14:48 Uşaq geyimləri və məktəb ləvazimatları ilə bağlı yeni qaydalar hazırlanır Bu gün, 14:48 Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib Bu gün, 14:48 Azərbaycanda qanunsuz saxlanılan 35 odlu silah aşkarlandı Bu gün, 13:48 Azərbaycanda mühərrik və transmissiya yağlarının satışına yeni tələblər qoyula bilər Bu gün, 13:48 Özcan Denizin əmisi onun sərbəst buraxıldığını açıqladı Bu gün, 13:48 40 yaşlı Fahriye Evcenlə 61 yaşlı Oktay Kaynarcanın serialından İLK FOTOLAR Bu gün, 13:48 Sərxoş halda komando hərbçisini vurub öldürən sürücüyə hökm oxundu Bu gün, 13:48 Rafet El Roman: "Eşqi 68 yaşında tapdım" Bu gün, 13:48 Dekabrda bu bürclər üçün yeni iş fürsətləri yaranacaq Bu gün, 13:48 Hər evdə olan məşhur Yeni İl əyləncəsi ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 13:48 Xalq artisti Elmira Şabanova dəfn olundu Bu gün, 13:48 Hülya Avşarın qızı evlilik təklifi aldı - Ailə quracaq Bu gün, 13:48 Məşhur aktrisa 19 ildir psixoloqa gedir Bu gün, 13:48 Azərbaycanda beş məktəbə yeni direktor təyin edildi Bu gün, 12:48 Metroya yaxın tam təmirli mənzillər – Biləcəridə son seçimlər Bu gün, 12:48 Ermənistan "Tramp marşrutu" ilə bağlı müqaviləni təsdiqlədi Bu gün, 12:48 Efirdə qalmaqallı mübahisə: "Xanım başqa şeydir, arvad başqa" Bu gün, 12:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü başlayıb Bu gün, 12:48 Dubaydan Bakıya gətirilən 166 min manatlıq zinət əşyaları gömrükdə aşkarlandı Bu gün, 12:48 Bu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək Bu gün, 11:48 Həmin tarixi qapı bərpa edilir Bu gün, 11:48 ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi Bu gün, 11:48 Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu Bu gün, 11:48 Çiyin-çiyinə döyüşdülər, bərabər həlak oldular - Şəhid qardaşların son fotosu Bu gün, 11:48 Ayxan Abbasov: "Barselona"nın baş məşqçisi "Sabah"la oyunda əziyyət çəkdiklərini etiraf etdi" Bu gün, 11:48 Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi Bu gün, 11:48 "PAŞA Bank" X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib Bu gün, 11:48 Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri AÇIQLANDI Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ Bu gün, 10:49 Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb Bu gün, 10:48 Qazaxda partlayışda yaralanan ana və oğlunun vəziyyətləri açıqlandı Bu gün, 10:48 Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib Bu gün, 10:48 "Fitch" "Cənub Qaz Dəhlizi"nin kredit reytinqini təsdiqlədi Bu gün, 10:48 65 yaşında xərçəngdən vəfat etdi Bu gün, 10:48 "Sabah"ın qapıçısı Çempionlar Liqasında lider oldu Bu gün, 10:48 Azərbaycanda qar yağdı, güclü külək əsdi – FAKTİKİ HAVA Bu gün, 10:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək Bu gün, 10:48 Alisson Bekker "Liverpul" tarixində Çempionlar Liqasında məhsuldar ötürmə edən ilk qapıçı olub Bu gün, 10:48 Süni intellektlə hazırlanan videoları seçə bilməyin 5 YOLU Bu gün, 10:48 Qazaxda evdə partlayış olub: İki nəfər xəsarət aldılar Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR