Dünən, 17:48 94

Süni intellekt sürətlə əmək bazarına daxil olur - Hansı peşələr sıradan çıxacaq?

Yeni texnologiyaların sürətli inkişafı əmək bazarının gələcəyi ilə bağlı təsəvvürləri də dəyişir. Son illər süni intellektin imkanlarının genişlənməsi xüsusilə fiziki və təkrarlanan əməyin gələcəyi barədə sualları aktuallaşdırıb.

Almaniyanın robototexnika şirkəti "Neura Robotics"in təsisçisi Devid Reger iddialı proqnoz irəli sürüb. O, "Bloomberg"ə müsahibəsində fiziki əməyin yaxın 2-5 il ərzində demək olar ki, bütün sahələrdə robotlar tərəfindən yerinə yetirilə biləcəyini bildirib. Bəs, bu proqnoz nə dərəcədə real görünür? Gələcəkdə insan əməyinin rolu tamamilə aradan qalxacaq, yoxsa əmək bazarında yeni tələblər formalaşacaq?

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Süni intellekt sürətlə əmək bazarına daxil olur - Hansı peşələr sıradan çıxacaq?

Əmək bazarı ölkələrə görə fərqli dəyişəcək

Əmək bazarı üzrə ekspert İlkin Mirzəzadənin fikrincə, süni intellekt və avtomatlaşdırmanın əmək bazarına təsiri ölkələrin inkişaf səviyyəsindən asılı olaraq dəyişəcək. Onun sözlərinə görə, hazırda bu texnologiyalardan inkişaf etmiş ölkələrdə daha geniş istifadə olunur. Postsovet və inkişaf etməkdə olan ölkələrdə isə prosesin daha gec sürətlənəcəyi gözlənilir.

"İnkişaf etmiş ölkələrdə bu texnologiyalara keçid 5-8 il ərzində baş verə bilərsə, bizdə bu proses 10 il və daha çox müddətə uzana bilər. Bununla belə, düşünmürəm ki, əl əməyi və fiziki güc tələb edən peşələr tamamilə sıradan çıxacaq. Bu sahələr həmişə olacaq. Lakin müəyyən istehsalat proseslərində və digər funksiyaların yerinə yetirilməsində əl əməyinin payı azala bilər", - deyə mütəxəssis bildirib.

Süni intellekt sürətlə əmək bazarına daxil olur - Hansı peşələr sıradan çıxacaq?

İ.Mirzəzadənin sözlərinə görə, inkişaf etmiş ölkələrdə əhalinin, o cümlədən gənc nəslin sayının azalması avtomatlaşdırmanı onlar üçün daha zəruri edir. Belə ölkələrdə əl əməyinin texnologiyalarla əvəzlənməsi gələcəkdə əmək resurslarına olan tələbatın qarşılanmasına imkan verə bilər.

Hansı peşələr sıradan çıxacaq?

Ekspert hesab edir ki, ilk növbədə avtomatlaşdırılması daha asan olan və təkrarlanan işlər süni intellekt və robot texnologiyalarının təsiri ilə dəyişəcək. Buraya müəyyən qablaşdırma işləri, məlumatların daxil edilməsi, kassir və operator fəaliyyəti kimi sahələr daxildir. Daha çox analitik düşüncə, qərarvermə və proseslərə nəzarət tələb edən peşələrə isə ehtiyac qalmaqda davam edəcək. Onun fikrincə, bu dəyişikliklər çalışan insanların yeni bacarıqlar qazanmasını zəruri edəcək. Xüsusilə analitik istiqamətlərə, süni intellektlə işləməyi tələb edən vəzifələrə yönəlmək, bilik və bacarıqları davamlı şəkildə təkmilləşdirmək vacibdir. "Ümumiyyətlə, gələcək əmək bazarını iki əsas kateqoriyaya bölmək olar: süni intellekti yaradanlar və onunla işləməyi bacaranlar. Bu texnologiyalarla işləməyi bacarmayanlar isə tədricən əmək bazarından çıxacaqlar. Bununla artıq razılaşmalı və gələcək üçün hazırlaşmalıyıq", - deyə ekspert əlavə edib.

Süni intellekt sürətlə əmək bazarına daxil olur - Hansı peşələr sıradan çıxacaq?

Süni intellektə keçid mərhələli olacaq

İqtisadçı-ekspert Emin Qəribli isə hesab edir ki, yeni sənaye inqilabı, rəqəmsallaşma və süni intellekt əmək bazarında ciddi dəyişikliklərə səbəb olacaq. Onun sözlərinə görə, müxtəlif sahələrdə ixtisarların və robotların insan əməyini əvəz etməsinin sürəti ölkələrə və sahələrə görə fərqlənəcək: "90-cı illərin əvvəlində internetin yaranması ilə dünyada qısa müddətdə sıçrayışlı dəyişikliklərin baş verəcəyi gözlənilirdi. Amma həmin dövrdən 30 ildən çox vaxt keçib və onlayn satış, nağdsız ödəniş kimi dəyişikliklər yalnız son illərdə daha geniş yayılıb. Bu baxımdan, süni intellektə keçid üçün də müəyyən mərhələ lazımdır. Ola bilər ki, bəzi sahələr bu prosesə 2-3 ilə, digərləri isə 10-15 ilə keçsin və ixtisarlar başlasın".

Ekspertə görə, gələcəkdə əsas tələbat süni intellektlə işləməyi bacaran insanlara olacaq: "Təxminən 20 ildən sonra bəzi sahələrdə fiziki əmək tamamilə süni intellekt və robot texnologiyaları ilə əvəz oluna bilər. Bu prosesdən qorxmaq lazım deyil. Əksinə, buna maksimal biliklərlə silahlanaraq hazırlaşmaq lazımdır. Kim daha çox bilik və bacarıq əldə edəcəksə, daha uğurlu olacaq".

Süni intellekt sürətlə əmək bazarına daxil olur - Hansı peşələr sıradan çıxacaq?

Robotların üç əsas məhdudiyyəti

İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov hesab edir ki, yaxın gələcəkdə fiziki əməyin tamamilə sıradan çıxması ehtimalı real görünmür: "Əməyin xarakteri əhəmiyyətli dərəcədə dəyişəcək, təkrarlanan, ağır və təhlükəli fiziki işlər avtomatlaşdırılacaq. Lakin fiziki əməyin tamamilə yoxa çıxması əvəzinə insan və robotların birgə fəaliyyət göstərdiyi yeni bir model formalaşacaq".

E.Abbasovun sözlərinə görə, hazırkı texnologiyanın fiziki əməyi tam əvəz edə bilməməsinin arxasında ilk növbədə Moravek paradoksu və incə motorika məhdudiyyəti dayanır: "Süni intellekt mürəkkəb data bazalarını analiz etmək kimi zehni tapşırıqları insanlardan daha yaxşı yerinə yetirsə də, obyekti zədələmədən tutmaq, çeşidləmək və ya qeyri-düzgün formalı əşyalara uyğun güc tətbiq etmək kimi fiziki hərəkətlərdə çətinlik çəkir. İnsanın toxunma hissiyyatı və əl əzələlərinin çevikliyi hazırda robot sensorları tərəfindən tam imitasiya edilə bilmir.

Digər əsas məhdudiyyət robotların dəyişkən və qeyri-müəyyən mühitlərə adaptasiya ola bilməməsidir. Robotlar zavod və ya anbar kimi tam strukturlaşdırılmış mühitlərdə çox effektiv olsa da, tikinti meydançası, kənd təsərrüfatı sahəsi və ya yaşayış evləri kimi hər an dəyişən, gözlənilməz maneələrin olduğu yerlərdə real vaxt rejimində çevik qərar qəbul edə bilmirlər. Eyni zamanda, robotların enerji effektivliyi və batareya ömrü hələ də məhduddur".

Ekspert qeyd edib ki, insanlar fiziki iş görərkən materialların xassələrini intuitiv olaraq nəzərə aldıqları halda, süni intellekt yalnız təlim keçdiyi datalar çərçivəsində fəaliyyət göstərir və gözlənilməz fiziki şəraitlə qarşılaşdıqda adekvat reaksiya verə bilmir: "Ona görə də, texnologiya fiziki əməyi tam ləğv etməyəcək, sadəcə insanı ağır fiziki yükdən azad edərək daha çox tənzimləyici və nəzarətçi roluna yönəldəcək".

Paylaş

Xəbər lenti

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb Bu gün, 19:48 Nərimanov sakinləri su probleminə görə ayağa qalxdılar: Nə baş verir? - AÇIQLAMA Bu gün, 19:48 2030-a doğru Qafqaz: Ən böyük investisiya döyüşü başlayır Bu gün, 19:48 Azərbaycan və Türkiyə arasında media əməkdaşlığının inkişafı müzakirə olunub Bu gün, 19:48 Bakıda yeniyetmənin ölümündə "Roblox" izi: Baş Prokurorluqdan AÇIQLAMA Bu gün, 19:48 İndoneziyada Semeru vulkanı 3 dəfə püskürdü Bu gün, 18:48 Sosial şəbəkədə "Çevik" ləqəbi ilə tanınan Məqsəd Bağırov və Kamran Bilalov həbs olunub Bu gün, 18:48 Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI Bu gün, 18:48 Azərbaycan əməyin təhlükəsizliyi üzrə yeni dövlət standartları qəbul edib Bu gün, 18:48 İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib Bu gün, 18:48 Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb Bu gün, 18:48 Azərbaycanda 11 modul tipli məktəb quraşdırılacaq Bu gün, 18:48 Nazir: "Sertifikatlaşdırma nəticəsində 90 minə yaxın təhsil işçisinin maaşı artırılacaq" Bu gün, 17:49 Nazir: "Bakalavr üzrə dörd illik ixtisasların bəzilərini üçillik etmək olar". Bu gün, 17:49 AZAL-da rəhbər vəzifəyə YENİ TƏYİNAT Bu gün, 17:49 Nazir: "Uşaqların adı məktəbdə, özü isə repetitor yanındadır" Bu gün, 17:48 10 min dolları keçən onlayn gəlirlər mütləq vergiyə cəlb ediləcək Bu gün, 17:48 Ramiz Mehdiyevin CİNAYƏT İŞİ məhkəməyə göndərildi - Digər müttəhim kimdir? Bu gün, 17:48 Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır Bu gün, 17:48 XX əsrin 5 ən böyük ekoloji fəlakəti – London dumanından Aral dənizinə Bu gün, 17:48 Dövlət Komitəsinin sədri beynəlxalq konfransda çıxış edib Bu gün, 17:48 Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir - RƏSMİ Bu gün, 17:48 Emin Əmrullayev: "Azərbaycanda 21 yeni peşə təhsili müəssisəsi tikiləcək" Bu gün, 16:48 Tanınmış jurnalistə yeni vəzifə verildi Bu gün, 16:48 Emin Əmrullayev: "Şagird avtobusları ilə bağlı qərar hələ yoxdur" Bu gün, 16:48 Bakıda dəbdəbəli toyu olan bəyin atası GÖRÜN KİM İMİŞ Bu gün, 16:48 Nazir: "Binədə, Xırdalanda, Masazırda məktəbdəki sıxlıq problemini həll etmişik" Bu gün, 16:48 Qara dənizdə Ukraynaya məxsus pilotsuz kater vurulub Bu gün, 16:48 Dərs saatları dəyişdirilir? - RƏSMİ AÇIQLAMA Bu gün, 16:48 MTK ilə sakinlər üz-üzə: Ümumi əmlak necə özəlləşdirilib? Bu gün, 16:48 Nazir: "Bəzi kənd məktəbində şagirdin bir illik təhsilinə 24000 manat xərclənir" Bu gün, 16:48 Əli Əsədov Asiya İnkişaf Bankının nümayəndələri ilə görüşdü Bu gün, 15:49 Çarpayıdan yıxılan 83 yaşlı kişi öldü Bu gün, 15:49 Pornoqrafik videonu yaymaqda şübhəli bilinən Əhdi və Həsəni hansı cəza gözləyir? Bu gün, 15:48 Prezidentin sosial media hesablarında "SABAH.city" ilə bağlı video paylaşılıb Bu gün, 15:48 "Bu il 124 min şagird birinci sinifə qədəm qoyacaq" Bu gün, 15:48 Qırmızı işıqda yolayrıcına girən skuterçiləri MAŞIN VURDU - ANBAAN VİDEO Bu gün, 15:48 Nazir: "Tədrisi digər dillərdə olan siniflərdə Azərbaycan dili dərsləri artırılır" Bu gün, 15:48 Emin Əmrullayev: "Qarabağ Universiteti ötən illərə nisbətən daha yaxşı nəticələr göstərib" Bu gün, 15:48 Bakıda "Beer & Food Festival 2026" keçiriləcək Bu gün, 15:48 AfD liderindən Aİ-yə sərt mesaj: "Pullarımızı geri istəyirik" Bu gün, 14:48 Sabahdan Xırdalan–Bakı istiqamətində qatarların hərəkət vaxtı 35 dəqiqəyə endiriləcək Bu gün, 14:48 "Şəki yaylası" faciəsində yeni fakt Bu gün, 14:48 Azərbaycanda kişilər orta hesabla 30, qadınlar isə 25 yaşında evlənir - STATİSTİKA Bu gün, 14:48 Əfvə düşən 74 yaşlı qadın yenidən hakim qarşısında - Yeddi il həbs istənildi Bu gün, 13:48 Heydər Əliyev adına Hərbi İnstitutda gənc kursantların andiçmə mərasimi keçirilib Bu gün, 13:48 FHN: Ötən həftə 3 nəfərin meyiti tapılıb Bu gün, 13:48 Rusiya Ermənistana qaz nəqlini müvəqqəti dayandırır Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR