
2021-2025-ci illərdə ümumilikdə 93 083 uşaq valideynlərinin boşanmasından sonra onlardan biri ilə yaşamağa davam edib.
AVESTA.AZ Modern.az-a istinadən xəbər verir ki, son 5 ilin göstəricilərini müqayisə edib.
Belə ki, boşanma nəticəsində valideynlərdən biri ilə qalan uşaqların sayı:
2021-ci ildə - 17 770
2022-ci ildə - 16 334
2023-cü ildə - 21 689
2024-cü ildə - 19 632
2025-ci ildə - 17 658 nəfər olub.
Ən yüksək göstərici 2023-cü ildə qeydə alınıb. Həmin il 21 689 uşaq boşanma nəticəsində valideynlərindən biri ilə qalıb. Sonrakı iki ildə rəqəmdə azalma müşahidə edilsə də, göstərici hələ yüksək olaraq qalır.
2025-ci ildə Azərbaycanda ümumilikdə 20 675 boşanma rəsmiləşdirilib. Onlardan 4284-ü bir uşaqlı, 5900-ü isə iki və daha çox uşağı olan ailələrin payına düşüb.
Ötən il 10 184 boşanma 18 yaşadək uşaqları olan ailələrdə baş verib. Bu isə bütün boşanmaların 49.3 faizi deməkdir.
Müqayisə üçün - 2021-ci ildə uşaqlı ailələrdə 10 414 boşanma qeydə alınmışdı. Həmin vaxt belə ailələrin ümumi boşanmalardakı payı təxminən 61 faiz təşkil edirdi.
Statistikaya əsasən, 2025-ci ildə hər 100 boşanmaya 173 valideynlərdən biri ilə qalan uşaq düşüb. 2023 və 2024-cü illərdə isə bu göstərici 178 olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.