
ABŞ Silahlı Qüvvələri İran limanlarının blokadası başlayandan bəri Hörmüz boğazından humanitar yardım daşıyan 50-dən çox gəmini buraxıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının (CENTCOM) "X" sosial şəbəkəsindəki bəyanatında qeyd olunub.
"ABŞ Hərbi Dəniz Qüvvələrinin MH-60R Sea Hawk helikopteri ABŞ-nin İrana qarşı dəniz blokadasına əməl olunmasını təmin edir. Sentyabrın 10-na olan məlumata görə, ABŞ qüvvələri 96 ticarət gəmisini başqa istiqamətə yönləndirib, həmçinin humanitar yardım daşıyan 50-dən çox gəmini buraxıb", - paylaşımda bildirilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.