
Aktrisa Sonaxanım Əliyevanın başına iş gəlib.
BAKU.WS xəbər verir ki, kimliyi naməlum şəxslər onun adından tanışlarına və yaxınlarına yazaraq pul istəyib.
Bu barədə aktrisa sosial şəbəkə hesabında bildirib. O qeyd edib ki, mesaj yazılan nömrə ona aid deyil.
Sonaxanım Əliyeva tanışlarına və yaxınlarını bu barədə xəbərdar edib.
"Nömrə mənim deyil, foto isə mənimdir. Vatsapda yaxınlarıma yazıb, kart göndərərək pul istəyirlər. Buna inanmayın. Mən heç kimdən borc pul istəyən olmamışam. Mən deyiləm, pul istəmirəm. Polisə məsələ ilə bağlı müraciət etmişəm" deyə o qeyd edib.
Sözügedən videonu təqdim edirik:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.