
BMT-nin İnsan Hüquqları üzrə ali komissarı Folker Türk süni intellekt texnologiyalarının sürətli inkişafının bütün bəşəriyyət üçün ciddi risklər yarada biləcəyini açıqlayıb.
AVESTA.AZ-in məlumatına görə, o, sosial şəbəkə hesabında süni intellekt sahəsində çalışan mütəxəssislərin narahatlıqlarını bölüşdüyünü bildirib.
BMT rəsmisinin sözlərinə görə, daha inkişaf etmiş süni intellekt sistemləri gələcəkdə insanlığın mövcudluğu üçün təhlükə yarada bilər.
Süni intellektlə bağlı oxşar proqnozlar daha əvvəl də səsləndirilib. Amerikalı sahibkar İlon Mask iyul ayında bildirib ki, təxminən 5 il ərzində süni intellekt insan zəkasını üstələyə bilər. Onun proqnozuna görə, 2036-cı ilə yaxın robotlar və süni intellekt sistemləri fiziki və zehni əməyin böyük hissəsini yerinə yetirə biləcək.
Bu halda insanların işləməsi zərurətdən daha çox seçimə çevrilə bilər.
İsrailli tarixçi və yazıçı Yuval Noy Harari isə avqust ayında Maskın süni intellektlə bağlı proqnozlarında ziddiyyət olduğunu bildirib. Hararinin fikrincə, Mask bir tərəfdən süni intellektin təxminən 10 il ərzində dünya üzərində nəzarət əldə edə biləcəyini proqnozlaşdırır, digər tərəfdən isə bunun nəticələrinin daha uzaq gələcəkdə ortaya çıxacağını düşünür.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.