11-09-2026, 15:48 219

"Bank Respublika"nın və "AccessBank"ın səhmdarları "Bank Respublika" tərəfindən "AccessBank"ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər. Əqdin 2026-cı ilin noyabr ayınadək tamamlanması planlaşdırılır. Əqd çərçivəsində "AccessBank"ın mövcud səhmdarları "Bank Respublika"nın nizamnamə kapitalının ümumilikdə 25 faizini təşkil edən, yeni buraxılacaq imtiyazlı səhmləri əldə edərək "Bank Respublika"nın səhmdarlarına çevriləcəklər.

Səhmlərin satın alınması başa çatdıqdan sonra "Bank Respublika" və "AccessBank" ilkin mərhələdə ayrı-ayrı banklar kimi fəaliyyətlərini davam etdirəcəklər. Onların sonradan vahid bankda birləşdirilməsi müvafiq tənzimləyici tələblərə uyğun həyata keçiriləcək. Hər iki bank dayanıqlığı ilə seçilən ölkənin aparıcı banklarındandır. Planlaşdırılan birləşmə səhmdarların bankların gələcək böyüməsini və inkişafını dəstəkləmək məqsədilə qəbul etdikləri birgə biznes qərarını əks etdirir.

"Bank Respublika" və "AccessBank" oxşar korporativ mədəniyyətə və biznes modellərinə malikdirlər. Hər iki bank Azərbaycanın bütün bölgələrində mikro, kiçik və orta sahibkarlara dəstək göstərilməsinə xüsusi diqqət yetirir. Bu əqd nəticəsində daha geniş fəaliyyət miqyasına, daha güclü maliyyə imkanlarına və daha möhkəm bazar mövqeyinə malik, müştərilərinə daha geniş imkanlar təqdim edən maliyyə institutu formalaşacaq. Birləşmiş bankın cəmi aktivləri 4.5 milyard manata, kredit portfeli isə 3.3 milyard manata çatacaq.

"Bu əqd "Bank Respublika"nın inkişafında yeni və mühüm mərhələnin başlanğıcı olmaqla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitini, eləcə də onun sahibkarlığa və özəl sektorun inkişafına göstərdiyi güclü və ardıcıl dəstəyi əks etdirir.

Bu mühüm mərhələyə aparan uzun və mürəkkəb proses boyunca göstərdiyi davamlı dəstəyə və konstruktiv əməkdaşlığa görə Azərbaycan Respublikasının Mərkəzi Bankına da dərin minnətdarlığımızı bildiririk.

Beynəlxalq maliyyə institutları uzun illərdir ki, "Bank Respublika"nın mühüm tərəfdaşlarıdır və maliyyələşdirmə, ekspert dəstəyi və sıx əməkdaşlıq vasitəsilə inkişafımıza töhfə verirlər. İnkişafımızın növbəti mərhələsində aparıcı beynəlxalq maliyyə institutlarının "Bank Respublika"nın səhmdarlarına çevrilməsi və bununla da uzunmüddətli münasibətlərimizin yeni tərəfdaşlıq səviyyəsinə yüksəlməsi bizi xüsusilə məmnun edir", - deyə "Bank Respublika"nın Müşahidə Şurasının sədri Şakir Rəhimov bildirib.

"Hələ 2018-2019-cu illərdə "AccessBank"ın beynəlxalq institusional kreditorları bankın uğurlu restrukturizasiyası və yenidən kapitallaşdırılması üçün səylərini birləşdirmişdilər. Asiya İnkişaf Bankının (ADB) və "responsAbility"nin rəhbərliyi ilə həyata keçirilən restrukturizasiya nəticəsində institusional kreditorlar bankın yeni səhmdarlarına çevrilmiş, bankın korporativ idarəetməsi gücləndirilmiş, fəaliyyətinin hərtərəfli yenidən təşkili və təkmilləşdirilməsi dəstəklənmişdir.

Həmin dövrdən etibarən "AccessBank" Azərbaycanın bank sektorunun inkişafına, eləcə də ölkə üzrə sahibkarların və müəssisələrin maliyyələşdirilməsinə mühüm töhfə verən, yüksək nəticələr göstərən, güclü və səmərəli idarə olunan maliyyə institutuna çevrilmişdir.

Bu gün həmin inkişaf yolunda növbəti mühüm mərhələyə qədəm qoyuruq. Azərbaycanda özəl sektorun və maliyyə sektorunun inkişafına uzunmüddətli sadiqliyini qoruyaraq, "AccessBank"ın beynəlxalq səhmdarları bankın inkişafının növbəti mərhələsini ölkənin aparıcı maliyyə institutlarından biri olan "Bank Respublika"ya etibar edirlər. Bir-birini tamamlayan iki güclü bankın birləşdirilməsi gələcək artım, fəaliyyət miqyasının genişlənməsi və Azərbaycan iqtisadiyyatına daha böyük töhfə verilməsi üçün möhkəm zəmin yaradır.

Bu mühüm mərhələyə çatmaq "AccessBank" və onun səhmdarlarının, "Bank Respublika" və onun səhmdarlarının, eləcə də Azərbaycan Respublikası Mərkəzi Bankının ortaq baxışı, qətiyyəti və sıx əməkdaşlığı sayəsində mümkün olmuşdur. Həmçinin, fədakarlıqları və peşəkarlıqları ilə bankın uğurlu transformasiyasında həlledici rol oynamış "AccessBank" rəhbərliyinə və əməkdaşlarına səmimi minnətdarlığımı bildirmək istərdim", - deyə "AccessBank"ın Müşahidə Şurasının sədri Oleq İvaniyçuk bildirib.

Satınalma və birləşmə prosesinin gedişi barədə ictimaiyyətə, hər iki bankın müştərilərinə, tərəfdaşlarına və digər maraqlı tərəflərə mütəmadi məlumat veriləcək.

Paylaş

Xəbər lenti

Ağ Evdə təhlükəsizlik tədbirləri gücləndirilib Bu gün, 23:48 Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək? Bu gün, 23:48 Lüksemburqda Zəfər Günü qeyd olunub Bu gün, 23:48 İzmirdə zavodda baş verən partlayışla bağlı 6 nəfər saxlanılıb Bu gün, 23:48 Günəşdə XXI əsrin rekordu təkrarlandı Bu gün, 23:48 Yapon alimlərindən inqilabi kəşf: İtirilmiş dişlər yenidən çıxa bilər Bu gün, 23:48 Yod çatışmazlığına qarşı ən sadə üsul Bu gün, 23:48 Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci cüzi azaldıb Bu gün, 23:48 Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib Bu gün, 22:48 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var Bu gün, 22:48 Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub Bu gün, 22:48 Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var? Bu gün, 22:48 Ərdoğan: Artıq Qarabağın hər tərəfində sülh küləkləri əsir Bu gün, 21:48 Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır Bu gün, 21:48 Türkiyə Prezidenti: Gabarda iki yeni sahədə 135 milyon barel neft potensialı aşkarlanıb Bu gün, 21:48 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" Bu gün, 21:48 Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi Bu gün, 20:48 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq Bu gün, 20:48 Almaniyada ilk dəfə qadın prezident seçilə bilər Bu gün, 20:48 İzmirdəki zavodda partlayışda ölənlərin sayı 10-a çatıb Bu gün, 20:48 Rəsmi Bakı Türkiyəyə başsağlığı verib Bu gün, 20:48 Fransanı yenidən ümumxalq etirazları bürüyəcək Bu gün, 19:48 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb Bu gün, 19:48 Sabiq vəzifəli şəxs vəfat etdi Bu gün, 19:48 Zəlzələ təhlükəsi ilə bağlı gərgin müzakirə: "Neçə balda yıxılıb öləcəyik?" Bu gün, 19:48 Əsrlərin Qaraqayası: azərbaycanlılar qovulub, kəndin adı dəyişdirilib Bu gün, 19:48 Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım edib Bu gün, 19:48 Türkiyədə 4,6 maqnitudalı zəlzələ olub Bu gün, 18:48 Muxtar Babayev: COP31-də azərbaycanlı məsləhətçilər mühüm rol oynayırlar Bu gün, 18:48 Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq Bu gün, 18:48 Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? Bu gün, 18:48 İran sülh danışıqlarına başlamaq üçün şərtlərini açıqladı Bu gün, 17:48 GECO Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirəcək enerji dəhlizi üçün Aİ-yə müraciət edib Bu gün, 17:48 COP31-in əsas mövzuları arasında Xəzər dənizinin problemləri də yer alır Bu gün, 17:48 Prezidentin nümayəndəsi: Azərbaycan üçün su təhlükəsizliyi milli strateji prioritetdir Bu gün, 17:48 Brüsseldə Zəfər Günü qeyd olunub Bu gün, 17:48 SOCAR və "Sinopec Corp." Strateji əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb Bu gün, 16:48 Tramp İranla müharibənin respublikaçıların seçkilərdə məğlubiyyətinə təsirini etiraf edib Bu gün, 16:48 Azərbaycanla Türkiyəni birləşdirən bağlar siyasi maraq və müvəqqəti proseslərdən daha güclüdür Bu gün, 16:48 İzmirdəki partlayışda ölənlərin sayı artıb Bu gün, 16:48 Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib Bu gün, 15:48 Azərbaycan və Türkiyənin sarsılmaz birliyi regionda gərginliyi artırmağa çalışan aktorlara açıq mesajdır Bu gün, 15:48 Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib Bu gün, 15:48 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 15:48 Nərmin Kərimbəyova "Zəfər günü"nə həsr olunan "Atabarı"nı təqdim etdi Bu gün, 15:48 COP31 Prezidenti: Dünyada iqlim siyasəti eyni zamanda enerji, ərzaq və şəhər siyasətidir Bu gün, 14:48 Yeniyetmələrin Yay Olimpiya Oyunları: Azərbaycanın çimərlik güləşi millisi çempion olub Bu gün, 14:48 Mingəçevirdə gənc bıçaqlanıb Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR